Icma.az
close
up
RU
“Dövlət vəzifələrdə qalacaq bəzi rüşvətxor məmurların yüksək səviyyədə dolanışığı üçün deyil...”

“Dövlət vəzifələrdə qalacaq bəzi rüşvətxor məmurların yüksək səviyyədə dolanışığı üçün deyil...”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanda da Özbəkistan kimi idarəçilikdə süni intellektə üstünlük verilsə, rüşvətxor məmurlar başlarına nə çarə qılar, süni intellekti də rüşvətxorluğa öyrətməyə cəhd edərlərmi?..”

"2025-ci ilin dövlət büdcəsindən təkcə ümumi dövlət xidmətlərinə, bürokratik aparatın saxlanılmasına 5 milyard manatdan çox vəsait ayrılıb. Hələ mən digər dövlət strukturlarının saxlanılmasına ayrılan digər vəsaitləri demirəm. Əgər həmin strukturların da saxlanılma xərcləri nəzərə alınsa, bu hər il büdcənin təxminən  1/4 – inin, yəni 10 milyard manata  yaxın vəsaitin sərf olunması deməkdir. Görün, dövlət büdcəsi nə qədər lazımsız, gərəksiz şəkildə əlavə yüklənir? Hələ..."

Xəbər verildiyi kimi, süni intellektin  tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2000-dən çox dövlət qulluqçusunu ixtisar edəcək. Prezident Şavkat Mirziyoyevin imzaladığı müvafiq fərman “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır. Orada yaxın vaxtlarda ölkənin icra hakimiyyətində 2141 vəzifənin ixtisar ediləcəyi bildirilir.

Bəs görəsən, Azərbaycanda da belə bir sistem tətbiq edilsə, yəni yersiz və artıq məmur işlərinin bir çoxunu süni intellekt əvəzləsə, işdən çıxarılanlar bir yana, babat vəzifələrdə qalacaq bəzi rüşvətxor məmurlar “başlarına nə çarə qılacaq”, “nə ilə dolanacaq”lar, süni intellekti də rüşvətxorluğa öyrətməyə cəhd edəcəklərmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:

“Dünyada süni intellekt geniş yayılmaqdadır və bunun tətbiq dairəsi də çoxşaxəlidir. Xüsusən də qabaqcıl texnologiyalara və innovativ təşəbbüslərə üstünlük verən qabaqcıl  ölkələrdə süni intellekt və rəqəmsallaşma hakim mövqeyə keçir. Doğrudur, insan zəkasını və insan beynini heç bir texnologiya və elmi tətbiq qüsursuz şəkildə əvəz eləmir. Lakin onun da öz üstünlükləri var. Azərbaycanda son dövrlər süni intellekt və rəqəmsal texnologiya ilə bağlı xeyli irəliləyişlər müşahidə edilsə də,  bunun idarəetmədə tətbiqi hiss olunmur.  Daha çox ənənəvi formada texnokrat ordusu qalmaqdadır. Dəfələrlə idarəetmənin çevik, mobil və optimallaşdırılması ilə bağlı fikirlər və təkliflər səsləndirilsə də, bütün bunlara məhəl qoyulmur. Əksinə, son dövrlər bürokratik aparatın süni şəkildə şişirdilməsi, paralel stukturların təsis olunması tendesiyası baş verməkdədir. Elə qurum var ki, orada nazirin, yaxud idarə rəisinin onlarla müavini, müşaviri, köməkçisi, referenti, katibəsi  dövlət büdcəsinə oturdulub və onlara hər cür şərait yaradılıb. 2025-ci ilin dövlət büdcəsindən təkcə ümumi dövlət xidmətlərinə, bürokratik aparatın saxlanılmasına 5 milyard manatdan çox vəsait ayrılıb. Hələ mən digər dövlət strukturlarının saxlanılmasına ayrılan digər vəsaitləri demirəm. Əgər həmin strukturların da saxlanılma xərcləri nəzərə alınsa, bu hər il büdcənin təxminən  1/4 – inin, yəni 10 milyard manata  yaxın vəsaitin sərf olunması deməkdir. Görün, dövlət büdcəsi nə qədər lazımsız, gərəksiz şəkildə əlavə yüklənir? Hələ yığılan çirkli pullar, rüşvət və korrupsiya yolu ilə əldə edilən vəsaitlər bunun iki qatından da çoxdur... 

Xatırlayırsızsa, 2015-ci ildə dünyada gedən sürətli proseslər fonunda Azərbaycanda bəzi islahatlar, o cümlədən struktur dəyişikliklərə gedirdi. Ancaq bu da çox  uzun sürmədi və hər şey sonrakı dövrlərdəki mənzərəyə qayıtdı. Bürokratik və şəbəkələşmiş inhisarçı aparat o qədər şişib ki, artıq qüdrətli bir gücə dönüb. Onu dağıtmaq, yaxud da reformasiya etmək çətin hala gəlib. Bu həm də dövlətçiliyə qarşı da ciddi təhdidə çevrilib, çünki dövlətin gücündən istifadə edir və inkişafa, tərəqqiyə mane olur. Aşağılar da hədsiz əzilmələrinə, haqsızlığa düçar olmalarına uzun müddət nəyinsə xatirinə susa bilərlər. Odur ki, çəkinmədən fundamental islahatlara getməyi zəruri hesab edirəm. Dövlət vəzifələrdə qalacaq bəzi rüşvətxor məmurların və texnokratların yüksək səviyyədə dolanışığı üçün deyil, xalqa, millətə xidmət üçündür.  Və hesab edirəm ki, bu mənada Azərbaycan bürokratik və rüşvətxor məmur aparatını islah edilməsi üçün mütərəqqi beynəlxalq təcrübəni, o cümlədən qardaş və müttəfiqi olan Özbəkistan dövlətinin təcrübəsini bölüşməlidir...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see222

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see121

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see121

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see120

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri