Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri Rabata səfəri çərçivəsində bir sıra görüşlər keçirib AZƏRTAC

Dövlət Komitəsinin sədri Rabata səfəri çərçivəsində bir sıra görüşlər keçirib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rabata səfəri çərçivəsində Mərakeş Krallığının Dini Vəqflər və İslam İşləri naziri Əhməd Toufiq, Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin müşaviri Andre Azuley ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Azərbaycanın müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayan R.Məmmədov keçirilən tədbirlərin, ikitərəfli görüşlərin daha möhkəm qarşılıqlı əlaqələrin qurulmasına, sülhün və dialoqun inkişafına xidmət etdiyini deyib.

Komitə sədri ölkəmizin dinlərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən danışaraq, Azərbaycanda tarixən müxtəlif konfessiyaların nümayəndələrinin vahid bir ailə kimi mehriban şəraitdə yaşadıqlarını xatırladıb.

Ölkəmizin Ermənistan tərəfindən işğal və hərbi təcavüzlə üzləşdiyi 28 ildən artıq müddətdə maddi-mədəniyyət nümunələrinin, həmçinin İslam və Xristianlıq dininə aid ibadət ocaqlarının darmadağın edildiyini diqqətə çatdıran R.Məmmədov Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib.

Hər iki görüşdə iştirakçılar Azərbaycanın dünyada birliyin bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək mədəniyyətlər və dinlərarası əlaqələrin, multikultural dəyərlərin möhkəmlədilməsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Azərbaycanın bu sahədə nailiyyətləri dünyada uğurlu örnək kimi qəbul edilir.

Qeyd edək ki, dekabrın 17-də “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak məqsədilə Mərakeş Krallığının Rabat şəhərinə səfər etmiş nümayəndə heyətinin tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, deputatlar və ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri yer alırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri