Dövlət qulluqçularının kommunikasiya bacarıqlarının inkişafına dair vebinar keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətlə əlaqələr” mövzusunda vebinar keçirilib. Tədbirin əsas məqsədi dövlət qulluqçularının müasir kommunikasiya trendləri, effektiv ünsiyyət strategiyaları və ictimaiyyətlə əlaqələr sahəsində bacarıqlarının artırılmasına xidmət edib.
Vebinarda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 50 nümayəndə iştirak edib. Təlimi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov aparıb.
Məruzəçi təlim zamanı kommunikasiya bacarıqları, düzgün ünsiyyət metodları, işgüzar yazışma etikası, “feedback” mədəniyyəti və dövlət qurumları üçün səmərəli PR strategiyalarının formalaşdırılması istiqamətində mühüm bilik və praktiki nümunələr təqdim edib.
22 oktyabr tarixində baş tutan vebinar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı müzakirə aparılıb.
Vebinar dövlət qulluqçularının peşəkar inkişafına, ictimaiyyətlə daha effektiv və şəffaf kommunikasiya qurmaq bacarıqlarının artırılmasına mühüm töhfə verib.
Səbuhi Həsənov
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















