Icma.az
close
up
RU
Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olunub AZƏRTAC

Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2023-cü ildə səyahət və turizm sahəsində qlobal emissiya göstəricisi üzrə müsbət irəliləyiş qeydə alınıb

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Turizm Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən “Səyahət və turizm üzrə Net Sıfır Yol Xəritəsi”nin ikinci nəşri təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “Səyahət və turizm üzrə Net Sıfır Yol Xəritəsi” 2021-ci ildə COP26 çərçivəsində Qlazqo şəhərində təqdim olunan ilk yol xəritəsinin təkmilləşdirilmiş dekarbonizasiya sənədi kimi turizm sektorunun 2050-ci ilə qədər “net sıfır” (Net Zero) məqsədinə çatmaq üçün iqlim fəaliyyətinin təcili olduğunu diqqətə çatdırır.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə nəşr olunan hesabatda təhlil edilən 250 turizm şirkətinin 53 faizinin artıq iqlim hədəflərini müəyyən etdiyi, bunun 2021-ci ildə nəşr olunan ilk hesabatla müqayisədə 42 faiz artım olduğu vurğulanır.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, təqdim olunan hesabat aviasiyadan hotelçiliyə qədər turizmlə birbaşa və dolayısı ilə əlaqəli olan sahələrdə emissiyaların azaldılması üzrə yol xəritəsini təqdim edir. O, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində turizmin beynəlxalq iqlim müzakirələrinə daxil edilməsini qlobal turizm sənayesi üçün mühüm uğur olduğunu, turizm sahəsində dayanıqlılıq təcrübələrinin milli strategiyalara tətbiqinin, qlobal iqlim məqsədlərinə uyğunlaşan, həmçinin təbii irsimizi qoruyaraq yerli icmaları dəstəkləyən yanaşmanın önəmini vurğulayıb.

Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culia Simpson çıxışında yenilənmiş yol xəritəsinin turizm və səyahət biznesi üçün bir çağırış olduğunu vurğulayıb, planetimizi qorumaq, o cümlədən turizmin davamlı və dayanıqlı dünya üçün dəstəyini təmin etmək məqsədilə birgə təcili addımların vacibliyini qeyd edib.

Sənəddə son üç il ərzində qlobal turizm sənayesi üzrə iqlim hədəflərinin müəyyənləşdirilməsində 27 faiz artımın müşahidə olunduğu və onların yarıdan çoxunun emissiyaların azaldılması öhdəliyinə fəal şəkildə sadiq qaldığı vurğulanır.

Hesabatda qeyd olunan Dünya Səyahət və Turizm Şurasının “Ətraf mühit və sosial araşdırmalar sənədi”nə əsasən, 2023-cü ildə səyahət və turizm sahəsi qlobal emissiyaların 6,5 faizini təşkil edib ki, bu da 2019-cu ildəki ən yüksək 7,8 faizlik göstərici üzrə azalmanı, eləcə də sektorun istixana qazlarının intensivliyindəki 10,2 faizlik azalmanı göstərir. Eləcə də 2023-cü ildə aviasiya sektoru üzrə karbon intensivliyinin 2019-cu illə müqayisədə 6 faiz, kruiz səyahətləri və hotelçilik sənayelərinin hər biri üzrə 11 faiz azalma müşahidə olunduğu qeyd edilir.

Yol xəritəsi, həmçinin biznesləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, turizm və səyahət şirkətlərini, dövlətləri və digər maraqlı tərəfləri bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir, səyahətçiləri daha məsuliyyətli səyahət etməyə çağırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri