Icma.az
close
up
RU
Dövlət orqanlarında 74 vakant vəzifə üzrə daxili müsahibə elan edilib

Dövlət orqanlarında 74 vakant vəzifə üzrə daxili müsahibə elan edilib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 4-də 39 dövlət orqanında inzibati vəzifələrin 1-7-ci təsnifatına uyğun olan 74 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i birinci təsnifata, 4-ü ikinci təsnifata, 5-i üçüncü təsnifata, 12-si dördüncü təsnifata, 19-u beşinci təsnifata, 8-i altıncı təsnifata və 25-i yeddinci təsnifata aiddir. Dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (7 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 7-si Naxçıvan Muxtar Respublikasının 7 dövlət orqanı, 22-si isə 15 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak etmək hüququna malikdir:

-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər noyabrın 18-i saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see232

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see168

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see167

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri