Icma.az
close
up
RU
Dövlət vətəndaş etimadını sarsıdanların XƏYANƏTİ KONKRET

Dövlət vətəndaş etimadını sarsıdanların XƏYANƏTİ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son bir neçə gündür “Azəriqaz” rəhbərliyinin etinasızlığı vətəndaşlarda soyuq duş effekti yaratdı. Ona görə yox ki, insanlar ilk dəfə idi belə münasibətlə rastlaşırdılar. Onsuz da əksər dövlət qurumları cəzasızlıq mühitindən istifadə edərək bürokratik fəaliyyətlərini davam etdirir. Amma “Azəriqaz” İB-nin sayğac və smart kartlarla bağlı yeni il ərəfəsində xalqa “hədiyyəsi” əslində bu sahədə vəziyyətin nə qədər dəhşətli hal aldığından xəbər verir. “Soyuq duş” dedikdə o başa düşülməlidir ki, əhali daha sərt münasibətlə qarşılaşır və bu, adi hal kimi dövriyyəyə daxil olur.

Son aylarda TƏBİB-in və Səhiyyə Nazirliyinin ayrı-ayrı qurumlarında çalışan şəxslərin davranışları, Röyanın Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təntənəli qarşılanması, son smart kart olayları ölkə üçün yaxşı heç nə vəd etmir. Bu, onu deməyə əsas verir ki, kadrlarda və onların idarəçiliyində ciddi qüsurlar var. Bu mənada dövlət başçısının zəfər tonu ilə bir sıra məmurların fəaliyyətindəki uğursuzluq özünü qabarıq şəkildə büruzə verir. Ümumiyyətlə, müvafiq strukturların bu yanaşması nə ilə izah edilir? Nə üçün insanlar süründürməçiliklə üzləşir, bir çox qurumlar DTX, DİN kimi hadisələrə, müraciətlərə operativ reaksiya vermir? Müşahidələr göstərir ki, məsələ təkcə fərdi məsuliyyətsizlik deyil. Burada bir neçə əsas struktur səbəblər də var. Belə ki, bir çox qurumlarda məmur öz fəaliyyətinə görə real cavabdehlik hiss etmir. Şikayətlərin nəticəsiz qalması, intizam tədbirlərinin formal xarakter daşıması bu laqeydliyi daha da dərinləşdirir. Rəqəmsallaşma və islahat çağırışlarına baxmayaraq, bir çox strukturlar hələ də sovet dövründən qalma bürokratik düşüncə ilə işləyir: vətəndaş xidmət alan tərəf deyil, sanki “xahiş edən” mövqeyindədir. Ona görə də Prezident Administrasiyası və digər mərkəzi icra strukturlarında qəbul edilən qərarların yerlərdə icrası çox vaxt ya ləngiyir, ya da tamamilə formal icra olunmur. Bu isə vətəndaşlarda haqlı narazılıqlara səbəb olur. Dövlət-vətəndaş münasibətləri təhlükə riskinə daxil olur. Məsələnin ən xoşagəlməz və qorxulu tərəfi budur ki, problemlər getdikcə qabarır, hətta ən yuxarı instansiyalar belə bu kimi hallara qarşı sükut nümayiş etdirir. Doğrudur, Prezident dəfələrlə müvafiq situasiyalarda məsələlərə sərt reaksiya verib, onun göstərişlərinə uyğun olaraq problemin səbəbləri və həll edilməməsi məsələləri detallarına qədər müəyyən edilib. Amma hər dəfə dövlət başçısından reaksiya gözləmək, təşəbbüslərlə çıxış etməmək kimi dövlət qurumlarında ciddi “xəstəlik” yaranıb. Çox yaxşı olardı ki, bu dövlət qurumları, xüsusən də TƏBİB, “Azəriqaz”, Səhiyyə, Elm və Təhsil, Mədəniyyət nazirlikləri ölkənin bir sıra güc strukturlarının, xüsusən DTX və DİN kimi qurumların fəaliyyətini nümunə kimi götürərdilər.

Hər kəsə bəllidir ki, bu güc qurumları əsasən fövqəladə, təhlükəsizlik və ictimai asayişlə bağlı məsələlərdə olduqca çevik fəaliyyət göstərir. Lakin digər dövlət qurumlarına bu sözləri aid etmək olmaz. Çünki hər birimiz belə hallarla dəfələrlə qarşılaşırıq. Vətəndaş müraciətləri qulaqardına vurulur, məmur özbaşınalığı və ya sosial xarakterli problemlər ciddi qəbul edilmir. Görünən odur ki, ölkədə hələ də belə hesab edirlər ki, təhlükəsizlik yalnız xaricdən gələn təhdidlərlə bağlıdır. Sosial ədalətsizlik isə dövlət üçün risk hesab edilmir. Tamamilə yanlış bir fikirdir. Bu yanaşma Azərbaycan Prezidentinə xəyanət kimi qiymətləndirilməlidir. Dövlət başçısının bununla bağlı xeyli çıxışları var. Ölkənin məhkəmə hakimiyyərindən tutmuş bank sisteminə qədər hər yerdə dərin islahatlar keçirilməlidir. Əks təqdirdə çoxpilləli bürokratik sistem xərçəng xəstəliyi kimi ayrı-ayrı sahələrdə arzuolunmaz nəticələr yaradacaq. Məmurlarda dövlət əxlaqının olmaması “ədalət mülkün təməlidir” prinsiplərini məhv edəcək. Biz bu gün bəzi hallarda “məmur məmuru qoruyur” halları ilə də rastlaşırıq. Tam əminəm ki, bu kimi halların üstü açıldıqca, ölkə rəhbərinin qəzəbi ilə qarşılaşacaq. Çünki məmur məmuru qoruyursa, süründürməçilik bir sistem kimi dövlətin təməl prinsiplərini darmadağın edəcək. Bunun real vəziyyəti belədir: Əgər məmur üçün ən təhlükəsiz yol heç bir qərar verməmək, prosesi uzatmaqdırsa, belələri nəticədə məsuliyyətsiz davranış kodeksi formalaşdırır. Belə məmurlara görə təşəbbüs göstərmək riskdir. Bu riskdən qaçanda isə vətəndaş aylarla, bəzən illərlə eyni qapıları döyməli olur. Beləliklə, dövlət–vətəndaş etimadı sarsılır, bu isə özünü nə vaxtsa ən kəskin şəkildə büruzə verir. Sosial narazılığın yığılması bu gün dövlət qurumlarını narahat etməyə bilər. Çünki Azərbaycan hələ də işğaldan azad edilmiş torpaqlarda böyük miqyasda quruculuq işlərinin təsiri altındadır. Amma sabah bu prosesin özü qatılaşmış və həll edilməmiş problemlər girdabında görünməyəcək. Prezidentin elan etdiyi islahat xəttinə belə etinasızlıq, yumşaq desək xəyanət nəticəsiz qalmayacaq. Beləliklə, uğursuz məmurların fəaliyyəti dövlətin uğur hekayəsini kölgədə qoyacaq.

Əgər, bu gün və ya sabah məmurların fəaliyyətinə görə fərdi və ictimai hesabatlılıq mexanizmləri gücləndirilməsə, şikayətlərə baxılma müddəti və nəticələri sərt nəzarətə götürülməsə, yerli icra strukturlarında kadr islahatları formal deyil, məzmunlu aparılmasa, Azərbaycan üçüncü Qarabağ problemi yaşayacaq. Bu gün məmurların belə davranışları milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir. Artıq bu məsələ ayrı-ayrı qurumların və ya şəxslərin problemi deyil. Bu, dövlət idarəçiliyində əxlaq problemidir.

Ötən yazılarımızda bildirdiyimiz kimi, “Dövlət əxlaqı anlayışı yalnız korrupsiyadan uzaq olmaqla bitmir. Bu anlayış həm də davranışın mahiyyətini, statusların düzgün ayırd edilməsi və ictimai həssaslığın nəzərə alınması deməkdir. Bu tip davranışlar uzunmüddətli perspektivdə dövlət institutlarına olan etimadı zəiflədir. Çünki vətəndaş dövlət qurumunda öz problemini çözə bilmir.

Əgər mərkəzdə elan olunan zəfər və islahat ruhu yerlərdə real icra mexanizmləri ilə dəstəklənməsə, vətəndaş üçün dövlət anlayışı kağız üzərində qalacaq. İslahatın əsas ölçüsü isə statistik rəqəmlər deyil, vətəndaşın gündəlik həyatında hiss etdiyi ədalətdir.

KONKRET.az-ın ANALİTİK QRUPU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri