Icma.az
close
up
RU
Dövlət sahibkar əməkdaşlığı tərəqqi amilinə çevrilib

Dövlət sahibkar əməkdaşlığı tərəqqi amilinə çevrilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İslahatlar və əlverişli biznes mühiti özəl bölmənin inkişafına təkan verib

Son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib. İş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim dövlətin diqqətdə saxladığı məsələdir.

Sahibkarlıq sahəsində yoxlamaların, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması iş adamlarının xərclərinin azalmasına səbəb olub, büdcəyə vergi ödənişlərinin həcmini artırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə də bütün bunlar barədə ətraflı bəhs edilib. Dövlət – sahibkar əməkdaşlığı çərçivəsində reallaşan bu toplantıda, eyni zamanda, dövlətin dəstək vasitələrindən istifadə olunmaqla rayonun biznes potensialının gerçəkləşdirilməsi müzakirə olunub.

Görüşdə 2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkının fəaliyyətinə toxunularaq burada qeyri – neft sektorunun, xüsusilə sənaye və əczaçılıq sahəsinin inkişafında sahibkarlığın önəmi vurğulanıb. Eyni zamanda, sənaye istehsalının qurulması üçün sənaye parkının təklif etdiyi güzəştlərin və infrastrukturun əhəmiyyətindən danışılıb. İş adamlarının müasir çağırışlara uyğun olaraq innovativ və rəqabətqabiliyyətli istehsala yatırım etmələrinin faydası yüksək dəyərləndirilib.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatında son illər müşahidə olunan struktur dəyişiklikləri, iqtisadi islahatların yeni mərhələsi və sahibkarlığın təşviqi ölkədə özəl sektorun inkişafına mühüm təkan verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı islahatlar nəticəsində biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin təşviqi, vergi və gömrük sahəsində şəffaflığın artırılması, həmçinin dövlət – özəl sektor əməkdaşlığının genişləndirilməsi sayəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Özəl bölmənin inkişafı üçün zəruri ilkin şərt olan müvafiq hüquqi – institusional bazanın yaradılması son illər diqqət mərkəzində saxlanılıb. Bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən bir sıra mühüm addımlar atılıb. KOBİA isə sahibkarlara dəstək verib, maarifləndirmə və məsləhət xidmətləri göstərib, innovativ biznes ideyalarının reallaşmasına yardım edib. Sahibkarların qarşılaşdığı çətinliklərin aradan qaldırılması məqsədilə “ASAN xidmət”, “Rəqəmsal icazə və qeydiyyat sistemi”, “Bir pəncərə” mexanizmlərinin tətbiqinə başlanılıb. Bu yanaşma sahibkarların vaxt və resurs itkisinin azalmasına, fəaliyyətlərinin sadələşdirilməsinə əlverişli şərait yaradıb.

Özəl bölmənin dayanıqlı inkişafı üçün maliyyə resurslarına çıxışın genişləndirilməsi də əsas prioritetlərdən biridir. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi təşviq olunur. Bu kreditlər qeyri-neft sektorunun inkişafı, regionlarda iş yerlərinin yaradılması və yerli istehsalın artırılmasına xidmət edir. Bundan əlavə, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi vasitəsilə yerli məhsulların xarici bazarlara çıxışı dəstəklənir, beynəlxalq sərgilərdə iştirak gerçəkləşdirilir. 2024-cü ildə qəbul edilən yeni “İnvestisiya təşviqi mexanizmi” çərçivəsində strateji sahələrdə fəaliyyət göstərən sahibkarlara vergi güzəştləri və digər stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Azərbaycan dövlət – özəl bölmə əməkdaşlığını sadəcə inzibati dəstək formasında deyil, strateji tərəfdaşlıq müstəvisində formalaşdırır. Dövlət orqanları ilə sahibkarlar arasında mütəmadi keçirilən ictimai müzakirələr, biznes forumları və sahəvi işçi qrupları çərçivəsində real dialoq və qarşılıqlı anlaşma təmin olunur. Bu əməkdaşlıq biznes mühitinin təkmilləşdirilməsi, normativ – hüquqi bazanın yenilənməsi və sahibkarların tələbatına uyğun təşviq mexanizmlərinin hazırlanması baxımından mühüm rol oynayır.

Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı özəl sektor üçün yeni imkanlar yaradır. Startap ekosisteminin formalaşması, texnoparkların və innovasiya mərkəzlərinin fəaliyyətə başlaması, eləcə də “Elektron hökumət” xidmətlərinin genişləndirilməsi sahibkarların rəqəmsal transformasiyasını sürətləndirir. Yeni nəsil sahibkarlıq kimi formalaşan bu yanaşma – texnologiyaya əsaslanan, çevik və beynəlxalq bazarlara inteqrasiya olunan biznes modellərinin inkişafına xidmət edir. İnnovativ fəaliyyətlə məşğul olan şirkətlər üçün vergi güzəştləri və dövlət qrantları təmin olunur.

Azərbaycanda özəl sektorun inkişafı yalnız iri şəhərlərlə məhdudlaşmır. Dövlət tərəfindən qəbul edilən regional inkişaf proqramları çərçivəsində rayonlarda aqrar sahənin modernləşdirilməsi, sənaye zonalarının yaradılması, logistika mərkəzlərinin qurulması sahibkarlığın regionlara sürətlə yayılmasını stimullaşdırır. Bu da, öz növbəsində, əhalinin sosial rifahının yüksəlməsinə, məşğulluğun artmasına və daxili bazarın dərinləşməsinə səbəb olur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında azad edilmiş ərazilərin bərpası ilə paralel olaraq, dövlət – özəl tərəfdaşlığı modeli əsasında sənaye və kənd təsərrüfatı layihələri də həyata keçirilir.

Azərbaycan həm daxili sahibkarlar, həm də xarici investorlar üçün cəlbedici iqtisadi məkana çevrilib. 2024-cü ildə Dünya Bankının “Biznesin aparılması” hesabatında Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib. Sabit siyasi mühit, infrastrukturun müasirləşdirilməsi və enerji təhlükəsizliyi xarici biznes dairələrinin marağını artıran amillər sırasında yer alıb. Neft – qaz sektorundan kənar sahələrə – xüsusən kənd təsərrüfatı, “yaşıl” enerji, turizm və informasiya texnologiyalarına sərmayə qoyuluşu üçün dövlət tərəfindən əlavə stimullar təqdim olunur.

Bütün bu uğurlar göstərir ki, Azərbaycanda özəl sektorun inkişafı məqsədilə formalaşdırılmış kompleks strategiya səmərəli nəticələr verməkdədir. Dövlət və sahibkar arasında qurulan qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli iqtisadiyyatın diversifikasiyasına, qeyri – neft sektorunun gücləndirilməsinə və bu sahədə uzunmüddətli dayanıqlığa xidmət edir. Gələcəkdə də bu əməkdaşlığın yeni təşəbbüslərlə daha da dərinləşdirilməsi, texnologiyaya əsaslanan və ixracyönümlü sahibkarlığın təşviqi ilə Azərbaycan iqtisadiyyatı daha da güclənəcək.

Bir məqamı da xatırlatmaq istərdik. Ölkədə özəl bölmənin inkişafı təkcə sahibkarlığın kreditləşməsinin diqqət mərkəzində saxlanılması ilə məhdudlaşmır. Bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq hallarının aradan qaldırılması, özəl bölmə subyektlərində dövlət qurumları tərəfindən qanunsuz yoxlamalar aparılması və çoxsaylı əsassız lisenziyaların verilməsi kimi neqativ hallara qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılır, dövlət qurumlarının, həmçinin ayrı-ayrı nazirliklərin fəaliyyətlərində bu problemlərin həllinə xüsusi əhəmiyyət verilir.

Özəl bölmənin inkişafından bəhs edərkən bir il bundan əvvəl qüvvəyə minən Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə də danışmaq yerinə düşər. Yeri gəlmişkən, ekspertlər tərəfindən inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizədə Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı qeyd edilir. “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi bildirilir.

Ümumiyyətlə, istər Rəqabət Məcəlləsində, istərsə də adıçəkilən Milli Fəaliyyət Proqramı ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.

Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri