Icma.az
close
up
RU
“Dövlət Gömrük Komitəsinin bu addımı Prezidentin “Hökumət buludu” ilə bağlı Fərmanına ziddir”

“Dövlət Gömrük Komitəsinin bu addımı Prezidentin “Hökumət buludu” ilə bağlı Fərmanına ziddir”

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

“Uzun müddətdir ki, Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisi başa çata bilmir. Azərbaycan reallığında olub ki, bir mərkəzi icra qurumunun hesabına tikilən inzibati binaya başqası sahib çıxıb. Odur ki, DGK-nın da hansısa qurumlarla birləşəcəyi fikirləri gündəmdən düşmürdü. Az qala sabiq sədr Səfər Mehdiyevin dövründən hazır olan binaya köçün ləngiməsi səbəbləri ilə maraqlandıqda maraqlı bir mənzərə ilə rastlaşdım. Qlobal Uptime İnstitutunun rəsmi internet resursundan görünür ki, sən demə, DGK yeni inzibati binada həm də “Tier III” səviyyəli nəhəng bir Data Mərkəz qururmuş”.

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

“Uptime İnstitutu Data Mərkzələrin performansını, etibarlılığını və səmərəliliyini artırmağa yönəlmiş qlobal bir təşkilatdır. Data Mərkəzlərin dizaynı, tikintisi və fəaliyyəti üçün beynəlxalq səviyyədə qəbul edilmiş “Tier Standart”ı da bu quruma məxsusdur. İndi bu qurum deyir ki, DGK “Tier III” standartlı Data Mərkəz qurur. Maraqlı tərəf isə bundan ibarətdir ki, DGK-nın bu addımı Prezidentin “Hökumət buludu” ilə bağlı Fərmanı ilə daban-dabana ziddir. Həmin Fərmana görə, səmərəlilik və optimallaşma, xərclərin azaldılması və təhlükəsizlik baxımından dövlət resursları vahid bir “Hökumət buludu”nda saxlanılmalıdır. Son zamanlar da dövlət büdcəsindən “Hökumət buludu”nun operatoru olan “AzİnTelecom” şirkətinə hökumətin “Tier III” səviyyəli Data Mərkəzinin inkişafı üçün yetərincə vəsaitlər ayrılıb. Elə bu günlərdə həmin qurum ölkədə 2-ci olan süni intellekt əsaslı Superkompüter Mərkəzinin qurulması ilə bağlı 7.5 milyonluq bir tender də elan edib. Yəni görünən budur ki, Prezidentin məlum fərmanında qarşıya qoyulan optimallaşma və səmərəlilik nəinki əldə edilib, əksinə, dövlət büdcəsinin bu istiqamətdəki xərcləri daha da artıb. Maraqlıdır ki, “AzİnTelecom” da, Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu məsələyə münasibət bildirməyib. “Tier III” standartı tələb edir ki, Data Mərkəzin mütləq “backup” (ehtiyat) Mərkəzi də qurulmalıdır. Yəqin bu yaxınlarda eşidərik ki, DKG Yevlaxda, yaxud Hacıqabulda daha bir Mərkəz də quracaq. Nə deyək, xeyirli olsun! Ümid edirəm, Prezident fərmanlarının icrasına nəzarət edənlər də baş verənlərin fərqindədir”, - ekspert bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see223

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see118

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see115

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see115

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Anar Ələkbərov Yaponiyada Nazirlə görüş olub + FOTOLAR

03 İyun 2025 15:26see114

Attestat üçün əlavə ödəniş tələb olunur? RƏSMİ

03 İyun 2025 15:21see114

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see112

Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı Parisin Zəngəzur gedişi

03 İyun 2025 14:36see111

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətlərinin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti zirvəsinə qalxıblar FOTO

03 İyun 2025 15:18see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri