Icma.az
close
up
RU
Dövlətçilik xətti milli mətbuatımızın əsas missiyasıdır

Dövlətçilik xətti milli mətbuatımızın əsas missiyasıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Aydın Quliyev – 65

Milli mətbuatın 150 illik yubileyi ərəfəsində ölkənin media ictimaiyyəti tanınmış jurnalist-politoloq, “Bakı - xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevin 65 illik yubileyini ictimai sayğı və həmkarlıq səmimiyyəti ilə qeyd edir. Qələm dostumuzun ömür yoluna, mətbu fəaliyyətinə, jurnalistikamızın sabahı ilə bağlı arzu-itəklərinə onunla müsahibə formatında nəzər saldıq.

– Aydın müəllim, 1960-cı ildə milli mətbuatımızın 85-ci ildönümünə 4 gün qalmış dünyaya göz açmısınız. O zaman 22 iyul milli mətbuat bayramı kimi qeyd olunmurdu. Sonrakı 65 ilin son 35 ilində siz jurnalistlərimizin peşə bayramına çevrilmiş bu təntənəyə ikiqat xoş əhvalla gəlirsiniz. 65 yaş bu gün nələri yadınıza salır?

– 65, belə baxanda, az yaş deyil. Bu yaşa gəlib çıxmaq hamıya nəsib olmur. Ömür yazana şükür etmək bu yaşa çatan hər kəs üçün bütün arzu və istəklərdən yuxarıda durmalıdır. Təbii ki, bu yaşda arzular çox olmur. Necə deyərlər, bu yaşda, əsasən, “arzudan doğan arzulardan” danışmaq daha düzgün olar. Ömrün illərini 1, 2, 3... deyib hesablamaq düz olmaz. İlləri sayaraq, onlara hörmət edərək yaşamaq lazımdır. Ömür illərlə yox, məzmunla ölçüləndə daha maraqlı olur. Mən də məzmuna önəm verərək yaşamağa çalışdım.

Düz deyirsiniz ki, ad günümün ilk milli qəzetimizin yaranmasının ildönümü ilə bir vaxta düşməsi həyatımda əlamətdarlıq yaradıb. Mən ad günü, yübiley keçirmirəm. Mətbuat bayramında dostlarla, həmkarlarla təbrikləşməyim mənə bəs edir. Ömrümün, demək olar ki, yarısı qəzetçilikdə keçib. 22 iyul bu baxımdan mənə çox əziz bir gündür – ötən 35 ildə həm peşə bayramımdır, həm arxada qalan illərin hesabat məqamıdır.

– Həyatınız qaynar keçir, siyasət, mətbuat... Bu yaşdan baxanda nələri daha çox xatırlayırsınız? Şəxsi həyatla bağlı olanları, yoxsa ictimai fəaliyyət, peşə-məşğulluq müstəvisində baş verənləri?

– Bizim nəslin həyatı bir çox mərhələlərdən keçdi. Həm də çətin və bir- birindən fərqli aylar, illər yaşadıq. Sovetin məhdudlaşdırma siyasətini gördük. Müstəqillik uğrunda mübarizə tarixinin iştitakçısı olduq. Erməni təcavüzünün bəlalarını yaşadıq. Hərə bunları həm ümumi, həm də fərqli tale ilə yaşadı. Bütün şəraitlərdə yalnız öz şəxsi həyatını yaşayanları gördük. Öz şəxsi həyatını bir kənara qoyaraq millətin sabahı üçün töhfə verənləri də tanıdıq. Təvazökarlıqdan uzaq görünməsin, mən bu proseslərdə şəxsi karyera haqqında düşünmədim.

90-cı illərin əvvəlində Naxçıvanda əldə silah könüllü müdafiə dəstəsində oldum. Erməni təcavüzkarlar Topxananı məhv edəndə Naxçıvanda ilk ayağa qalxanların yanında idim. “Heydər Əliyevsiz müstəqil dövlət qurmaq çox mürəkkəb olar” deyən ilk təşəbbüskarlarla bir sırada olmuşam. Bu çətin mərhələlərin hər birində mövqe tutmaqdan çox, mövqe göstərməyə çalışdım. Əslində, bunlar o qədər qaynar proseslər idi ki, onların içində şəxsi planda nələrisə düşünmək mümkün deyildi. Bu mənada, bizim nəsili daha çox bəxti gətirəklərdən saymaq olar. Bəxtli ona görə ki, o qaynar proseslərin içində olduq. Şəxsi işlərlə məşğul olmağa fürsətimiz qalmadı. Çönüb arxaya baxanda ömrümü ictimai məzmunla mənalanmış görürəm.

– Jurnalistika sizin üçün daha çox nədir – peşə, özünütəsdiq, yoxsa dolanışıq mənbəyi?

– Səmimi deyim ki, saydıqlarınızın hamısı var. Ancaq jurnalistika fəaliyyəti, ilk növbədə, məxsusi istedadın, yüksək təhsilin və peşkarlıq vərdişlərinin birliyindəngüc alır. Peşə vərdişləri bütün sahələrdə vacibdir, onları, adətən, təhsil və praktik fəaliyyət meydanında əldə edirik. Ancaq jurnalistika az sayda peşələrdən biridir ki, istedad istisnasız olaraq vacibdir. İstedadı olmayan necə jurnalist ola bilər?! Tək vərdişlərlə və ya təhsillə bu sahədə çox uzağa getmək olmaz. Bunu media meydanın atılıb qarışıqlıq yaradanların səriştəsizliyi, ziyankarlığı bir daha sübur edir.

Jurnalistikanın ömürlük peşəm olacağını güman etmirdim. “Bakı – xəbər” qəzetindəki 25 illik baş redaktorluğum dövründə elə bir mərhələ var idi ki, yaşadığım hər günün jurnalistikada son gün olacağını zənn edirdim. Ancaq taleyin öncədən görünməyən hökmləri var imiş. Beləliklə, ömürlük peşə kimi jurnalistikada qaldım. “Məcburən qaldım” demirəm. Könül bağlılığı, tale yazısı oldu.

Jurnalistikanı zəka üstündə dayanan fəaliyyət kimi ilk gündən sevdim. Fəaliyyət baxımından seçim imkanlarım məhdud deyildi. Özümü elmə də həsr edə bilərdim. Ancaq jurnalistikanı seçdim. Heç bir sosial media, şəbəkə, süni intellekt jurnalistikanı əvəz edə bilməz. Sosial mediadan fərqli olaraq jurnalistika nə kütləvi fəaliyyətdir, nə də kütlənin fəaliyyəti. Süni intellekt ən müasir və səmərəli yaradıcılıq texnologiyasıdır. Lakin ən mükəmməl süni intellekt peşəkar jurnalistikanı əvəz edə bilməz. Süni intellekt olmayanda da jurnalistika var idi. Ancaq süni intellekt jurnalistikasız çox zəif olar.

– Milli mətbuatımız 150 illik yol keçib. Yubileylə bağlı fikirlərinizi bölüşərdiniz.

– Milli mətbuatımız yabançı ideologiyaların, yad dövlətlərin hegemonluğu altında yaransa da, varlığını 116 il belə sürdürsə də, daim öz milli simasını yaradıb təkmilləşdirə bildi. Çünki bu fəaliyyətin kökündə milli təşəbbüskarlıq, milli təəssübkeşlik dayanır. Bu mənada mətbuatımızın keçdiyi 150 illik yol həm də fədakarlıq tarixidir. Milli mətbuatımız çarizmin timsalında hakim dövlətin və yad ideologiyanın icazəsi ilə yarandı. Sovet hökumətinin timsalında yenə də yad ideologiyanın diktəsi ilə fəaliyyət göstərdi. Ancaq bu yad sosia-siyasi mühitlərdə öz simasını bacardıqca şəkildə qorudu və inkişaf etdirdi. Nəhayət,150 ilin son 34 ilində üstün bir dövr olaraq müstəqil dövlətimizin institutu səviyyəsinə gəlib çıxdı.

Mətbuatımızın 150 illik tarixi Azərbaycan sivilizasiyasının böyük nailiyyətlərindən biridir. 150 illik tarixi olan milli mətbuat heç də bütün xalqların nəsibi olmayıb. Daha qədim mətbuat tarixi olan millətlər də var. Ancaq Azərbaycan xalqı sübut etdi ki, biz bunu da bacardıq.

– Mətbuatımızın müstəqil dövlətçilik dövründə azad təsisata çevrilməsi, həqiqətən, tarixi uğurdur...

– Müstəqilliyin ilk mərhələsində daha çox fərdi həvəskarlığa söykənən mətbuatımız, əsasən, xaotik müstəvidə fəaliyyət göstərirdi. O zaman dövr bunu tələb edirdi. Çox qısa müddətdə yeni mətbuat vasitələri yarandı. Yeni jurnalist dəstəsi meydana atıldı. Sovet dövrü jurnalistləri yeni mühitə sürətlə uyğunlaşmağa başladılar. Hərə milli mətbuat üçün bacardığını etməyə çalışırdı. Qarışıqlıq buradan yaranırdı. Ancaq çox tezliklə milli mətbuat müstəqil dövlətimizin himayəsi altında nizamlı inkişaf yoluna çıxa bildi.

Bu proses Heydər Əliyevin mətbuat islahatları ilə başladı. Senzura rəsmi ləğv edildi. Mətbuatın rəsmi təsisçilk və fəaliyyət qaydaları yarandı.

Müstəqil dövlətin rəhbəri Heydər Əliyev mətbuatın sərbəst və milli mühitində yaşamaq və inkişaf etmək ənənəsinin əsaslarını qoydu. Cəmiyyət tədricən qəbul etməyə başladı ki, mətbuatın mütləq müstəqilliyi kimi anlayış dünyanın heç bir yerində yoxdur. Bu barədə deyilənlər böyük hesab olunan dövlətlərin əlində başqalarının daxili işinə müdaxilə üçün bəhanə rolu oynayır.

Prezident Heydər Əliyevin başlatdığı proses ölkə başçısı İlham Əliyev tərəfindən daha da gücləndirildi. Mətbuata dövlətin dəstəyi təsisatlandırıldı. Mətbuata dövlətin dəstəyini həyata keçirən ayrıca qurum yaradıld. Sübut olundu ki, mətbuat öz milli dövlətinin himayəsində daha güclü olur. Dövlət himayəsindən kənarda mətbuatın gücə çevrilməsinin mümkünsüzlüyünü Azərbaycanın timsalında gördük.

Jurnalistlər dövlətin və qanunların himayəsinə alındı. Bu gün Azərbaycanda jurnalistlərlə dövlətin arasında qarşılıqlı hüquq, vəzifə və öhdəliklər sistemi formalaşıb. Bu ölkədə ümumvətəndaş həmrəyliyindən olduqca vacib rol oynayır. Jurnalistlərin öz sosial-siyasi mənafelərinin təminatı üçün kənarda mənbələr axtarmasına ehtiyac qalmayıb. Milli mətbuatın əsl siması da bax bundan ibarətdir.

Mətbuatımız tarixin heç bir dönəmində indiki qədər dövlətçi olmayıb. Çünki bu dövləti quran, müdafiə edən qüvvələrin biri məhz elə milli mətbuatımızdır. Mətbuatımız yeri gələndə sözlə, vaxt da olub ki, silahla bu mübarizənin ən qaynar nöqtələrində olub.

Mətbuata dövlət himayəsinin nə vaxtsa ortadan qalxacağını isə təsəvvür etmirəm. Azərbaycan jurnalistlərinin dostu adlandırılmağı ilə fəxr edən Heydər Əliyevdən başlayaraq indiyə kimi mətbuat siyasəti dövlətçilik konsepsiyasının ayrılmaz hissəsinə çevrilib. Bu prosesə Prezident İlham Əliyevin əlavə etdiyi ən parlaq yenilik mətbuatda dövlət təəssübkeşliyinin möhkəm ənənəyə çevrilməsidir. Bu gün Azərbaycanda yad siyasi-ideoloji mərkəzlərin təsirinə düşmüş jurnalistlər varsa, bu, barmaq sayı qədər olar. Əminik ki, mətbuatımızda dövlət təəssübkeşliyi həmişə aparıcı ideoloji prinsip kimi davam edəcək.

– Aydın müəllim, sizi 65 yaşınızın tamam olması və milli mətbuatımızın 150 illik yubileyi münasibətilə səmimi təbrik edir, yeni uğurlar diləyirik.

Söhbəti apardı:
Tahir AYDINOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri