Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş müraciətlərini dinləyəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov noyabrın 28-i saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.
Bu barədə AZƏRTAC-a DMX-in mətbuat xidmətindən bildirilib.
Qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə noyabrın 27-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.
Baxış sayı:87
Bu xəbər 24 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















