Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Dövlətçilik ruhunda yetişən yeni nəsil siyasətçi: Biz həm müasirik, həm də milli MÜSAHİBƏ

Dövlətçilik ruhunda yetişən yeni nəsil siyasətçi: Biz həm müasirik, həm də milli MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanın ictimai-siyasi həyatında gənc və dinamik bir sima öz dəst-xəttini formalaşdırmaqdadır. Bu, Elvin Vəliyevdir. O, dövlətinə və xalqına sədaqətlə xidmət etməyə and içmiş milli dəyərlərimizin qoruyucusu olan gənc siyasətçidir. 2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə deputatlığa ən gənc namizəd kimi iştirak etməsi onun siyasi iradəsinin və liderlik qabiliyyətinin bariz nümunəsidir. E.Vəliyev təkcə siyasətçi deyil, həm də ölkəmizin mədəni irsinin keşiyində dayanan, gənclər arasında milli ruhu aşılayan, Qərbi Azərbaycana qayıdış ideyasını yeni nəslin şüurunda dərinləşdirmək üçün yorulmadan çalışan ictimai fəaldır. Onun fikrincə, müasir Azərbaycan gəncliyi qlobal dünyada yerini tapmaqla yanaşı, öz milli kimliyinə də sahib çıxmalıdır. Prezident İlham Əliyevin siyasi kursunu və dövlətçilik fəlsəfəsini fəaliyyətində əsas tutan E.Vəliyev üçün dövlətə xidmət, sadəcə, vəzifə deyil, həyat missiyasıdır. O, “Biz həm müasirik, həm də milli” prinsipini ideoloji xətt kimi qəbul edərək ölkəmizə töhfə verməyə çalışır.

AZƏRTAC-ın “Azərbaycanın istedadları” rubrikasının budəfəki qonağı da E.Vəliyevdir. Onunla müsahibəni təqdim edirik.

- Siyasi fəallığa daha tez başlamağınız və bunun psixoloji, intellektual inkişafınıza təsiri barədə nə deyə bilərsiniz?

- Siyasi fəallığım Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara söykənən siyasətinə əsaslanır. Dövlətimizin başçısının liderlik keyfiyyətləri, dövlətçilik uğrunda apardığı prinsipial və qətiyyətli mübarizə mənim də bu yolda ilk addımlar atmağıma səbəb olub, mənə yüksək məsuliyyət hissi və məqsədyönlü baxış qazandırıb. Liderlik qabiliyyətim isə məhz Prezidentimizin xalqına və dövlətinə olan sədaqətli xidmət modeli əsasında formalaşıb.

- Qərbi Azərbaycana qayıdış ideyasını gənclər arasında təbliğ etməyin strateji və mədəni tərəflərini necə müəyyənləşdirirsiniz? Bu ideyanın reallaşması üçün hansı sosial mexanizmləri təklif edirsiniz?

- Qərbi Azərbaycana qayıdış ideyası Prezident İlham Əliyevin iradəsi ilə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu, bizim milli kimliyimizin, tarixi ədalətin bərpası və mədəni varlığımızın qorunması anlamına gəlir. Gənclər arasında bu ideyanın təbliği üçün, ilk növbədə, Prezidentin çıxışlarının, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin və dövlətimizin bu istiqamətdə gördüyü işlərin gənc nəslə düzgün və dolğun çatdırılması vacibdir. Sosial mexanizm kimi təlim proqramları, media layihələri və regionlara səfərlər vasitəsilə həm maarifləndirmə, həm də birbaşa iştirak təmin oluna bilər.

- Azərbaycan gənclərinin dövlətçilik ruhunda yetişməsi üçün təhsil və informasiya sistemində hansı yeniliklərə ehtiyac görürsünüz?

- Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təhsilində son illərdə böyük islahatlar aparılıb. Amma yenə də gənclərin dövlətçilik ruhunda formalaşması üçün bəzi işlər görülməlidir. Əsas məsələ təhsil və informasiya sistemində milli ideologiyanın, dövlətimizin başçısının siyasi kursunun və tarixi reallıqların gənclərə daha təsirli formada çatdırılmasıdır. İmkanlarımız isə böyükdür, dövlətimizin gənclərə göstərdiyi diqqət və dəstək sayəsində müvafiq tədbirləri həyata keçirmək üçün kifayət qədər resurs mövcuddur.

- Tarixi irsimizin qorunması və onun gələcək nəsillərə ötürülməsi məsələsində texnologiyanın və rəqəmsal medianın rolu barədə fikirləriniz nədən ibarətdir?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Rəqəmsal Azərbaycan” strategiyası çərçivəsində texnologiyanın və rəqəmsal medianın tarixi irsimizin qorunmasında rolu daha da artmaqdadır. Biz bu vasitələrlə tarixi abidələrimiz və mədəni irsimiz barədə məlumatları daha geniş auditoriyaya çatdıra və gənclərimizi milli-mənəvi dəyərlərlə tanış edə bilərik. Gənclərimizin rəqəmsal aləmdəki fəallığı bizə bu istiqamətdə geniş imkanlar təqdim edir və bunlardan yararlanmaq həm vətəndaşlıq borcumuz, həm də strateji vəzifəmizdir.

- Milli dəyərlərlə qloballaşma arasında balansı necə qorumaq olar? Bu məsələni Azərbaycan gəncləri üçün strateji çağırış kimi necə qiymətləndirirsiniz?

- Azərbaycan həm milli dəyərlərini qoruyan, həm də qlobal proseslərə uğurla inteqrasiya edən dövlətdir. Biz milli kimliyimizi qoruyaraq müasir dünyaya açıq ola bilərik. Bu baxımdan Prezidentimizin “Biz həm müasirik, həm də milli” prinsipi gənclər üçün ən güclü ideoloji istiqamətdir.

- Sizin kimi gənc siyasətçilərin ölkəmizə verə biləcəyi töhfələr barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, gənclər dövlətin inkişafında ön sırada olmalıdırlar. Mənim kimi gənc siyasətçilər də bu çağırışa cavab verirlər. Yeni nəsil siyasətçilər cəmiyyətə yenilənmə, texnoloji düşüncə və daha dinamik idarəetmə üsulunu gətirirlər. Amma biz bunu edərkən Prezidentimizin siyasi kursuna, dövlətimizin milli maraqlarına sadiqliyimizi unutmuruq. Bu sadiqlik həm sabitliyin, həm də davamlı inkişafın təminatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri