Icma.az
close
up
RU
Dünyanı sarsıdan olaydan sonra Azərbaycan da təlaşda Hazır olmalıyıq

Dünyanı sarsıdan olaydan sonra Azərbaycan da təlaşda Hazır olmalıyıq

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada Luvr muzeyindən Napoleonun kolleksiyasına aid 9 nadir eksponatın cəmi yeddi dəqiqəyə oğurlanması dünyada səs-küy yaradıb. Paralel olaraq, əksər ölkələrdə, o cümlədən Azərbaycanda muzeylərdəki təhlükəsizlik sistemlərinin səviyyəsi və qiymətli eksponatların qorunması məsələsini də aktuallaşdırıb. 

Muzeylərimizdə sığorta sistemi varmı və ya necə qorunur?

Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, muzeylərimizdə çox dəyərli və qədim eksponatlar saxlanılır:

“Təəssüf ki, ictimai laqeydlik və mədəni biganəlik səbəbindən qiyməti ölçülməyən eksponatlarımız xaricdə qorunub saxlanılır. Sovet dövründə aparılan qazıntı işləri nəticəsində tapılan tarixi əşyaların bir qismi Sankt-Peterburq, Moskva və hətta Tiflisdə saxlanılır. Luvrda da eksponatlarımız mövcuddur. Məsələn, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi dastanların, eləcə də Nizami Gəncəvi, Füzuli, Nəsimi, Xaqani və Xətainin əlyazmaları da xarici muzeylərdə saxlanılır. Bəlkə də bu, müəyyən mənada müsbət haldır. Çünki bu dəyərlər bizdə olsaydı, keçmişdə ərəb və kiril əlifbası ilə yazılmış kitabların taleyi kimi məhv edilə, gizlədilə və ya itib-bata bilərdi”.

Aydın Xan Əbilov

Kultroloq bildirib ki, Azərbaycan muzeylərinin qorunması qənaətbəxş deyil:

“Muzeyləri sadəcə qapı və pəncərələrinə dəmir barmaqlıqlar qoymaqla qoruduğumuzu düşünmək olmaz. Bu proses bir neçə mərhələdən ibarətdir: fiksasiya və sənədləşdirmə, xüsusi mühitə malik otaqlarda saxlanma, yəni rütubət, gün işığı, insan nəfəsi kimi amillərə həssas olan obyektlər üçün şəraitin təmin edilməsi. Bir çox eksponatlar gələcək nəsillərə çatdırmaq üçün xüsusi şüşəli kabinetlərdə və ya nəzarətli otaqlarda saxlanmalı, bəzən ümumiyyətlə ziyarətçilərə göstərilməməlidir. Təəssüf ki, muzeylərimizin təxminən 90 faizi bu tələblərə cavab vermir. Muzeylərdə polis və mühafizə sisteminin də mükəmməl olması vacibdir. Azərbaycanda bir neçə muzeyi çıxmaq şərtilə, əksəriyyətində bu, yalnız direktor və bir neçə işçidən ibarətdir. İşçilər saat 18:00-dan sonra evə gedir, mühafizəçi və ya polisdən başqa orada heç kim olmur. Yavaş-yavaş videomüşahidə sistemləri quraşdırılmağa başlanılıb, lakin bu kameraları aldatmaq o qədər də çətin deyil. Məsələn, üzərini örtmək, yaxud elektrik enerjisini kəsməklə müşahidə sistemini sıradan çıxarmaq mümkündür. Bu isə eksponatların oğurlanması və ya zədələnməsi riskini artırır. Buna görə də bu sahədə xüsusi dövlət proqramı və normativ aktlar hazırlanmalıdır. Həm Mədəniyyət Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də təhlükəsizliklə bağlı digər qurumlar tarix və diyarşünaslıq muzeylərinin qorunması üçün ciddi tədbirlər planı işləməlidirlər”.

Kulturoloq qeyd edib ki, muzey eksponatlarının sığortalanması da böyük problemdir:

“Onlar ümumiyyətlə sığortalanırmı? Bu sualın konkret cavabı yoxdur. Eksponatların fiksasiyası, elektronlaşdırılması, təhlükəsizlik çipləri ilə nəzarət olunan yerlərdə saxlanılması sahəsində böyük boşluqlar mövcuddur. Xarici bazarlarda antik və əntiq əşyaların alqı-satqısı inkişaf edib. Orda həm rəsmi, həm də qara bazar fəaliyyət göstərir. Azərbaycanda muzey eksponatları oğurlansa da, onları ölkədən çıxarmaq çətindir. Bu məqsədlə mütəşəkkil cinayətkarlıq dəstəsinin yaratdığı imkanlar və ya diplomatik imkanlar tələb olunur. Lakin istək olduqda, mütəşəkkil dəstə hər hansı eksponatı ölkədən çıxara bilər. Buna görə ayrıca, həm hüquq-mühafizə, həm də qoruyucu funksiyaya malik qurumların yaradılmasına ehtiyac var. Hazırda belə qurumlar mövcuddur, lakin onların fəaliyyəti məhduddur. Luvrda və digər xarici ölkələrdəki hadisələrin Azərbaycanda təkrarlanmaması üçün texnoloji, hüquqi tədbirlər tətbiq edilməlidir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri