Icma.az
close
up
RU
Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olundu FOTO

Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olundu FOTO

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29-da “Turizm günü” çərçivəsində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi”nin ikinci nəşri təqdim edilib. 

Sfera.az xəbər verir ki, “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” 2021-ci ildə COP26-da çərçivəsində Qlazqo şəhərində təqdim olunan ilk yol xəritəsinin təkmilləşdirilmiş dekarbonizasiya sənədi kimi turizm sektorunun 2050-ci ilə qədər “net sıfır” (Net Zero) məqsədinə çatmaq üçün iqlim fəaliyyətinin təcili olduğunu diqqətə çatdırır.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə nəşr olunan hesabatda təhlil edilən 250 turizm şirkətinin 53%-nin artıq iqlim hədəflərini müəyyən etdiyi, bunun 2021-ci ildə nəşr olunan ilk hesabatla müqayisədə 42% artım olduğu qeyd olunur. Hesabata əsasən qlobal səyahətçilərin 75%-i daha dayanıqlı səyahət etmək istəklərini ifadə edirlər. 

Tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, təqdim olunan hesabat aviasiyadan hotelçiliyə qədər turizmlə birbaşa və dolayısı ilə əlaqəli olan sahələrdə emissiyaların azaldılması üzrə yol xəritəsini təqdim edir. O, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində turizmin beynəlxalq iqlim müzakirələrinə daxil edilməsini qlobal turizm sənayesi üçün mühüm uğur olduğunu, turizm sahəsində dayanıqlılıq təcrübələrinin milli strategiyalara tətbiqinin, qlobal iqlim məqsədlərinə uyğunlaşan, həmçinin təbii irsimizi qoruyaraq yerli icmaları dəstəkləyən yanaşmanın önəmini vurğulayıb. 

Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culia Simpson çıxışında yenilənmiş yol xəritəsinin turizm və səyahət biznesi üçün bir çağırış olduğunu, planetimizi qorumaq və  turizmin davamlı və dayanıqlı bir dünya üçün dəstəyini təmin etmək üçün birgə təcili addımların vacib olduğunu qeyd edib.
Hesabatda son üç il ərzində qlobal turizm sənayesi üzrə iqlim hədəflərinin müəyyənləşdirilməsində 27% artımın müşahidə olunduğu və onların yarıdan çoxunun emissiyaların azaldılması öhdəliyinə fəal şəkildə sadiq qaldığı vurğulanır.

Hesabatda qeyd olunan Dünya Səyahət və Turizm Şurasının “Ətraf mühit və sosial araşdırmalar sənədi”nə əsasən 2023-cü ildə səyahət və turizm sahəsi qlobal emissiyaların 6.5%-ni təşkil edib ki, bu da 2019-cu ildəki ən yüksək 7.8%-lik göstərici üzrə azalmanı, eləcə də sektorun istixana qazlarının intensivliyindəki 10.2%-lik azalmanı göstərir. Eləcə də 2023-cü ildə aviasiya sektoru üzrə karbon intensivliyinin 2019-cu illə müqayisədə 6%, kruiz səyahətləri və hotelçilik sənayelərinin hər biri üzrə 11% azalma müşahidə olunduğu qeyd olunur. 

Yol xəritəsi, həmçinin biznesləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə,  turizm və səyahət şirkətlərini, dövlətləri və digər maraqlı tərəfləri bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir, səyahətçiləri daha məsuliyyətli səyahət etməyə çağırır.  

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri