Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən tədbir keçirildi

Dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən tədbir keçirildi

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Müstəqil dövlət kimi dünyanın əksər dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələri olan Azərbaycanın iqtisadi inkişafı daha da yüksəlməkdədir. Bu inkişaf həm də neçə-neçə beynəlxalq tədbirin keçirilməsinə şərait yaradıb. Keçirilən hər belə tədbir dünyanı narahat edən problemlərin həlli istiqamətində əhəmiyyətli olub.
Ölkə daxilində həyata keçirilən tədbirlər də iqtisadi inkişafın formulu ilə səsləşir. Belə tədbirlərdən biri də iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi oldu. Tədbir mahiyyəti baxımından dünyanı narahat edən mühüm bir problemlə - enerji ilə bağlı idi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanda enerji resurslarının inkişafının tarixini xatırladaraq qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi fəaliyyət göstərdiyi 30 il müddətində daha da təkmilləşib, “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub; - “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir”.
Son dövrlərdə dünyada baş verən hadisələr, dövlətlərarası münasibətlərdə yaranan gərginliklər, müharibə şəraitləri, müharibələr dünyəvi problemləri daha da dərinləşdirmişdir. Bəşəri dövlətlər həm öz gələcəyini planlaşdırır, həm də dünyada əmin-amanlığın möhkəmlənməsi üçün mübarizlər sırasında dayanır. Bu baxımdan dövlət başçımızın dediyi kimi, bütün dövlətlər praqmatik olmalıdır, enerji təhlükəsizliyi və bərpaolunan enerjiyə sərmayə yatırmalıdır. Bunlar dinc dünya üçün başlıca amillər sırasındadır. Tədbirdə cənab İlham Əliyev bu məqamı sabahları təmin edən şərt kimi xarakterizə edərək dedi ki, “Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”...
Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda təbii sərvətlərinə münasibət dövlətçilik baxımından o qədər də ciddi olmadığını da bildirən dövlət başçımız dedi ki, “...Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir”.
Bu tədbir həm də tarixin xatırlanması ilə yadda qalacaq. Belə ki, dövlət başçımız müstəqilliyi bərpa olunmuş Azərbaycanda iqtisadi inkişafın konturlarını da xatırlatdı, onların başlıca olaraq nəyə əsaslandığını da. Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu zənginlik zamanında onun siyasi taleyinə nüfuzları da artırırdı. Buna baxmayarq, Azərbaycan siyasi baxımdan səbatlı bir dövlətə çevrildi. Gənc dövlətin “...enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi”.
Çıxışında Azərbaycanın iqtisadi fəliyyətinin çox müsbət olduğunu, aparıcı beynəlxalq reytinq agentliklərində Azərbaycanın reytinqinin artdığını, investisiya dərəcəli reytinqi olduğunu, xarici borcunun əhəmiyyətli dərəcədə azaldıldığını, ehtiyatlarının xarici borcunu 18 dəfədən çox üstələdiyini, ... qeyd edərək bildirdi ki, bunlar təbii sərvətlərdən düzgün istifadənin nəticəsidir. Dövlət başçımız həm də bildirdi ki, “...müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər; - Enerji təhlükəsizliyi...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Mərkəzi Asiyadakı tərəfdaşları ilə birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsinin geniş coğrafiyanı əhatə edəcəyini, bu nailiyyətlərin yüksək səviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olduğunu, …xatırladaraq qeyd etdi ki, “Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir. Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir”…
Düzgün enerji siyasəti və milli maraqlara əsaslanan praqmatik yanaşmanın ölkələr üçün ən doğru yol olduğu danılmazdır. İkitərəfli siyasi əlaqələr kontekstində qeyd olunmalıdır ki, dövlət başçımızın dediyi kimi, “Azərbaycan bu yolla həm özünü, həm də qlobal enerji təhlükəsizliyini gücləndirir”. Azərbaycanın təcrübəsini, regionun, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu bəşəri dövlətlər səmimiyyətlə etiraf edir.
Dövlət başçımız bu tarixi tədbirdə Azərbaycanın Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr üçün mühüm tranzit imkanları təqdim etməsini, inşa ediləcək Zəngəzur dəhlizinin Şərq-Qərb dəhlizinin yeni qolu olacağını, Azərbaycanın enerji siyasətində uğurlu diplomatiyasının bundan sonra da böyük uğurlar gətirəcəyini, ... də bildirdi.
Hər tədbir mahiyyət baxımından dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi də belə qürurverici məqamları ilə tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

..
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 İyun 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri