Icma.az
close
up
RU
Dövlət qurumları adına saxta hesablar: Vətəndaşlar nəyə diqqət etməlidir?

Dövlət qurumları adına saxta hesablar: Vətəndaşlar nəyə diqqət etməlidir?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qlobal internet mühitində tez-tez saxta fişinq saytlarına rast gəlinir. Belə resurslar özlərini başqa qurum və ya şəxslərin adından təqdim edir, onların adından paylaşımlar edirlər. Buna görə də zərərçəkənə çevrilməmək üçün hər hansı  pul köçürməsi etməzdən, sənəd göndərməzdən və ya kod daxil etməzdən əvvəl, vebsayt, sosial şəbəkə hesabı mütləq şəkildə sadə bir istifadəçi yoxlamasından keçməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Fərhad Mirəliyev deyib. 
"Məsələn, dövlət qurumunun sosial şəbəkə hesabı kimi görünən və ya mağaza səhifəsi adı altında endirim və ya pulsuz məhsul təklif edən hesablar diqqətlə yoxlanmalıdır. İlk növbədə həmin sosial şəbəkə hesablarına rəsmi sayt üzərindən keçid etmək vacibdir. Daha sonra isə paylaşılmış elan, kampaniya və xəbərlərin rəsmi saytdakı məlumatlarla üst-üstə düşüb-düşmədiyi müqayisə olunmalıdır".
Ekspert deyib ki, hesabın adına da diqqət etmək lazımdır:
"Çox vaxt saxta səhifələr rəsmi hesabların adlarına oxşar adlardan istifadə edərək istifadəçiləri aldatmağa çalışırlar. Məsələn, facebook.com/slash/təşkilatın_adı ünvanındakı yazı səhifənin rəsmi olub-olmadığını göstərən əlamətlərdən biridir.
Bundan başqa, rəsmi səhifədə qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək mümkündür. Məsələn: “Belə bir səhifə gördüm, bu kampaniya həqiqətən sizdə mövcuddurmu?” kimi sorğu ilə müraciət edilə bilər. Əgər sənəd göndərilməsi tələb olunursa, səhifənin legitimliyi mütləq dəqiqləşdirilməlidir.
İstifadəçi hər zaman ayıq-sayıq davranmalıdır. Bütün bunlar rəqəmsal savadlılıqla bağlıdır. Əgər istifadəçinin rəqəmsal savadlılığı kifayət qədər deyilsə, saxta və rəsmi səhifəni ayırd etməkdə çətinlik çəkəcək. Belə hallarda ya etibarlı şəxslərin köməyindən istifadə etməli, ya da ən sadə üsulla çağrı mərkəzinə zəng edərək məsələni dəqiqləşdirməlidir".
Qeyd edək ki, bir neçə gün öncə "Bakı Metropoliteni" QSC adından saxta hesab yaradılaraq edilən paylaşım insanları təşvişə salıb. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri