Dünya ulduzunun gizli toyundan FOTOsu üzə çıxdı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
39 yaşlı Amerikalı bəstəkar və müğənni Lana Del Reyin timsah ovçusu və Luiziana bələdçisi 56 yaşlı Ceremi Düfrenlə gizli şəkildə keçən toylarından ilk foto sosial şəbəkəyə yayılıb.
“CINQ” brendinin dizaynerləri mərasim üçün gəlinlik libasının yaradılması prosesini İnstaqramda yayımlayıblar.
Sözügedən şəkillərdə təkcə gəlinliyin üzərində işləmə prosesini deyil, həm də Lana Del Reyin üzərindəki son nəticəni görmək mümkün olub.
“Lana üçün fərdi gəlinlik yaratmaq bizim əbədi olaraq xatırlayacağımız bir təcrübə oldu. Libas xüsusi olaraq onun üçün tikilib və hər bir detal onun qəlbini və ruhunu əks etdirib”, - deyə markanın paylaşımında yazılıb.
Lana Del Rey və Ceremi Düfren 4 il əvvəl timsahların yaşayış yerlərinə ekskursiyaların birində tanış olublar. Lakin onların münasibətdə olduğu yalnız bu ilin avqustunda məlum olub. Cültük sentyabrda evlənib. Bu, Lananın birinci, Cereminin isə ikinci evliliyidir. (olay)





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















