Icma.az
close
up
RU
Dünya İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı

Dünya İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu, nəticəyönümlü WUF13-də 27 liderin, 176 ölkə təmsilçisinin gəldiyi qənaətin ifadəsidir  

Tartix dəfələrlə sübuta yetirib ki, onun konkret dövrü, əhəmiyyət kəsb edən mərhələsi ayrı-ayrı liderlərin faəliyyəti və taleyi ilə bağlı olub. Bu gün Azərbaycan və dünya belə bir mərhələnin formalaşmasına, onun gündəliyini müəyyənləşdirən şəxsiyyətin çağdaş tarixin təkərinə yön verməsinə şahidlik edir. Mərhələnin xarakteri insan yönümlü qlobal çağırışlar və həmin çağırışları Yer sakinlərinin birgə səyləri ilə reallaşdırmaq yollarını dünyaya bəyan edən və göstərən liderin adı İlham Əliyevdir. 

Şərq və Qərb, Şimal və Cənub arasında uzlaşma nöqtələrini dəqiq müəyyənləşdirən, beynəlxalq əməkdaşlığın çeşidli seqmentlərini strateg-diplomat fəhmi və səriştəsi ilə ortaya qoyan İlham Əliyev Bakıda 6 gün davam edən WUF13-ün yekununda bütün istiqamətlərdə, o cümlədən şəhərsalma sahəsində də uzaqgörən liderliyini sübuta yetirmiş oldu. Dövlətimizin başçısı 2026-cı ili “Şəhərsalma və Memarlıq ili” elan edərkən Azərbaycanın bu platformada da özünəməxsus yeni təqdimat formaları, əvvəlcədən düşünülmüş strategiyası ilə uğur qazanacağına tam əmin idi.      

***

İlham Əliyevin qloballaşan dünyanın çağıqışlarının nüvəsində bəşər övladının rahat və sağlam yaşayışının, “hər şey insan üçün” fəlsəfəsinin dayandığını dərindən duyan və bunu beynəlxalq arenaya yansıdan bənzərsiz diplomat, siyasi qrossmeysterlik missiyasının BMT üzvü olan 176 ölkənin nümayəndəsi, 27 dövlət və hökumət başçısı tərəfindən qəbul və təqdir edilməsi onların gözündə Azərbaycanın güvənilən tərəfdaş kimi nüfuzunun və imicinin daha da möhkəmlənməsi deməkdir.     

Bakı - WUF13 forumunda iştirakçılara təqdim olunan innovativ yanaşmalar, rəsmi qurumlarla yanaşı, dünyanın aparıcı beyin mərkəzlərinin ekspertləri, vətəndaş cəmiyyəti, gənclər və idman sahələrinin təmsilçiləri üçün yeni məzmunlu debat və müzakirələrin təşkili Azərbaycanın qlobal çağırışların həll yollarına konseptual baxışının təcəssümü sayılmalıdır. Forumun proqramına ilk dəfə daxil edilmiş Liderlərin Bəyanatları Sessiyası isə yüksək səviyyəli qonaqların gələcəyin şəhərsalma tendensiyalarına dair təklif və ideyalarını irəli sürdükləri tribuna rolunu oynadı. Forumun devizindən irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar: təmiz hava, sağlam həyat tərzi və gələcəyə yönəlik şəhər inkişafı istiqamətləri ilə yanaşı, mədəni irsin qorunması və kiçik ada dövlətlərin ehtiyaclarının qarşılanması kimi çağırışların qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcəyinə və düzgün istiqamət verəcəyinə əminik. Liderlərin Bəyanatları Sessiyası tribunasından səslənən fikirlərdə Azərbaycan ilə BMT- Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlandı və Bakı WUF forumun bundan sonrakı ev sahiblərinə nümunə olaraq göstərildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya  Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq məhz Bakı Forumunda reallaşdırılan Liderlərin Bəyanatları Sessiyasında kifayət qədər maraqlı, yaddsaqalan çıxışlar, bu çıxışlarda ölkəmizin və onun liderinin ünvanına səslənin təqdiredici notlar eşitdik. 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinın qatıldığı bu seqmentdə, eyni zamanda, Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış mükəmməl şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi.

***

Altı gün ərzində dünya mediasının gündəmindən düşməyən Bakı Forumunda Liderlərin Bəyanatları Sessiyasının təşkili Azərbaycanın bütün ölkələrlə strateji dialoq, qarşılıqlı əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm  beynəlxalq platforma kimi güclənən rolunu bir daha nümayiş etdirmiş oldu. Bütün bunlar, öz növbəsində, WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı. 

Oxuculara xatlrladaq ki, Bakı Forumunda aparılan dərin məzmunlu və hərtərəfli müzakirələrin sonunda iki vacib yekun sənəd – “Sədrin Xülasəsi” və “Bakı Fəaliyyətə Çağırış” qəbul olundu. 13-cü Sessiya, eyni zamanda, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq qabiliyyətini də təsdiqlədi. Bu faktı İlham Əliyev sosial media hesabında WUF13-lə bağlı paylaşımında xüsusi olaraq qeyd edib: “Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu”.

Azərbaycanın COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbirə – BMT-Habitatın WUF13 kimi qlobal platformasına ev sahibliyi etmək şərəfinə nail olduğunu yazan dövlətimizin başçısı daha sonra paylaşımında bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik etməyi də unutmayıb.

İlham Əliyevin sosial media platformasındakı paylaşımında urbisid, kultursid və ekosidin qurbanı olmuş Azərbaycan barədə də qeydlər var: “Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədənsonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır”.

***

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası qlobal qeyri-müəyyənliyin, qarşıdurma və kataklizmlərin artdığı bir dövrdə Azərbaycanın çoxtərəfliliyə, daha  rahat və sağlam gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir töhfəsi ilə yadda qalacaq. Bunu birmənalı şəkildə yaza bilərik ki, bu gün İlham Əliyev Böyük Atatürkün “Yurdda sülh, cahanda sülh”, Ulu öndərin “Bir millət – iki dövlət” kimi milli və bəşəri konsepsiyalarının XXI əsrdə daha da irəli aparılması missiyasının icraçısı rolundadır. 23 il bundan əvvəl Azərbaycanın 4-cü Prezidenti seçilərkən ona bağlanan ümidləri doğruldacağına söz verəndə, bəlkə də, bir çoxları buna əmin deyildi. Amma tarix və zaman bir daha göstərdi ki, sovet ideologiyasının cəmiyyətə təlqin etdiyi narrativin əksinə olaraq, şəxsiyyətin tarixdə rolu danılmazdır. Bəli, tarix kütlə deyil, onun qarşısında gedən lider-şəxsiyyətlər, bizim timsalımızda ata vəsiyyətinə əməl edəni layiqli varislər tərəfindən yaradılır. Alimlərin gəldiyi qənaətdir: Türk hökmdarları, sərkərdələri yüzillər boyu tarix yaratmaqla məşğul olsalar da, özlərinin xidmətlərini yazıya almayıblar. Artıq iyirmi birinci yüzillikdə bu yanlışlıq Azərbaycan türklərinin Ümummilli lideri, Türk coğrafiyasının qürur duyduğu, üçrəngli Zəfər bayrağını heç vaxt enməyəcək əbədi zirvəyə qaldıran İlham Əliyev tərəfindən aradan qaldırılır. 

BMT – Habitatın 13-cü Bakı Forumunda dünyanın 176 ölkəsinin təmsilçisinin, o cümlədən 27 dövlət və hökumət başçısının Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini ayaqüstə alqışlaması bu həqiqətin aşkar təsdiqi oldu.   

İmran BƏDİRXANLI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri