Icma.az
close
up
RU
“Dünyada sağlamlıqdan önəmli heç nə yoxdu”

“Dünyada sağlamlıqdan önəmli heç nə yoxdu”

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Bavariya” ötən mövsüm əldən verdiyi “gümüş cam”ı bu mövsüm özünə qaytarmaqda qərarlıdı.

Münhen nəhəngi bundesliqada hələ ki cari “futbol ili”ni son çempion “Bayer-04”dən daha sabit keçirir. Elə son turda da Vensan Kompaninin komandası Leverkuzen səfərində uduzmayaraq 8 xallıq fərqi qorudu. Münhen nəhəngində 7-ci mövsümünü keçirən Serj Qnabri bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib. 29 yaşlı təcrübəli vinger komandanın bu mövsümdəki hədəfləri, “Bayer-04” ilə rəqabət və başqa məqamlar haqda danışıb.
- 2018-ci ildən başlayaraq “Bavariya”nın ayrılmaz hissəsinə çevrilmisiz. Necə düşünürsüz, həmin vaxtdan bəri hansı keyfiyyətləriniz dəyişib?
- İlk növbədə mentallıq. Həmişə demişəm ki, belə kluba gəlib möhkəmlənməyi bacardıqdan, təzyiqə alışdıqdan və hər oyunda meydana yalnız qələbə üçün çıxmağa başladıqdan sonra sənin mentallığın istər-istəməz dəyişməyə başlayır. Oyun baxımından çox da dəyişdiyimi düşünmürəm. Ola bilər ki, sadəcə, indi daha təcrübəli olduğumdan bəzi şeylərə fərqli yanaşıram. Həm də bu illər ərzində müxtəlif məşqçilərin rəhbərliyi altında oynamışam. Hər məşqçi fərqli detallara önəm verir. Amma ümumi götürdükdə mən yenə də əvvəlki kimi hücumameyilli futbolçuyam. Qollar vurmağa və yaxşı oyun sərgiləməyə çalışıram.
- “Bavariya”ya gələndən bəri ötən il ilk dəfə çempion ola bilmədiz. Bu, sizə necə təsir etdi? Bu il vəziyyəti düzəltmək üçün əlavə stimul verdimi?
- Təbii ki, ötənilki uğursuzluq bu mövsüm bizim üçün əlavə motivasiya mənbəyidi. Bunu inkar edə bilmərik. Açığı, bundesliqanı qazana bilməyəndən sonra qəribə hisslər keçirdim. Çünki hər il zirvədə olmağa alışmışdıq. Amma dediyim kimi, bu il əvvəlki mövqelərimizi bərpa etməyə çalışacağıq.
- “Bayer-04”ü 2022-ci ildən bəri məğlub edə bilmirsiz. Onları bu qədər güclü və xüsusi edən nədi?
- Düzünü desəm, onları 2022-ci ildən bəri yenə bilməməyimiz faktını bilmirdim. Onların ilk növbədə mentallığı dəyişib. Psixoloji cəhətdən daha güclü olublar. Ötənilki inanılmaz mövsümdən sonra özlərinə olan inamı artıb. Həm də Virts başda olmaqla heyətlərində əla futbolçular var. “Bayer-04” açıq-aşkar yeni səviyyəyə yüksəlib, artıq hər oyuna qələbə üçün çıxırlar. Son illərdə həqiqətən də onlar bizim ən prinsipial rəqibimizə çevrilib.
- “Borussiya”dan başqa yeni bir prinsipial rəqibin peyda olması şəxsən sizin üçün hansı mənanı verir?
- Belə prinsipiallıq ilk növbədə azarkeşlər baxımından önəmlidi. İki uğurlu klub oynadıqda məğlub olmaq istəmirsən. Çünki belə oyunlardakı məğlubiyyətlər sənə heç də xoş hisslər aşılamır. Mənim üçün rəqabət bu baxımdan önəmlidi. Həm də adətən, belə rəqiblərin heyətində olan oyunçuların çoxunu yığmadan gözəl tanıyırsan. İstəmərsən ki, onlar kuboku qaldırsınlar və sonra da yığmanın düşərgəsində sənə baxıb gülümsəsinlər. Ona görə də qələbə üçün əlindən gələni edirsən...
- Kompaninin “Bavariya”da gördüyü işi necə qiymətləndirirsiz? Siz onun başçılığı altında yeni bir şey öyrənə bilmisiz? Upamekano ilə Devis müdafiə baxımından inkişaf etdiklərini söyləyiblər. Bəs siz hücum oyunçusu kimi nə deyərdiz?
- Bəli, Kompani müdafiəyə xüsusi diqqət ayırır. Ona görə də biz hücum oyunçularından pressinq etmək və topu mümkün qədər tez özümüzə qaytarmaqla müdafiəyə yardım etməyimizi istəyir. Onun başçılığı altında komanda şəklində daha güclü olduğumuzu düşünürəm. Oyunçularda birlik yaranıb. Daxildə indi əla ab-hava var. Kompani futbolu, işini sevən, nə istədiyini bilən məşqçidi. Onun komandaya hələ çox faydası dəyəcək.
- Yavaş-yavaş Çempionlar Liqasının finalı barədə də düşünmək olar. Bu il final yenidən Münhendə olacaq. Siz “Bavariya”lılar üçün bu titulu doğma publika önündə qazanmaq nə dərəcədə önəmlidi?
- Bu, cari mövsümdə qarşımıza qoyulan əsas hədəfdi. Minimum hədəf finalda oynamaq, maksimum hədəf isə ÇL-i qazanmaqdı. Bunu bacarsaq, həm şəhərimiz, həm klubumuz, həm də bütün Almaniya üçün çox böyük hadisə olar. Çünki belə şeylər həyatda tez-tez baş vermir. Bu tarixi nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik.
- Təəssüf ki, zədələr həmişə karyeranızın ayrılmaz hissəsi olub. Hesablamalarımıza görə siz indiyə qədər zədələr üzündən 171 oyunu qaçırmısız. Yəni az qala karyeranızın yarısı zədələr üzündən boşa gedib. Bu mövzuda sizin psixologiyanızı bilmək istərdik. Məsələn, növbəti dəfə zədə alıb bir neçə oyunluğa sıradan çıxdığınızı biləndə hansı hissləri keçirirsiz? Dərhal qayıtmaq barədə düşünməyə başlayırsız?
- Əlbəttə. Hətta hər dəfə inanıram ki, həkimlərin qoyduğu vaxtdan daha erkən qayıtmağa müvəffəq olacam. Diaqnoz qoyulandan sonra artıq bütün diqqətimi reabilitasiyaya yönəldirəm. Bu müddət ərzində mənə ən faydalı ola biləcək şeylər edirəm. Çünki mümkün qədər tez formaya qayıtmaq istəyirəm. Bilirsiz, zədələr baxımından da bir qədər böyüdüyümü, təcrübə qazandığımı düşünürəm. Artıq zədə almamaq üçün əlimdən gələni edirəm. Bəzi şeyləri başqa cür edirəm. Bu, psixoloji məqamdı və mənə yardım edir. Bəzən bir müddət komandadan kənar qalmaq, fasilə götürmək faydalıdı. Hər şey zədənin ciddiliyindən və müddətindən asılıdı. İstənilən halda zədə vaxtı həkimlər məndən nə tələb edirsə, onu makimum şəkildə yerinə yetirməyə çalışıram. Yəni sadəcə, dincəlib vaxtın ötməsini gözləmirəm. Öz bədənimin üzərində çalışıram.
- Ötən il adınızı daşıyan bir fond yaratdız. Əsas motivasiyanız nədi? Konkret hansı sahə sizi maraqlandırır?
- Motivasiyam, sadəcə, yaxşılıq etmək istəyidi. Mən onsuz da son illərdə bir çox xeyriyyə fondu ilə əməkdaşlıq edirdim. Bu dəfə düşündüm ki, öz fondumu yaratmaq heç də pis ideya deyil. İlk növbədə səhiyyə, sağlamlıq sahəsinə diqqət ayırmaq istəyirəm. Çünki dünyada sağlamlıqdan önəmli heç nə yoxdu. Sən sağlamsansa, bütün işlərin yaxşı alınacaq. Fondu açmaqda məqsədim xəstəxanalara və səhiyyə sektorunda köməyə ehtiyac duyan hər kəsə yardım əlimi uzatmaqdı.
ƏLİ RAUFOĞLU hazırladı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see465

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see305

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see299

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see291

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see261

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see236

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see228

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see219

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see215

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see207

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see200

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see191

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see184

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see175

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see173

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see170

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see167

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see163

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see159

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri