Icma.az
close
up
RU
Dunay Bədirxanov: Türk dövlətlərinin həmrəyliyi yalnız simvolik deyil, həm də strateji zərurətdir

Dunay Bədirxanov: Türk dövlətlərinin həmrəyliyi yalnız simvolik deyil, həm də strateji zərurətdir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Türk dövlətlərinin həmrəyliyi yalnız simvolik deyil, eyni zamanda, strateji zərurətdir".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kosmik Agentliyinin ("Azərkosmos") idarə heyətinin sədr müavini Dunay Bədirxanov deyib.

O bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsidir:

"Ortaq mədəni irsimiz, dilimiz və dəyərlərimiz bu əməkdaşlığın möhkəm təməlini təşkil edir.

Son illərdə əməkdaşlığımız strateji düşüncə, praktiki əməkdaşlıq və həmrəylik üzərində qurulan yeni, dinamik bir mərhələyə qədəm qoyub.

Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığa xüsusi önəm verir.

Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə qəbul edilən Bəyannamə regionun inteqrasiyası, elmi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, kosmos və texnologiyanın strateji əhəmiyyətini vurğulayan mühüm bir sənəd oldu.

Dövlət başçıları tərəfindən imzalanan saziş çərçivəsində müxtəlif kosmosla bağlı layihələr nəzərdə tutulur. 2021-ci ildə qəbul edilmiş "Türk Dünyası 2040 Vizyonu" sənədində isə kosmos sahəsində əməkdaşlığa dair konkret məqsədlər qeyd olunub. Bu bizim sülhə yönəlmiş kosmos tədqiqatlarına və elmi tərəqqiyə olan kollektiv sadiqliyimizi nümayiş etdirir".

Dunay Bədirxanov qeyd edib ki, bu kontekstdə yaradılan "T-Space" İnnovasiya Fondu birgə resurslardan istifadə, peyk proqramlarının inkişafı, startapların dəstəklənməsi və kosmik texnologiyaların kommersiyalaşdırılması üçün zəmin yaradan mühüm bir addımdır:

"Regionun innovasiya ekosistemini gücləndirmək üçün resurslarımızı və biliklərimizi birləşdirməyimiz əməkdaşlığımızın əyani göstəricisidir.

Ötən il elan edilən "CRIS" layihəsi də bu çərçivədə Azərbaycan tərəfindən üzv dövlətlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilməyə hazırdır. Layihə əlverişli və miqyaslanabilən peyk modelindən istifadə edərək texniki əməkdaşlığı və bilik paylaşımını təşviq etməklə yanaşı, ekoloji hədəflərimizə də xidmət edir. Layihə çərçivəsində inkişaf etdirilən sensorlar karbon qazı və metal emissiyalarını izləyərək iqlim dəyişikliyi ilə mübarizədə mühüm məlumatlar təqdim edəcək.

Bu təşəbbüslərin əsasında Azərbaycanın milli məqsədlərini müəyyənləşdirən və dövlət qurumları, universitetlər və özəl sektor tərəfdaşlarını birləşdirən kompleks kosmos strategiyası dayanır. Bu yanaşma hər bir iştirakçının dayanıqlı kosmik ekosistemin qurulmasına töhfə verməsini təmin edir.

Bununla yanaşı, Azərbaycan kosmos fəaliyyəti ilə bağlı qanunu qəbul etmişdir. Bu qanun beynəlxalq müqavilələrə və normalara əsaslanaraq milli kosmik məqsədlərin hüquqi çərçivəsini müəyyənləşdirir və məsuliyyətli kosmos tədqiqatlarına olan sadiqliyimizi bir daha təsdiqləyir. Bu sahədəki təcrübəmizi bölüşməyə və gələcək kosmos layihələrinin hüquqi əsaslarını birgə müəyyənləşdirməyə hazırıq".

O vurğulayıb ki, hər bir kosmik missiyanın mərkəzində texnoloji yeniliklərlə yanaşı, insan kapitalı dayanır:

"Uğur üçün zəruri olan ideyalar, bacarıqlar və əzmkarlıq yalnız insanlarla mümkündür. Bu səbəbdən regionda yüksək ixtisaslı kadrların hazırlanması üçün universitetlər, tədqiqat institutları və özəl sektor arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

Bu istiqamətdə fəaliyyət göstərən "Space Academy" artıq əhəmiyyətli rol oynayır. Tələbələrə praktiki biliklər və mədəni mübadilə təcrübəsi təqdim edən akademiya, gələcəyin mühəndisləri, alimləri və kosmos siyasəti liderlərini yetişdirir. Gələcəkdə bu təşəbbüsü daha da genişləndirmək məqsədilə onlayn platformaya əsaslanan Virtual Kosmos Akademiyası yaradılması planlaşdırılır. Bu platformada Türkiyə və regionun dost ölkələrindən olan 21 aparıcı universitet iştirak edəcək.

Azərbaycanın qədim İpək Yolu üzərində yerləşən coğrafi mövqeyi onu gələcəkdə Şərq və Qərbi birləşdirən kosmos mərkəzinə çevirməyə imkan verir.

Bundan əlavə, "Azərkosmos" beynəlxalq əməkdaşlıqları, o cümlədən Britaniya Millətlər Birliyi ilə birgə təşkil edilən geoməkan üzrə təlim proqramları vasitəsilə fəal şəkildə dəstəkləyir. Bu təşəbbüs iqlim davamlılığının artırılması üçün peyk texnologiyaları və məlumat analizinə əsaslanan təlim və məsləhət xidmətlərini əhatə edir. Oxşar proqramların yaxın gələcəkdə TDT üçün də təşkil olunması imkanlarını araşdırırıq".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri