Icma.az
close
up
RU
Dövlət sifarişinin artması təhsil bərabərliyinə yeni nəfəs gətirirmi? MÜSAHİBƏ

Dövlət sifarişinin artması təhsil bərabərliyinə yeni nəfəs gətirirmi? MÜSAHİBƏ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil eksperti Ramin Nurəliyevin SİA-ya müsahibəsini təqdim edirik:

– Ramin bəy, son illər dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayında ciddi artım müşahidə olunur. Bu artımın əsas səbəbləri nələrdir və sizcə bu siyasət təhsilin keyfiyyətinə necə təsir göstərir?

– Artıq ildən-ilə dövlət sifarişi əsasında verilən plan yerlərinin sayı ciddi şəkildə artırılır və bu, sonuncu qəbul prosesində də özünü göstərdi. Əvvəlki illərdə ödənişli əsaslarla plan yerlərinin sayı daha çox idisə, artıq dövlət sifarişli plan yerləri demək olar ki, ödənişli yerlərlə bərabərləşib. Xüsusilə də birinci ixtisas qrupunda plan yerlərinin 80 faizdən çoxu dövlət sifarişi ilə təmin olunub.

Bu, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu yanaşma təkcə yerli ali təhsil müəssisələrində deyil, həm də xaricdə təhsil alan azərbaycanlı gənclərə göstərilən dəstəkdə öz əksini tapır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də dövlət sifarişli yerlərin sayı kifayət qədər çoxdur. Hökumətlərarası təqaüd proqramları vasitəsilə də tələbələrimizə dəstək göstərilir. Ümumilikdə məqsəd ondan ibarətdir ki, gənclərimizin ali təhsilə çıxışı asanlaşdırılsın, onların təhsil xərcləri dövlət tərəfindən qarşılanaraq maddi yük azaldılsın.

Qeyd etmək lazımdır ki, dövlət konkret ali təhsil müəssisələrinə əvvəlcədən müəyyən sayda dövlət sifarişli və ya ödənişli yer ayıracağını elan etmir. Dövlət müəyyən ixtisaslar üzrə (məsələn, kompüter yönümlü ixtisaslarda) ümumi plan yeri və bu plan yerlərinin nə qədərinin dövlət sifarişli olduğunu açıqlayır. Lakin bu sifarişli yerlərin hansı universitetə düşəcəyi tələbənin seçiminə bağlı olur. Yəni yüksək bal toplayan tələbə hansı universiteti seçirsə, həmin universitetdə həmin ixtisas üzrə dövlət sifarişi ilə təhsil alır. Bu sistem həm ali təhsil müəssisələri, həm də abituriyentlər arasında sağlam rəqabət yaradır. Dövlət beləliklə tələbəyə mesaj verir: “Yüksək bal topla, istədiyin universitetdə dövlət hesabına oxu.” Bu yanaşma sayəsində istər Bakıdakı, istərsə də regionlardakı universitetlərə daha güclü tələbələr cəlb olunur və nəticə etibarilə təhsilin ümumi keyfiyyəti yüksəlir.

– Siz qeyd edirsiniz ki, dövlət sifarişli ixtisas yerlərinin artırılması sosial ədalət baxımından çox mühüm addımdır. Bəs bu siyasətin tətbiqi zamanı hansı meyarlar əsas götürülür və aşağı bal toplayan abituriyentlər üçün bu imkanlar hansı prinsiplərlə müəyyən edilir?

– Düşünürəm ki, sosial ədalət və kadr siyasəti baxımından hər il dövlət sifarişli ixtisas yerlərinin artırılması tamamilə ədalətli və zəruridir. Əvvəlki illərlə müqayisədə hal-hazırda bəzi ixtisas qruplarında 230–250 bal toplayan abituriyentlər belə dövlət sifarişi ilə təhsil alma imkanı əldə edə bilirlər. Təbii ki, bu, bütün ixtisaslara aid deyil. Məsələn, hüquq və ya tibb ixtisasları üçün bu, keçərli ola bilməz. Lakin digər bir çox ixtisaslar üzrə bu imkanlar mövcuddur və abituriyent jurnallarına baxmaq kifayətdir ki, bunu aydın görmək olsun. Əgər qəbul balı 700-dürsə, 250–300 bal toplayaraq belə dövlət sifarişi ilə oxuma imkanı əldə edən gənclərimiz var. Bu, çox müsbət və alternativsiz bir siyasətdir. Dövlət yüksək bal toplayanlara prioritet verir, eyni zamanda aşağı bal toplayanlara da müəyyən ixtisaslar üzrə bu imkanı yaradır.

Bu yanaşma həm sosial ədalət, həm də təhsil imkanlarının genişləndirilməsi baxımından olduqca önəmlidir. Yüksək bal toplayan abituriyentlərin dövlət sifarişi ilə oxuya bilməməsi faktiki olaraq mümkün deyil. Əgər bal uyğundursa və ixtisas seçimi düzgün edilərsə, abituriyent dövlət sifarişli yerə qəbul olunur. Bu baxımdan dövlətin həyata keçirdiyi siyasət çox düzgün qurulub.

Əlavə olaraq qeyd etmək lazımdır ki, dövlət ali təhsil müəssisələrinə əvvəlcədən konkret sayda dövlət sifarişli və ya ödənişli plan yerləri ayırmır. Dövlət sadəcə ümumi plan yerlərinin sayını və bu yerlərin neçə faizinin dövlət sifarişi olacağını açıqlayır. Qalan bölgü tələbələrin nəticələri və seçimlərinə əsasən formalaşır. Beləliklə, yüksək bal toplayan tələbə istədiyi universiteti seçə və həmin universitetdə dövlət sifarişi ilə təhsil ala bilir. Bu sistem həm də universitetlər arasında sağlam rəqabəti stimullaşdırır. Dünyanın inkişaf etmiş ölkələrində də dövlət sifarişli və ödənişli təhsil imkanları mövcuddur. Məsələn, ABŞ-da illik təhsil haqqı yüksək olsa da, tələbənin akademik göstəricilərinə əsasən həmin məbləğə güzəştlər tətbiq olunur. Bu model Azərbaycanda da tətbiq olunsa, ödənişli əsaslarla təhsil alan tələbələr üçün əlavə stimul yaradar.

Ümumilikdə isə, Azərbaycanda dövlət sifarişli yerlərin artımı davam edir və bu proses dövlətin imkanlarına uyğun olaraq gələcəkdə daha da genişlənəcək.

– Dövlət sifarişi əsasən əmək bazarının tələblərinə uyğun ixtisaslara yönəldilir. Bu kontekstdə kompüter yönümlü ixtisaslarda dövlət sifarişinin artması nə ilə izah olunur və gələcəkdə hansı sahələrdə bu tendensiyanın davam edəcəyini düşünürsünüz?

– Bu ixtisaslarda dövlət sifarişi əsasında plan yerlərinin ayrılması, əlbəttə ki, əmək bazarının tələblərinə uyğun şəkildə həyata keçirilir. Xüsusilə günümüzün tələbinə cavab verən və prestijli hesab olunan ixtisaslarda plan yerlərinin artırılması daha məqsədəuyğun sayılır. Hazırda Azərbaycanda da bu siyasət ardıcıl şəkildə tətbiq olunur. Bu ilki qəbul prosesində də müşahidə etdik ki, kompüter yönümlü ixtisaslarda plan yerlərinin sayı son üç ildə olduğu kimi artmaqda davam edib. Bu il də həmin sahələr üzrə dövlət sifarişi ilə ayrılan yerlərin sayı artırılıb. Əvəzində, mühasibatlıq və iqtisadiyyat yönümlü ixtisaslarda plan yerlərinin müəyyən qədər azalması müşahidə olunub.

Bu tendensiya onu göstərir ki, Azərbaycanda da, bütün dünyada olduğu kimi, kompüter yönümlü ixtisaslara maraq və diqqət artır. Bu sahələrə daha çox dəyər verilir və onlar getdikcə ön plana çıxır. Hesab edirəm ki, bu proses növbəti illərdə də eyni istiqamətdə davam edəcək.

– Kənd təsərrüfatı və turizm kimi sahələrdə dövlət sifarişli plan yerlərinin artırılması diqqət çəkir. Sizcə bu siyasət regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına və azad olunan ərazilərdə yeni iş imkanlarının yaranmasına necə təsir göstərə bilər?

– Kənd təsərrüfatı ixtisaslarında dövlət tərəfindən plan yerlərinin artırılması və yalnız dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin ayrılması, dövlətin bu sahəyə – xüsusilə gənclərimizin kənd təsərrüfatı ixtisaslarına cəlb olunması və mütəxəssis kadrların hazırlanması istiqamətində – xüsusi diqqət ayırdığını göstərir.

Məsələn, işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı və turizm sahələrində plan yerlərinin ayrılmasının şahidi oluruq. Bu istiqamətlərə daha çox diqqət ayrılması, həmin sahələr üzrə gələcəkdə peşəkar kadrların yetişdirilməsi və hazırlanması baxımından atılan mühüm addım kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri