Icma.az
close
up
RU
Dünya ölkələri iki dövlətli prinsipin tətbiqini gözləyir, Netanyahu Böyük İsrail ideyası üzrə hərəkət edir

Dünya ölkələri iki dövlətli prinsipin tətbiqini gözləyir, Netanyahu Böyük İsrail ideyası üzrə hərəkət edir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kanada, Avstraliya və Böyük Britaniya (bir-birindən bir neçə dəqiqə sonra) Fələstin dövlətini tanıdıqlarını elan etdilər. Bazar günü daha sonra Portuqaliya da eyni addımı atdı. İsrailin baş naziri Binyamin Netanyahu cavab videomüraciətində "Bu baş verməyəcək. İordan çayının qərbində heç bir Fələstin dövləti qurulmayacaq" deyib. Bir sıra Qərb ölkələri – Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Belçika və Portuqaliya Fələstin dövlətini tanıyacaqlarını əvvəlcədən bəyan ediblər. Böyük Britaniyanın baş naziri Keir Starmer videomüraciətində "Bu gün fələstinlilər və israillilər üçün sülh və iki dövlətli həll ümidini bərpa etmək üçün Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır" dedi. Kanadanın baş naziri Mark Karni X hesabında etdiyi şərhdə, "Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin Dövləti, həm də İsrail Dövləti üçün dinc gələcək qurmaq üçün tərəfdaşlığını təklif edir" deyib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son iki ildə Qəzza zolağında baş verənlər “Həmas”ın həyata keçirdiyi terror hadisəsi ilə başlandı, “Həmas”ın bu hücumu nəticəsində 1200-dən artıq İsrail vətəndaşı və hərbçisi qətlə yetirildi, yüzlərlə insan girov götürüldü və bu gün də həmin girovların taleyi ilə bağlı tam şəkildə bir aydınlıq yoxdur.

Oqtay Qasımov

“İsrailin əsas tələblərindən biri həmin girovların qaytarılması məsələsidir, amma İsrail hökuməti həm də yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlib-deyən politoloqun fikrincə, savaşın davam etdirilməsi hökumətinin siyasi maraqlarından irəli gəlir.

“Hələ bu savaş öncəsi daxildə möhkəm olmayan, kövrək olan və böyük miqyaslı etiraz aksiya aksiyaları ilə qarşılaşan İsrail hökuməti, konkret ad olaraq baş nazir Netanyahu bu savaşı fürsətə çevirməyə çalışdı. Həm öz hakimiyyətinin dayanıqlılığı və müddətini uzatmaq, eyni zamanda yaranmış imkanlardan istifadə edərək İsrailə qarşı təhdidləri aradan qaldırmağa başladı. Bu çərçivədə həm Livanda “Hizbullah”ın ciddi şəkildə zəiflədilməsi, “Həmas”a ağır zərbələrin vurulması, “Husilər”ə qarşı əməliyyatlar, Suriyada yeni hakimiyyətə qarşı həyata keçirilən hərbi əməliyyatlar və sair. Bunlar hamısı Netanyahunun yaranmış fürsətdən istifadə etmək cəhdləridir. Məhz Qəzza zolağında həyata keçirilən əməliyyatlar öz miqyası və pozuntuları ilə ciddi şəkildə dünyada etiraz dalğası yaratmaqdadır. Bir daha qeyd edirəm ki, həm hakimiyyətdə qalmaq, həm də öz niyyətlərini həyata keçirmək istəyən Netanyahu hökumətini heç bir güc dayandırmır. Baş nazir “Həmas”la bərabər, həm də Qəzzada yaşayan dinc əhalini hədəfə alıb və heç də təsadüfi deyil ki, iki il müddətində 56 mindən artıq insan qətlə yetirilib”-deyən Oqtay Qasımov bildirib ki, son dövrdə İsrail ordusu Qəzza zolağında əməliyyatlar şəhəri faktiki olaraq yer üzündən silərək, burada yaşayan iki milyondan artıq insanı köçə məcbur edir.

“Son məlumatlara görə, 550 mindən artıq Qəzzalı şəhəri tərk etmək məcburiyyətində qalıb və orada yaranmış ağır humanitar böhran və hərbi əməliyyatların dayanmaması dünya ölkələrini müvafiq addımlar atmağa vadar etdi. Belə ki, Böyük Britaniya, Avstraliya, Kanada daxil olmaqla Fransa və xeyli ölkələr Fələstinin müstəqilliyini tanıdılar”-deyə politoloq əlavə edib.

Politoloqun fikrincə, Netanyahunun bəyanatı gözlənilən bir bəyanat oldu: “Netanyahu hökuməti ultrasağçılardan təşkil olunmuş bir hakimiyyətdir və orada kifayət qədər radikal şəxslər təmsil olunurlar. Onlar Böyük İsrail yaratmaqla bağlı iddialarını heç də gizlətmirlər və biz bunu görməkdəyik”.

Oqtay Qasımov bildirib ki, dünya ölkələri Fələstin torpaqlarında iki dövlətli bir prinsipin həyata keçirilməsini istəyir: “BMT-nin 48-ci ildə qəbul etdiyi qaydalara uyğun olaraq, İsrail və Fələstin dövlətlərinin yaranması, yəni iki dövlətli modeli təklif edilir. 48-ci ildən sonrakı dönəmdə Fələstin üçün nəzərdə tutulmuş torpaqların əhəmiyyətli hissəsi İsrail tərəfindən işğal olunub və İsrailə qatılıb. Netanyahu da yaranmış fürsətdən istifadə edərək Fələstin məsələsini kökündən həll etmək və bölgədə İsrailin gücünü artırmaqla İsraili regionun aparıcı oyunçusuna keçirmək çevirmək və Yaxın Şərqin sahibi qismində çıxış etməklə, "Böyük İsrail" ideyalarını gerçəkləşdirmək düşüncəsindədir”.

Politoloqun fikrincə, bu məsələdə İsrailin ən böyük dəstəkçisi əslində Amerika Birləşmiş Ştatları və onun hazırkı administrasiyasıdır.

“Bu baxımdan, məhz İsrailin siyasəti ucbatından Yaxın və Orta Şərqdə çox böyük bir böhran yaşanmaqdadır və bu böhranın qarşısı vaxtında alınmasa, ciddi hərbi gərginliyə də keçə bilər”-deyə Oqtay Qasımov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri