Icma.az
close
up
RU
Zəlimxan Məmmədli: Dünya yenidən dizayn edilir SÖHBƏT

Zəlimxan Məmmədli: Dünya yenidən dizayn edilir SÖHBƏT

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İndiki zamanda Azərbaycandan böyük güclər– ABŞ, Rusiya, İran və Çin arasında balansı qorumaq tələb olunur


Türkiyə NATO üzvü olsa da, həm Ukrayna, həm də Rusiya ilə iqtisadi və strateji əlaqələri qoruyur. Bu isə onun vasitəçi rolunu gücləndirir


Türk və kürdlər vahid, bölünməz vətəndə yaşamağa məhkumdurlar


Gürcüstanı yalnız ən yaxın müttəfiqləri Rusiya və Qərbin basqılarından ağrısız çıxara bilər


Rusiyanın Azərbaycana ciddi problemlər yaratmaq imkanları sürətlə azalmaqdadır


Artıq dünyada güc balansları dəyişir. Uzun illər qlobal siyasətə yön verən Qərb dövlətlərinin dominant mövqeyi artıq əvvəlki çəkisini itirir. Yeni güc mərkəzləri meydana çıxır — siyasi, iqtisadi və texnoloji sahələrdə irəliləyən regional oyunçular beynəlxalq arenada söz sahibinə çevrilir. Bu dəyişikliklərin təsiri təkcə böyük dövlətlərlə məhdudlaşmır. Yaxın və Orta Şərqdə davam edən münaqişələr, sülh səyləri və nüfuz uğrunda yarış bu bölgəni daha da ön plana çıxarıb. Cənubi Qafqazda isə maraqların toqquşduğu, balansların dəyişdiyi həssas bir mərhələ yaşanır. Müttəfiqliklər yenidən formalaşır, diplomatik münasibətlər yeni istiqamətə yönəlir. Dünya artıq təkqütblü deyil və bu çoxqütblü düzən, qlobal siyasətin hər sahəsinə təsir göstərir.


Mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablandıran  "Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, yeni dünya düzənində formalaşan əsas güc mərkəzlərinin strateji istiqamətlərinə nəzər salmaq lazımdır.


-Salam, Zəlimxan bəy. Yeni dünya düzənində, böyük güclər arasında balans siyasətini qorumaq hansı strateji üstünlüklər və risklər yaradır?

-Etiraf olunmalıdır ki, dünya yenidən dizayn edilir. Bütün Beynəlxalq qurumlar təsirsiz vəziyyətdədir və hərə öz maraqlarını güdür. ABŞ və Qərbin strateji hədəfləri liberal beynəlxalq nizamı qorumaqdan, Çin və Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq, texnoloji və maliyyə üstünlüyünü saxlamaqdan ibarətdir. Öz hədəflərinə çatmaq üçün NATO digər hərbi bloklarla təhlükəsizlik arxitekturasını gücləndirmək, süni intellekt, kvant texnologiyaları və yaşıl enerji sahələrində liderliyini möhkəmləndirmək kimi vasitələrə üstünlük verir. Çin Qərbə alternativ mərkəz kimi özünü göstərmək, Avrasiya, Afrika və Cənubi Amerikada təsiri artırmaq, ABŞ-Çin rəqabətində liderliyə iddia etmək niyyətindədir. Rusiya post-sovet məkanında təsirini qorumaq, Qərbin Ukrayna və Şərqi Avropadakı genişlənməsinin qarşısını almağa çalışmaqla imperiya ambisiyasındadır. Məqsədə çatma vasitəsi söykəndiyi tək vasitə hərbi güc və təbii ehtiyatlardır. Hindistan qlobal liderlər klubuna daxil olmaq, Çinlə qarşı alternativ güc mərkəzinə çevrilmək islam və Çin təsirindən azad olaraq regional gücə çevrilmək istəyir. Yeni formatların yaranmasının (BRİKS) hədəfi bu ola bilər. Yeni dünya düzənində yeni güc mərkəzi kimi meydana çıxan Türkiyə müstəqil qlobal oyunçu kimi çıxış etmək, ortaq türk dünyasını formalaşdırmaq, Şərqlə Qərb arasında “körpü” rolu oynamaq yolunu tutub. Ankaranın söykəndiyi vasitələr Türk Dövlətləri Təşkilatı, Cənubi Qafqazda yeni enerji və nəqliyyat dəhlizləri açmaq, müdafiə sənayesini inkişaf etdirməkdən ibarətdir. Hesab etmək olar ki, ABŞ, AB və Türkiyə yeni dünya düzəninin bəlirlənməsində əsas payçılar ola bilər. Çinin Azərbaycan və Türkiyə ilə əlaqələri inkişaf etdiyi təqdirdə Pekinlə kompromis mümkündür. Azərbaycanın yeni dünyada geosiyasi potensialı, enerji və kommunikasiyada rolu, Orta dəhlizdə yerləşməsi (Çin-Türkiyə-Avropa xətti), Rusiya-İran-Türkiyə arasında strateji balans mərkəzi olması,  Zəngəzur dəhlizi kimi yeni regional qovşaqların açılması imkanı, Avropanın enerji təhlükəsizliyində rolu, Transxəzər dəhlizinin vacib hissəsi kimi maraqlı dövlətdir və Türk dünyası üçün vacib siyasi-ideoloji mərkəz olaraq maraqlı dövlət kimi diqqətdə olacaq.

Əgər Azərbaycan Ermənistanla sülh danışıqlarında  nəticə əldə edərsə, avtoritar meyllər və hüquqi islahatların zəifliyi aradan qalxarsa, Qərb ilə inteqrasiya da Azərbaycana yeni imkanlar aça bilər. İndiki zamanda Azərbaycandan böyük güclər– ABŞ, Rusiya, İran və Çin arasında balansı qorumaq tələb olunur.


-Türkiyənin ev sahibliyi etdiyi Rusiya-Ukrayna danışıqları effektiv olacaq?

-Türkiyə NATO üzvü olsa da, həm Ukrayna, həm də Rusiya ilə iqtisadi və strateji əlaqələri qoruyur. Bu isə onun vasitəçi rolunu gücləndirir.

Türkiyənin diplomatik mərkəz olaraq seçilməsi gözlənilən idi. Çünki Türkiyə strateji olaraq neytralitetini qoruyaraq diplomatiyanın sıradan çıxmasının qarşısını ala bildi. İndiki zamanda hər iki münaqişə tərəfinin Türkiyəni seçməsində həvəsli olması ümid yaradır. Türkiyə vasitəçiliyi ilə bir sıra razılaşmaların olması da bir tarixdir. Türkiyə digərlərindən fərqli olaraq beynəlxalq hüququ əsas tutur və mövqeyi də kifayət qədər aydındır. Uzun müddətdir gündəmdə olan atəşkəsin əldə olunması, bir sıra humanitar razılaşmalar, sülh sazişi əldə olunana qədər fəaliyyət göstərən daimi diplomatik vasitəçilər missiyasının təsis olunması mümkündür. Çətin olan odur ki, Rusiya maksimalist hüquqi və mənəvi əsası olmayan iddiaların girovudur. Onu girovluqdan güc və ya Türk diplomatiyası qurtara bilər. 


-Son günlər gündəm olan PKK-nın ləğvi birmənalı qarşılanmır. Bəziləri bunun siyasi oyun olduğunu bildirir. Sizin məsələyə münasibətiniz necədir?

-PKK-nın ləğvi və silahları yerə qoymaları haqqında qərar tarixi qərardır. Mümkündür ki, bəzi güclər və Türkiyə daxilində missionerlər bu qərarı gözdən salmağa çalışsın. Düşünürəm ki, Türkiyənən dərin dövlət ağılı buna imkan verməyəcək. Türk və kürdlər vahid, bölünməz vətəndə yaşamağa məhkumdurlar. 


-Rusiya və Qərbin təzyiqləri fonunda Gürcüstan gələcək siyasətində hansı addımları atmalıdır?

-Gürcüstanın gələcəyi Azərbaycan və Türkiyə ilə daha dərin qatda müttəfiqlik, strateji sahələrdə birgəliklərdən asılıdır. Gürcüstanı yalnız ən yaxın müttəfiqləri Rusiya və Qərbin basqılarından ağrısız çıxara bilər. Gürcüstan hakimiyyətinin də atacağı bir sıra vacib məsələlər var. Strateji olaraq hakimiyyət qütbləşməni aradan qaldırmaq xəttini tutmalıdır. 


-Son hadisələr fonunda Azərbaycan-Rusiya münasibətlərində gərginlik hiss olunur. Bu gərginlik hansı istiqamətdə inkişaf edəcək?

-Rusiya imperiya ambisiyasının girovundadır. Amma onun Azərbaycana ciddi problemlər yaratmaq imkanları sürətlə azalmaqdadır. Azərbaycan 5-ci kalonun tədricən kökünün kəsilməsi, Rusiyanın digər təsir imkanlarının aradan qaldırılması yolunu tutmalıdır.  Eyni zamanda ənənvi tarazlıq siyasətini də mühafizə etməlidir.


-Ermənistanın ziddiyyətli yanaşması fonunda real sülh mümkündürmü, yoxsa yeni qarşıdurma riski artır?

-Ermənistan bu prosesdə uduzan tərəfdir. Sülh sazişinin gecikməsi adını çəkdiyimiz Rusiya da daxil, bəzi Qərb dövlətlərinin maraqlarında görünmür. Azərbaycan daha çox təşəbbüs göstərməli və çoxmərhələli sülh prosesinin yol xəritəsini təqdim etməlidir. İlkin etapda çərçivə sazişinin imzalanması və o sazişdə Azərbaycanın haqlı tələblərinin yer alması vacibdir. Türkiyədəki barış platforması bütün nəticələri ilə Türkiyənin və onun təbii nüttəfiqi Azərbaycanın geopolitikata təsir imkanlarını artıracaqdır. Bu isə yaxın gələcəkdə sülh sazişinin imzalanmasına imkanları artıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri