Icma.az
close
up
RU
Dövlətçiliyin xilas yolu

Dövlətçiliyin xilas yolu

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəhram Şiriyev,

Əməkdar müəllim

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edən 3 oktyabr 1993-cü il prezident seçkiləri yalnız siyasi hadisə deyil, həm də milli qurtuluşun başlanğıcı olmuşdur. Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı daxili siyasi böhran, iqtisadi geriləmə, separatçılıq təhlükəsi və xarici təzyiqlər dövlətçiliyimizin mövcudluğunu sual altına almışdı. Belə bir məqamda xalqın böyük əksəriyyəti, milli maraqlar naminə müdrik seçim edərək Ulu öndər Heydər Əliyevi dövlət başçısı seçdi. Bu seçim Azərbaycanın müstəqilliyini qorumaq, sabitliyi təmin etmək və gələcək inkişaf strategiyasını müəyyənləşdirmək baxımından həlledici addım oldu.

1993-cü ilin 3 oktyabrında keçirilən seçkilərdə Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycan xalqı dövlət müstəqilliyinin əbədi və dönməz olacağına əminlik qazandı. Heydər Əliyev dövlətə və xalqa sədaqət andı içərək ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, daxili siyasi sabitliyi təmin etdi və müstəqilliyin qorunması naminə qətiyyətli addımlar atdı. Onun siyasi iradəsi nəticəsində qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ordu quruculuğu prosesinə start verildi.

Bu mərhələdə Ümummilli liderin əsas prioritetlərindən biri Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyini təmin etmək oldu. Heydər Əliyevin rəhbərliyi altında dövlətin əsas təsisatları yaradıldı, milli Konstitusiyanın qəbulu ilə hüquqi baza formalaşdırıldı, demokratik dövlət quruculuğu prosesi sürətləndirildi.

1991-1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran və idarəetmədə səriştəsizlik Azərbaycanı parçalanma həddinə gətirmişdi. Xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz xilaskarlıq missiyasını böyük qətiyyətlə yerinə yetirdi. O, həyatını təhlükə altına qoyaraq Gəncədə baş verən qiyamın qarşısını aldı, dövlətçiliyin dağılmasına imkan vermədi.

Heydər Əliyev sadəcə siyasi lider deyil, həm də milli həmrəyliyi təmin edən tarixi şəxsiyyət idi. O, xalqın etimadını qazanaraq müstəqilliyin qorunmasında yeganə ümid ünvanına çevrildi. Millətin məhəbbəti və dəstəyi sayəsində Heydər Əliyev Azərbaycanı xaosdan çıxararaq sabitlik və inkişaf yoluna yönəltdi.

Heydər Əliyevin prezidentliyi dövründə formalaşan ən mühüm konsepsiyalardan biri Azərbaycançılıq ideologiyası oldu. Bu ideologiya yalnız ölkə daxilində yaşayan insanları deyil, həm də bütün dünya azərbaycanlılarını birləşdirən mənəvi-siyasi dayağa çevrildi. Ulu öndərin müdrik siyasəti nəticəsində milli ruh yüksəldi, tarixi yaddaş bərpa olundu və azərbaycanlıların dünyada bir millət olaraq tanınması təmin edildi.

Heydər Əliyev həmçinin qlobal miqyasda balanslaşdırılmış siyasət yürütməklə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi. Onun siyasi fenomeni müdrikliyi, praqmatik qərarları, yüksək natiqlik qabiliyyəti və uzaqgörənliyi ilə ölçülürdü.

Ulu öndərin ən böyük xidmətlərindən biri Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirmək və xarici investisiya axınını təmin etmək oldu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr ölkəmizin qlobal enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı.

Heydər Əliyev eyni zamanda bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, sosialyönümlü iqtisadi islahatların həyata keçirilməsi sahəsində ardıcıl tədbirlər gördü. Bu model ölkənin dayanıqlı inkişafını təmin edərək, müstəqil Azərbaycanın iqtisadi sütunlarını möhkəmləndirdi.

Ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycanın demokratik inkişaf yolunu müəyyənləşdirdi. Hakimiyyət bölgüsü, insan hüquqlarının təminatı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi fundamental prinsiplər məhz bu dövrdə bərqərar edildi.

Heydər Əliyev senzuranı ləğv etdi, məhkəmə islahatları apardı, Ombudsman və Konstitusiya Məhkəməsi kimi institutlar yaratdı, ölüm hökmünü aradan qaldırdı. Hüquqi dövlət və siyasi mədəniyyətin inkişafı onun siyasi kursunun əsas istiqamətlərindən biri oldu.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına gətirib çıxardı. O, Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, beynəlxalq təşkilatlarda ölkəmizin mövqelərini möhkəmləndirdi. Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Böyük İpək yolu kimi qlobal layihələrdə iştirakı da məhz Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi.

3 oktyabr 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. O, xilaskarlıq missiyası ilə xalqı parçalanmadan xilas etmiş, müstəqil dövlətin əsaslarını möhkəmləndirmiş, sabitliyi təmin etmiş və Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmişdir.

Bu gün müstəqil Azərbaycan dövləti möhkəm bünövrələr üzərində dayanaraq, Heydər Əliyevin siyasi kursunu davam etdirir. Onun ideyaları, azərbaycançılıq məfkurəsi və dövlətçilik ənənələri xalqımız üçün əbədi yol göstərici olaraq qalmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri