Icma.az
close
up
RU
“Dünya püstənin sehrinə düşüb” Bəs Azərbaycan necə, fürsətdən yararlana biləcəkmi? VACİB MƏQAMLAR KONKRET

“Dünya püstənin sehrinə düşüb” Bəs Azərbaycan necə, fürsətdən yararlana biləcəkmi? VACİB MƏQAMLAR KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin yazından dünya üzrə püstə çatışmazlığı müşahidə olunur. Bu vəziyyətin əsas səbəbləri arasında sosial media təsiri və kənd təsərrüfatı faktorları yer alır. 2023-cü ilin sonlarında TikTok-da yayılan videolarla BƏƏ-dəki Fix Dessert Chocolatier tərəfindən istehsal olunan “Can’t Get Knafeh of It” adlı püstə kremli şokolad barı populyarlıq qazandı. Bu trend nəticəsində püstəyə olan qlobal tələbat kəskin şəkildə artdı. Nəticədə, püstə qiymətləri 1 funt üçün 7,65 dollardan 10,30 dollara yüksəldi.

Azərbaycan və digər ölkələr üçün bu vəziyyət iqtisadi fürsət hesab oluna bilər?

Məsələ ilə bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə püstə istehsalı ilə bağlı müəyyən çətinliklər olub.

“Azərbaycanda püstə istehsalı demək olar ki, yox dərəcəsindədir. Bunun bir sıra səbəbləri var. Rəsmi statistikaya nəzər salsaq görərik ki, bu məhsuldan 2025-ci ilə qədər ixrac edilməyib. Daimi idxal olunub. Ümumiyyətlə, bu məhsulun dünyada ən böyük istehsalçıları ABŞ, İran, Türkiyə daha sonra isə Çin hesab edilir. Türkiyə hədəfləyib ki, bu məhsulun satışını 3-cü pillədən 1-ci pilləyə daşısın. Bu istiqamətdə fəaliyyətlər həyata keçirilir. Təqribən 80 faizə qədər istehsalını artırıb. Azərbaycanda 120-200 min hektar püstə yetişdirilirsə, Türkiyədə bu rəqəm 4 milyon hektardan çoxdur. Bu məhsulun istehsalı əmək, vaxt tələb edir. Həm də xərcli bitkidir. Yaxşı qulluq edəndə çox məhsul verir. Yaxşı qulluq zamanı bir ağacdan 70-80 kq məhsul ala bilərik. Amma, neft və karbohidrat olan ərazilərdə bu bitkini əkmək mümkün deyil. Ümumiyyətlə, istiyə və şaxtaya dözümlüdür.

İqtisadçı qeyd edir ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusi ilə də Azərbaycanın ən kasıb regionu olan Zərdabda bu məhsulun inkişafını artırmaq olar.

“Havaların dəyişməsi püstəyə (püstə ağaclarına) ciddi təsir göstərə bilər, xüsusilə də məhsuldarlıq və keyfiyyət baxımından bu, özünü büruzə verir. Püstə iqlim dəyişikliyinə qarşı həssas bitkidir, çünki onun məhsul verməsi üçün müəyyən temperatur və hava şəraiti lazımdır.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri