Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Dublin yəhudisinin odisseyası

Dublin yəhudisinin odisseyası

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ceyms Coysun “Uliss” romanı haqqında

Dəfn mərasimində Leopold Blumla Stivenin atası Saymon Dedal ordan-burdan söhbətləşib keçmişdən-gələcəkdən söz salırlar, Blumun atasının intiharından, arvadının gələcək qastrol səfərindən danışırlar. Qəbiristanlıqda Blum o dünya, əbədiyyət, qiyamət günü ölülərin diriləcəyi ilə bağlı ironik düşüncələrə dalır. Stivendən fərqli olaraq bir yəhudi balasının, dünyanın yarısını öz dininə, tanrısına yoluxdurmuş bir qövmün törəməsinin ateizmi, dinsizliyi artıq fərdi məsələ deyil - bu, yəhudi xalqının neçə min illik tanrısından ala bilmədiklərinin qisası, metafizik qiyamdır. Heç təsadüf deyil ki, peyğəmbərlərlə yanaşı ən qatı ateist filosoflar, metafizik aləmə, göylər səltənətinə ən sərt şəkildə meydan oxuyan mütəfəkkirlər də yəhudilərdən çıxır.

Dəfndən sonra Blum reklam agenti kimi əməkdaşlıq elədiyi qəzetin redaksiyasına gedir. Dostunun dəfnində gördüyü bəzi adamlarla (professor, vəkil, redaktor) burada yenidən rastlaşır. Arada Blum redaksiyadan çıxıb çox keçmədən yenə qayıdır, onun olmadığı müddətdə ofisə Stiven Dedal gəlib məktəb direktorunun qeydlərini redaktora çatdırır. Bir az laqqırtı vurandan sonra Stiven hörmətli cənabları meyxanaya dəvət eləyir. Redaktor ləngiməyə məcbur qalır, Blum gələndə isə ağzının acısını onun üstünə tökür.

Blum pərt vəziyyətdə redaksiyadan çıxıb şəhərin canına düşür. Yavaş-yavaş mədəsi aclıq siqnalı verir. Yol boyu qarşısına çıxıb hal-əhval tutan tanışları birtəhər yola verə-verə günorta saat ikidə özünü kafeyə salır. Kafenin daimi müştərilərindən biri müdirə Blumun mason olduğunu pıçıldayır.

***

Elə həmin saatda Dublin kitabxanasında mühazirə deyən Stiven Dedal şəhər ziyalıları qarşısında Şekspirin həyatı, yaradıcılığıyla bağlı bəzi müəmmaları çözməyə çalışır. Fikirlərinin orijinallığına, dinləyicilərdə dərin maraq oyatmasına baxmayaraq nə onun şeirlərini gənc şairlərin yaradıcılığına həsr olunmuş almanaxda çap eləyən, nə də onu sayıb elitar ədəbi məclislərə çağıran var.

Kitabxanaya Blum da gəlib çıxır, ancaq onlar bu səfər də qarşılaşmırlar. Dost-tanışlar Leopoldun arvadının gözəlliyindən dəm vururlar, Blum özü isə bu vaxt mazoxist məzmunlu kitablardan birini seçib götürür. Bu dəqiqələrdə Buyan Boylan onun yaşadığı ünvana şərab, mer-meyvə göndərir. Onunla təsadüfən qarşılaşan Blum Boylanın izinə düşüb sahildəki restorana girir, bir tanışıyla nahar eləyib musiqiyə qulaq asır, elə oradaca öyrənir ki, arvadının məşuqu faytona minib harasa yola düşməkdədir. Özü olmayanda evində nələr baş verdiyini xəyalına gətirə-gətirə Martaya cavab məktubu yazıb onunla görüşü ertələyir, bununla da bu görüşdən ala biləcəyi həzzin ömrünü uzatmağa çalışırr.

Saat beşdə Barni Kirnan adlı birinin meyxanasına irland patriotları yığışırlar. Onlar ölkələrinə üz verən müsibətlərin səbəbini istismarçı ingilislərdə, bir də məkrli yəhudilərdə görürlər. Dostunun dəfniylə bağlı bir sığorta məmurunu soraqlayan Blum da bu girdaba baş vurur. Sərxoş patriotlar onların ingilislərə qarşı ekstremist çıxışlarını dəstəkləməyən Blumu gözümçıxdıya salıb əzirlər, lap axırda ingilislərdən qurtarıb yəhudilərə keçirlər. Blum onların əlindən çıxıb karetaya minəndə patriotlar onun arxasınca boş butulka tolazlayırlar.

Axşam saat səkkizdə Blum dəniz qırağındakı çimərlikdə oturub yaxınlıqdakı üç qızdan birinə baxa-baxa erotik fantaziyalara uyur, qızlar durduqları yerdən tərpənəndə Leopold ən çox bəyəndiyi qızın axsaq olduğunu görür. Az sonra saatının beşin yarısında dayandığından duyuq düşən Blumun beynindən sürətlə bir fikir keçir: yəqin Molli ona elə həmin saatın həmin dəqiqəsində xəyanət eləyib...

***

Arvadını görməyə Blumun həvəsi yoxdur, ona görə də evə qayıdışını mümkün qədər yubatmağa çalışır.

Saat onda ayaqları onu doğuş məntəqəsinə aparıb çıxarır, burada bir çoxuşaqlı qadın üç gündür bətnindəki növbəti körpədən azad ola bilmir. İçəri girəndə Blum bir dəstə cavanın yeyib içib hallandığını görür. Onların arasında Stiven Dedal, Bık Malliqan da var. Leopold da onlara qoşulub içir, gənclərlə söhbətləşir. Mamaça üç gündən bəri ağrı çəkən ananın, nəhayət, azad olduğunu deyəndə hamının kefi kökəlir, həm məclis, həm beyinlər daha da qızışır. Gənclər qərara gəlirlər ki, buradan durub meyxanaya daşlansınlar, məclisi orada davam elətsinlər.

Stivenlə bir dostu ümumxanaya getmək niyyətiylə dəstədən ayrılırlar. Nədənsə Blumun da Stivenə quşu qonur, o da bu iki gəncin izinə düşüb getməyə başlayır. Onu da deyək ki, Molli Leopold Bluma illər öncə bir oğlan da doğubmuş, ancaq zavallı körpə çox yaşamayıb, heç bir yaşına çatmamış tələf olub. İndi Stiven nədənsə Bluma həmin uşağın təcəllası kimi görünür, özündə bu oğlana qarşı bir doğmalıq hiss eləyir.

Gecə yarısı Blum özünü əxlaqsızlıq yuvasının tam göbəyində tapır. İçkinin təsirindən onu qara basır, ölüb getmiş valideynləri, gündüz nəfsinə yedirtdiyi qadınlar-qızlar, təsadüfən qarşılaşdığı adamlar gözünə görünür. Düşdüyü halın fizioloji nəticələri də özünü çox gözlətmir. Blum qədim peşə sahibinə qəlbinin ən dərin küncündə yatan intim sirləri, iyrənc fantaziyaları açıb söyləyir, içindəki kirli xəyalları, çirkin niyyətləri həvəslə faş eləyir.

Eyş-işrətin şıdırğı vaxtında Stivenin də gözünə anasının xəyalı görünür. Oğlan hövüllənib küçəyə qaçır, orada da əsgərlərlə davaya düşür. Blum onun ardınca gedib aranı birtəhər sakitləşdirir, yerə sərilib cəmdəyi toza bulaşmış gəncin üstünə əyiləndə sərxoş gözləriylə onun on bir il bundan qabaq tələf olmuş körpə oğlu Rudi olduğunu görür...

***

Bunun ardınca kitabın üç fəsildən ibarət üçüncü hissəsi gəlir. Leopold Blumla Stiven Dedal saat birdə özlərini gecə növbəsinə qalan faytonçulara xidmət göstərən bir çayxananın küncünə verirlər. Tez-tez qırılan söhbəti canlandırmaq üçün Blum bir ucdan üyüdüb tökür, Mollinin şəklini Stivenə göstərib, onu arvadıyla tanış eləmək üçün evinə aparmaq istəyir.

Bir-birinə söykənə-söykənə, rabitəsiz danışa-danışa yol yeriyən “ata-bala” saat ikidə Blumun evinə çatır. Qapını çətinliklə açıb mətbəxə keçirlər, kakao içib ordan-burdan danışırlar, sonra bağa çıxıb xırda ehtiyaclarını ödəyirlər, nəhayət, sağollaşıb ayrılırlar.

Arvadıyla yanaşı yatağına uzananda Blumun gözünün qarşısında cürbəcür xəyanət ssenariləri canlanır. Sayıqlayırmış kimi öz-özünə bir xeyli danışandan sonra onu yuxu aparır.

Leopold Blumun miskin odisseyası, “mifik” macəraları aşağı-yuxarı bunlardan ibarətdir. İyirminci yüzilliyin başında mif, əfsanə belə bir boz, puç, bayağı həyat gerçəkliyinin dibinəcən tənəzzülə uğradı. Sonrakı onilliklərdə mifə qayıdış siyasətdə fəlakətlə, sənətdə yüksəlişlə müşayiət olundu...

Sonuncu fəsil, deyildiyi kimi, yuxulu Molli Blumun nizamsız şüur axını, onun təhtəlşüurunun öz ifasında səsləndirilməsidir. Bir filoloq obrazlı şəkildə belə demişdi: elə bil qadının başının qapağını götürüb, beynindən keçənləri olduğu kimi yazıya almısan. O metoda bundan sərrast tərif vermək çətindir.

Fəxri Uğurlu

Davamı növbəti sayımızda...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri