Icma.az
close
up
RU
Dünya parlamentləri iqlim dəyişikliyi ilə mübarizədə fəal olmalıdır

Dünya parlamentləri iqlim dəyişikliyi ilə mübarizədə fəal olmalıdır

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində keçirilən Parlament Görüşündə vacib müzakirələr aparılıb Bakı şəhərində BMT-nin ən böyük iqlim tədbiri olan COP29 uğurla davam edir. COP29 çərçivəsində dünya ölkələrinin parlamentlərinin nümayəndələri də iştirak ediblər. Bu da təsadüfi deyil. Çünki qlobal iqlim dəyişiklikləri ilə əlaqədar dünya ölkələrinin parlamentləri fəal əməkdaşlıq etməli, qanunvericilik səviyyəsində təcrübə mübadilələri aparmalıdır. Azərbaycanın Milli Məclisi belə bir əməkdaşlığa böyük önəm verir.  Ölkəmizdə keçirilən COP29 çərçivəsində isə bu məsələ xüsusilə aktualdır. Azərbaycan parlamenti bu mötəbər tədbirin keçirilməsi işində üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməyə çalışıb.

Məlumdur ki, Azərbaycan Milli Məclisinin fəal əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Parlamentlərarası İttifaqdır. Parlamentlərarası İttifaq ilə Azərbaycanın Milli Məclisi arasında aparılmış danışıqlar və razılaşmaya əsasən bu mötəbər təşkilat Bakıda keçirilən COP29 konfransında parlamentlərin iqlim dəyişikliyi ilə mübarizədə rolunun gücləndirilməsi istqamətində iştirakını dəstəkləyir. Parlamentlərarası İttifaqın bir neçə ay əvvəl keçirilmiş Azərbaycan Milli Məclisi ilə təşkilat arasında COP29 çərçivəsində Anlaşma Memorandumu da imzalanıb.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində COP29 günlərində Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. 16-17 noyabr tarixlərində keçirilən tədbirdə  66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatılıb. Tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.

Parlament Görüşünün ikinci günündə də sessiyalarda vacib müzakirələr aparılıb. Belə ki, Şərqi Afrika Qanunvericilik Məclisinin Parlament üzvü Jaklin Amonginin moderatorluğu ilə keçirilən “İqlim həssaslığının həll edilməsi: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi” adlı sessiya parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif dövlətlərin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı yaradıb.

Tədbirdə çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş direktoru xanım Jan Beagle, İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter, Benin Milli Assambleyasının üzvü Jeremi Adomahu və BMT-nin iqlim dəyişmələri üzrə eksperti Katerine Vonq iqlim dəyişikliyindən təsirlənən həssas qrupların müdafiəsini təmin etməyin, ədalətli və hərtərəfli iqlim siyasətinin təşviqinə dəstək olmağın vacibliyindən danışıblar. Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır.

Sonra “İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətli girişin təmin edilməsi” adlı sessiya təşkil olunub. Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması və iqlim fəaliyyətinin irəlilədilməsində alət ola biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəni təmin etməsi yolları müzakirə edilib. Tədbirdə parlamentlərin xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxışı təşviq etmək imkanları barədə də danışılıb.

Böyük Britaniya parlamentinin üzvü Kris Lounun moderatorluğu ilə keçirilən “İqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər” mövzusunda sessiyada iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq problemləri müzakirə olunub. Həmçinin parlamentlərin sağlamlığın qorunmasına və iqlim problemlərinin həllinə hərtərəfli, tamamlayıcı yanaşma tətbiq edə bilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra “İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli” adlı sonuncu sessiya təşkil edilib. Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilən sessiyada iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük tendensiyasına diqqət çəkilib. Parlamentlərin miqrasiya və məcburi köçkünlüyün əsas səbəblərini həll etmək və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyaları təşviq etmək imkanları müzakirə olunub. Sessiyada çıxış edənlər - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisi Ofisinin Baş siyasət məmuru xanım Mişel Yonetani, “Refugees International” təşkilatının qaçqın təqaüdçüsü xanım Ayoo Hellen, Tailand Nümayəndələr Palatasının üzvü xanım Sanivan Buaban iqlim dəyişikliyinin təsirindən yaranan miqrasiya və məcburi köçkünlük problemlərini müzakirə edərək müxtəlif aspektlərə toxunublar. Onlar xüsusilə məcburi köçkünlərin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər. İqlimin səbəb olduğu miqrasiya zamanı ən çox təsirlənən qadın və uşaqların vəziyyətinə diqqət çəkilib.

Çıxışlardan sonra sessiya interaktiv müzakirələrlə davam edib. Müzakirələrdə parlamentlərin iqlim dəyişikliyinin sosial təsirlərinə qarşı strategiyaları necə inkişaf etdirə biləcəyi barədə fikirlər səsləndirilib.

Sonda Parlament Görüşünün yekun sənədi qəbul olunub.

Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb. Deputat bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir.

Yekun nitqi ilə çıxış edən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bildirib ki, Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşü yaddaqalandır: “İlk dəfədir ki, Parlament Görüşünü iki gün ərzində keçirdik. Çünki müzakirə etdiyimiz məsələlərin önəmi baxımından daha çox vaxt ayırmaq istədik. Bu, təşkil etdiyimiz ən geniş auditoriyaya malik görüş olacaq”.

“Parlament Görüşünün yekun sənədində parlamentlərin iqlim böhranı ilə mübarizədə rolu yer alır. Bu, geniş konsultativ məşvərət prosesinin yekunudur. Biz geniş parlament üzvlərinin fikirlərini almağa çalışdıq. Bu, parlamentlər üçün yol xəritəsini və öhdəliklərini göstərir. Eyni zamanda, birliyin, bərabərliyin önəmini vurğulayır. Biz bilirik ki, iqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik. Biz istərdik ki, parlamentlər iş birliklərini davam etdirsinlər, ümumi kampaniyalara qoşulsunlar. Hamımız qətiyyətli tədbirlərə keçməliyik”, - deyə Martin Çunqonq diqqətə çatdırıb.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri