Icma.az
close
up
RU
Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olunub

Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olunub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 çərçivəsində Turizm Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən “Səyahət və turizm üzrə Net Sıfır Yol Xəritəsi”nin ikinci nəşri təqdim edilib.

“Səyahət və turizm üzrə Net Sıfır Yol Xəritəsi” 2021-ci ildə COP26 çərçivəsində Qlazqo şəhərində təqdim olunan ilk yol xəritəsinin təkmilləşdirilmiş dekarbonizasiya sənədi kimi turizm sektorunun 2050-ci ilə qədər “net sıfır” (Net Zero) məqsədinə çatmaq üçün iqlim fəaliyyətinin təcili olduğunu diqqətə çatdırır.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə nəşr olunan hesabatda təhlil edilən 250 turizm şirkətinin 53 faizinin artıq iqlim hədəflərini müəyyən etdiyi, bunun 2021-ci ildə nəşr olunan ilk hesabatla müqayisədə 42 faiz artım olduğu vurğulanır.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, təqdim olunan hesabat aviasiyadan hotelçiliyə qədər turizmlə birbaşa və dolayısı ilə əlaqəli olan sahələrdə emissiyaların azaldılması üzrə yol xəritəsini təqdim edir. O, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində turizmin beynəlxalq iqlim müzakirələrinə daxil edilməsini qlobal turizm sənayesi üçün mühüm uğur olduğunu, turizm sahəsində dayanıqlılıq təcrübələrinin milli strategiyalara tətbiqinin, qlobal iqlim məqsədlərinə uyğunlaşan, həmçinin təbii irsimizi qoruyaraq yerli icmaları dəstəkləyən yanaşmanın önəmini vurğulayıb.

Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culia Simpson çıxışında yenilənmiş yol xəritəsinin turizm və səyahət biznesi üçün bir çağırış olduğunu vurğulayıb, planetimizi qorumaq, o cümlədən turizmin davamlı və dayanıqlı dünya üçün dəstəyini təmin etmək məqsədilə birgə təcili addımların vacibliyini qeyd edib.

Sənəddə son üç il ərzində qlobal turizm sənayesi üzrə iqlim hədəflərinin müəyyənləşdirilməsində 27 faiz artımın müşahidə olunduğu və onların yarıdan çoxunun emissiyaların azaldılması öhdəliyinə fəal şəkildə sadiq qaldığı vurğulanır.

Hesabatda qeyd olunan Dünya Səyahət və Turizm Şurasının “Ətraf mühit və sosial araşdırmalar sənədi”nə əsasən, 2023-cü ildə səyahət və turizm sahəsi qlobal emissiyaların 6,5 faizini təşkil edib ki, bu da 2019-cu ildəki ən yüksək 7,8 faizlik göstərici üzrə azalmanı, eləcə də sektorun istixana qazlarının intensivliyindəki 10,2 faizlik azalmanı göstərir. Eləcə də 2023-cü ildə aviasiya sektoru üzrə karbon intensivliyinin 2019-cu illə müqayisədə 6 faiz, kruiz səyahətləri və hotelçilik sənayelərinin hər biri üzrə 11 faiz azalma müşahidə olunduğu qeyd edilir.

Yol xəritəsi, həmçinin biznesləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, turizm və səyahət şirkətlərini, dövlətləri və digər maraqlı tərəfləri bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir, səyahətçiləri daha məsuliyyətli səyahət etməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see140

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see130

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see127

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see122

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see120

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see120

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see119

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see118

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see116

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri