Icma.az
close
up
RU
Dünya beşdən böyükdür

Dünya beşdən böyükdür

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəs BMT bu gerçəkliyə hazırdırmı?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreşin son çıxışları bir daha təşkilatın dərin böhran içində olduğunu sübut edir. İdarəetmə strukturunun optimallaşdırılması, xərclərin azaldılması və effektivliyin artırılması ilə bağlı bəyanatlar verilsə də, bu, əslində, aysberqin yalnız görünən hissəsidir. Reallıq odur ki, BMT-nin problemi nə təkcə maliyyədir, nə də bürokratiya. Əsas məsələ – bu qurumun qlobal və regional münaqişələrin həllində təsirli olmaması, siyasi iradəsizlik və ədalətsiz təmsilçilik mexanizmidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-yə qarşı sərt və cəsarətli tənqidlər səsləndirən liderlərdir. Onlar illərdir beynəlxalq münasibətlərdə mövcud olan ədalətsizliklərə, xüsusilə də BMT sistemindəki struktur problemlərə diqqət çəkirlər. Türkiyə Prezidentinin “Dünya beşdən böyükdür” deyimi qlobal ədalətsizliyin və beynəlxalq sistemin dəyişməsinə olan çağırışın simvoluna çevrilib. Ərdoğan bu ifadə ilə İkinci dünya müharibəsindən sonra formalaşan və bugünədək dəyişməyən BMT Təhlükəsizlik Şurası strukturunun XXI əsrin tələblərinə cavab vermədiyini açıq şəkildə vurğulayır.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz çıxışlarında bu mövqeyi daha da konkretləşdirərək BMT-nin xüsusilə Təhlükəsizlik Şurasının tərkibinin dəyişməsinin zəruriliyini önə çıxarır. O, xüsusilə 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində bu platformadan istifadə edərək beynəlxalq təşkilatlarda təmsilçilik prinsipinin genişləndirilməli olduğunu bəyan edib. İlham Əliyevin təklifi təkcə tənqidə yox, eyni zamanda, alternativ həll yollarına əsaslanırdı. O, BMT Təhlükəsizlik Şurasında rotasiya əsaslı şəkildə Afrika İttifaqına, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına daimi yerlərin ayrılmasını təklif edib. Ən diqqətçəkən məqamlardan biri isə bu yerlərə veto hüququnun verilməsi təklifidir ki, bu da qlobal Cənub ölkələrinin səsini daha güclü və təsirli şəkildə çatdırmaq üçün mühüm addım ola bilər.

İlham Əliyevin və Ərdoğanın yanaşmaları, eyni zamanda, prinsipial və realistdir. Onların çıxışlarında ideoloji baxışlarla yanaşı konkret təkliflər də yer alır. Belə bir islahat modeli BMT-nin iflic vəziyyətinə düşmüş mexanizmlərini yenidən canlandıra bilər. Çünki Təhlükəsizlik Şurası müasir dünyanın çoxqütblü və qarşılıqlı asılılıqlarla dolu reallığını əks etdirmədikcə, təşkilatın legitimliyi və effektivliyi getdikcə azalacaq. Elə bu baxımdan da rotasiya əsaslı, daha inklüziv və daha ədalətli nümayəndəlik mexanizmi həm etik, həm də funksional baxımdan labüddür.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamə – 822, 853, 874 və 884 nömrəli sənədlər – Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ və ətraf rayonlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxmasını tələb edirdi. Həmin qətnamələr beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə də, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanırdı. Ancaq bu sənədlər heç zaman icra olunmadı. Daha acınacaqlısı isə odur ki, beynəlxalq ictimaiyyət, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvləri bu qətnamələrin yerinə yetirilməsi üçün real siyasi və ya diplomatik təzyiq göstərmədilər.

Səssizlik və passivlik nəticə etibarilə Ermənistanın işğalını bir növ faktiki legitimliyə yaxınlaşdırdı. Yəni, BMT-nin hərəkətsizliyi, münaqişənin dondurulmasına və status-kvonun qorunmasına xidmət etdi. Halbuki, beynəlxalq hüquq və BMT-nin öz Nizamnaməsi münaqişələrin ədalətli və hüquqa uyğun şəkildə həll edilməsini nəzərdə tutur. Reallıqda isə bu prinsiplər kağız üzərində qalaraq, əməldə tətbiq olunmadı.

Azərbaycan beynəlxalq hüququn tələblərinə arxalanaraq və BMT qətnamələrinə əsaslanaraq 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək məcburiyyətində qaldı. Azərbaycanın Qələbəsi nə BMT-yə qarşı bir addım idi, nə də beynəlxalq hüquqa zidd. Əksinə, Azərbaycanın bu addımı beynəlxalq hüququn qorunması və BMT qətnamələrinin gec də olsa reallıqda həyata keçirilməsi anlamına gəlirdi. Azərbaycan hərbi yolla etdiyi bərpa əməliyyatı ilə əslində, BMT-nin yerinə icraçı rolunu öz üzərinə götürdü.

Burada isə ciddi və haqlı bir sual meydana çıxır: Əgər BMT-nin qəbul etdiyi qətnamələr belə icra edilmirsə, bu təşkilatın funksional və hüquqi mahiyyəti nə ilə izah olunur? Yəni, kağız üzərində beynəlxalq hüququn təcəssümü olan bir qurum praktikada necə bu qədər təsirsiz ola bilər? Elə bu sual da təkcə Azərbaycanın yox, bir çox digər ölkələrin beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara inamını sarsıdan əsas məsələdir. Əgər BMT Təhlükəsizlik Şurası yalnız beş daimi üzvün siyasi maraqları çərçivəsində fəaliyyət göstərirsə, onda bu təşkilatın "qlobal təhlükəsizliyin təminatçısı" kimi qəbul olunması artıq sual altına düşür.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bugünkü forması ilə 1945-ci ildə İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq düzənin bir məhsuludur. O dövrdə müharibənin qalibi olan beş böyük dövlət – ABŞ, SSRİ (indiki Rusiya Federasiyası), Çin, Fransa və Birləşmiş Krallıq – bu orqanda daimi üzvlük və veto hüququ ilə təltif olundu. Onda bu yanaşma müharibədən çıxmış dünyanın stabilləşdirilməsi üçün keçici bir həll kimi qəbul edilə bilərdi və bu struktur dövrün geosiyasi reallıqları ilə formalaşmışdı, lakin bu günün çoxqütblü və dinamik beynəlxalq sisteminə cavab vermir.

2025-ci ilin dünyasında vəziyyət kökündən fərqlidir. Artıq nə müstəmləkə sistemləri mövcuddur, nə də dünya beş güc mərkəzi ilə məhdudlaşır. Yeni iqtisadi, siyasi və mədəni mərkəzlər yaranıb: Hindistan, Braziliya, Nigeriya, İndoneziya kimi ölkələr regional və qlobal məsələlərdə əsas söz sahiblərindən birinə çevrilib. Lakin bütün bu ölkələr, o cümlədən, bütöv Latın Amerikası, Afrika qitəsi və İslam dünyası Təhlükəsizlik Şurasında daimi təmsilçilikdən məhrumdur ki, bu da onların beynəlxalq qərar qəbuletmə prosesində səsini eşidilməz edir.

Nəticə isə aydındır: BMT TŞ "qlobal ədalət" prinsipi ilə deyil, "qlobal imtiyaz" loqikası ilə işləyir. Veto hüququna malik daimi üzvlər istədikləri qərarı keçirmək gücünə malikdir, istəmədiklərini isə bloklaya bilirlər. Mövcud vəziyyət BMT-nin əsas missiyası olan qlobal sülh və təhlükəsizlik təminatını faktiki olaraq monopoliyaya çevirir. Beynəlxalq ictimaiyyətin taleyi bu “qapalı klub”un siyasi iradəsinə bağlı qalır.

Ukrayna münaqişəsi, Yaxın Şərqdəki humanitar fəlakətlər, Qarabağ məsələsindəki uzunmüddətli passivlik – bütün bu nümunələr BMT Təhlükəsizlik Şurasının təsirsizliyini və qeyri-funksionallığını açıq şəkildə ortaya qoyur. Şura ya konsensus əldə edə bilmir, ya da daimi üzvlərdən birinin vetosu səbəbindən heç bir real addım ata bilmir. Elə bu səbəbdən də dünya ictimaiyyətində BMT-yə olan inam sürətlə azalır, təşkilat isə daha çox formallıqlar üzərində dayanan, lakin nəticəsiz qalan bir struktur təsiri bağışlayır.

Əgər Təhlükəsizlik Şurası bu şəkildə fəaliyyətini davam etdirərsə, qlobal idarəetmə mexanizminin legitimliyi sual altına düşəcək və yeni alternativ platformaların yaranması qaçılmaz olacaq.

Antoniu Quterreşin “ağrılı və çətin qərarlar” ifadəsi, əslində, BMT-nin qarşıdakı islahatlarının yalnız texniki və struktur səviyyədə – büdcə, idarəetmə və texnoloji dəyişikliklər çərçivəsində aparılacağına işarə edir. Lakin dünya ictimaiyyəti artıq simvolik və səthi islahatlarla kifayətlənmək niyyətində deyil. Çağdaş beynəlxalq münasibətlər sistemi daha cəsarətli və mahiyyətcə transformativ dəyişikliklər tələb edir.

Əgər BMT yenidən nüfuzlu, etibarlı və funksional bir təşkilata çevrilmək istəyirsə, bu, yalnız forma deyil, məzmun dəyişiklikləri ilə mümkün olacaq. Təhlükəsizlik Şurasının tərkibində əks olunan 1945-ci ilin geosiyasi mənzərəsi bu günün reallıqlarına uyğunlaşdırılmalı, qlobal qərar qəbuletmədə daha geniş və ədalətli iştirak təmin olunmalıdır. Belə qənaətə gəlmək olar ki, bu yeni daimi üzvlərin əlavə olunması, regionların və inkişaf edən ölkələrin daha güclü təmsilçiliyi, eyni zamanda, veto hüququnun ya məhdudlaşdırılması, ya da daha inklüziv mexanizmlərlə yenidən tənzimlənməsi kimi addımlarla mümkün ola bilər.

Əslində, bu, təkcə təşkilati dəyişiklik deyil – bu, beynəlxalq ədalət və legitimliyin bərpası üçün bir fürsətdir. Əgər belə bir dönüş baş verməzsə, BMT-nin gələcəyi, onun təsir dairəsi və etibar qazanma şansı getdikcə zəifləyəcək, qlobal sabitlik üçün ciddi risklər yaranacaq.

Bugün BMT seçimin astanasındadır – ya köhnə status-kvonu qorumaqla inamsızlığı və təsirsizliyi ilə tarixdə qalacaq, ya da özünü yeniləyərək həqiqətən qlobal ədalətin tribunasına çevriləcək. Çağırışı ilk səsləndirənlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Onların dediyi kimi, “dünya beşdən böyükdür” və əgər bu beşlik dəyişməz qalacaqsa, dünya daha ədalətsiz və təhlükəli olacaq. BMT-nin taleyi indi təkcə dövlətlərin deyil, eyni zamanda, xalqların da gözlədiyi ədalət meyarının sınaq nöqtəsindədir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri