Dövlət Komitəsinin sədri Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini ilə
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkanla arasında görüşü olub. SİA xəbər verir ki, görüşdə “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” barədə söhbət aparılıb. Qeyd edilib ki, Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir.
Söhbət zamanı iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın perspektivləri vurğulanıb, gələcək birgə fəaliyyət imkanları müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















