Icma.az
close
up
RU
Dubayda ilk dəmir yolu stansiyası açılıb

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Rail” milli dəmir yolu şəbəkəsinin Dubay şəhərində stansiyası açılıb. Bu hadisə Əbu-Dabi, Dubay və Fuceyra arasında sentyabrın 30-na planlaşdırılan sərnişin dəmir yolu əlaqəsinin istifadəyə verilməsindən bir gün əvvəl baş verib.

AZƏRTAC “Arabian Business” nəşrinə istinadla xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Etihad Rail” qatarı ilə Əbu-Dabidən Dubaya gəlib. Stansiyanın açılış mərasimində Dubayın vəliəhdi, BƏƏ Baş nazirinin müavini və müdafiə naziri Şeyx Həmdan bin Məhəmməd Al Məktum, həmçinin “Etihad Rail” şirkətinin sədri Şeyx Teyab bin Məhəmməd Al Nəhyan iştirak ediblər.

“Comfort” sinifli vaqonlara biletlərin qiyməti 39 dirhəmdən (təxminən 11 ABŞ dolları), “Premium” sinifli vaqonlara isə 109 dirhəmdən (təxminən 30 ABŞ dolları) başlayır. Biletləri “Etihad Rail”in rəsmi internet saytı və mobil tətbiqi, eləcə də stansiyalardakı terminallar vasitəsilə əldə etmək mümkündür.

Dubaydakı “Etihad Rail” stansiyası piyada körpüsü vasitəsilə “Jumeirah Golf Estates” metro stansiyası ilə birləşdirilib. Bu, milli dəmir yolu şəbəkəsi ilə metro arasında birbaşa keçidi təmin edir.

“Nol” nəqliyyat sistemi ilə inteqrasiyası çərçivəsində sərnişinlər “Etihad Rail” qatarlarında, metroda, tramvaylarda və avtobuslarda səfər etmək üçün vahid QR-koddan istifadə edə biləcəklər.

Səfər zamanı BƏƏ Prezidenti dəmir yolu sisteminin fəaliyyəti və sərnişinlərə göstərilən xidmətlərlə tanış olub. Dubaydakı stansiyada isə layihənin həyata keçirilməsində iştirak edən Əmirliyin mütəxəssisləri ilə görüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri