Icma.az
close
up
RU
Koronavirusdan sonra dünyanı gözləyən 7 şok dəyişiklik Hazır olmalıyıq KONKRET

Koronavirusdan sonra dünyanı gözləyən 7 şok dəyişiklik Hazır olmalıyıq KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya miqyasında 1 milyondan çox insana yoluxan, on minlərlə insanın həyatına son qoyan koronavirus, əlbəttə, bütün həyatı alt-üst etdi. İnsanların ən çox maraqlandığı mövzular arasında pandemiyadan sonra həyatın hansı axarda davam edəcəyi, gündəlik axının bundan necə bir pay götürəcəyidir.

KONKRET.az xəbər verir ki, koronavirusdan sonra dünyanın gələcəyi ilə bağlı suallar futuristlərə ünvanlanıb. Onların proqnoz və gözləntiləri belədir:

“Həyatın artan sürəti ilə bir çox insan bacara bilməyəcək”

50 il əvvəl dünyanın ən öndə gedən futuristlərindən Alvin və Haydi Toffler həyatın artan sürətindən bəhs etdikləri “Future Shock” (Gələcəyin Şoku) adlı kitabı yayımladı. Tofflerlər bu sürətə bir çox insanın uyğunlaşa bilməyəcəyini və buna görə ictimai və fərdi şok yaşanacağını həmin kitabda yazmışdı.

Özünü gələcəyə fokuslu strateji konsaltinq şirkəti kimi təqdim edən “Toffler Associates”in baş icraçı direktoru Mariya Bosvell sözügedən şoku necə geridə qoyacağımızın uyğunlaşma istedadımızdan asılı olduğunu və yaşananları yüngül qəbul etməyə çalışmağın kifayət etməyəcəyini söyləyir.

“Yeni normalarla qarşılaşacağıq”

Bosvell bu gün yaşanan dəyişikliklərin nə qədərinin daimi, nə qədərinin keçmişdəki vəziyyətinə geri qayıda biləcəyini bilməyin mümkünsüzə yaxın olduğunu bildirir. O, sadəcə 3 həftəyə yaxındır ki, karantində olmağımıza rəğmən, dəyişikliklərə necə uyğunlaşdığımıza diqqət çəkir: “Böhrandan sonra yeni bir “normal” ilə qarşılaşacağıq. Ancaq bu, bəzilərinin proqnozlaşdırdığı kimi nəhəng miqyasda olmayacaq. Lakin insanlar dəyişikliklərə hazır olmalıdır”.

“Qaçacaq yerimiz yoxdur”

İngilis astronom Sir Martin Ris özünü pandemiyalar mövzusunda “fəlakət dəllalı” elan edən bir elm adamıdır. Ris mövzu ilə bağlı mövqeyini belə açıqlayır: “Pessimistliyin təməlində bu cür hadisələrin yenidən gerçəkləşə billəcəyi, buna “pis aktyorların” səbəb olacağı və daha çox pessimist, yoluxucu dəyişiklik saçacağı fikri yatır. Bu, suçiçəyi və ya qrip xəstəliyi ilə ola bilər. Nə isə ki, yeni virus daha qarışıqdır, ancaq ehtimal ki, onu da hekləməyimiz an məsələsidir.

Risin son futurist işi 2018-ci ildə yayımlanan “On the Future” (Gələcək Haqqında) kitabıdır. Burada az da olsa, pandemiya və bu çərçivədə ictimai qopmalar, bir-biri ilə əlaqəli dünyada iqtisadi çöküşdən qaçacaq bir yer olmamasından bəhs edilir.

“Götürəcəyimiz dərslər var”

Ris pandemiyadan götürüləcək dərslərlə bağlı “optimist ssenarilərdən biri bir dəfəyə məxsus olay olmaması, müqavimətli olmayan, uzun tədarük zəncirlərinə bel bağlamamağımızın vacibliyini bildirir. Bu cür hadisələrə qalib gələ bilmək üçün boş potensiala, insanlara və cihazlara sərmayə qoymamaq lazımdır. Ancaq bu, çox da ehtimal olunmur. Alacağımız ikinci dərs isə şəhərdə işləyənlərin hər gün evlə iş arasında “1-2 keyfsiz” saat keçirməsinin lazım olmadığını öyrənməyimizdir.

“Evdən işləmək davam etməlidir”

Koronavirus böhranında ilk gördüyümüz tədbir evdən işləmək oldu. Araşdırmalarını Berlin-Brandenburq Təbiət və Humanitar Elmlər Akademiyasında aparan İzabella Hermann elmi-fantasikanın sosio-mədəni və texnoloji təsirləri üzərində işlər görür. Hermann bəzi qurumların işçilərini evdə işləmək məcburiyyətində olmaqdan qorumağa çalışa biləcəyini söyləyir: “Bunun altında yatan məna çox qəribədir. Yəni işin həyatınızın bir parçası və ya görməkdən xoşlandığınız bir şey olmadığı, əksinə, hər gün 8 saat görmək məcburiyyətində olduğunuz bir şey olduğu fikri. Həyatın da yalnız bundan sonra başladığı”.

“Rəqəmsallaşma sürətlənəcək”

Konnektikut Universitetində Süni İntellekt, Zehin və Toplum Qrupunun direktoru olan Syuzan Şnayder isə pandemiyanın onlayn işləyə bilməyimizin mümkün olması üçün lazımi infrastrukturu təkmilləşdirmə prosesini sürətləndirəcəyini bildirir.

Sürətli şəbəkə bu gün 5G texnologiyası sayəsində mümkündür. Bəs texnologiya hər şeyin həllidirmi?

Video-konfrans texnologiyasına nəzər salaq. İstifadəsi rahat olsa da, insanlararası əlaqələrin əhəmiyyətli ünsürlərindən olan bədən dilini, baş və çiyinlərdən başqa heç nəyi göstərməyi bacarmır. Bütün səslər normal gəlir, mikrofonlar açılıb-bağlanır, təşvişli və hirsli əl jestləri iş yoldaşlarımıza göstərilmir. Syuzan Şnayder kommunikasiyanın insani səviyyəsini itirəcəyimizdən qorxur: “Pandemiyadan sonra dünyada şirkətlərin insan əməyindən daha az istifadə etməsi və insan işçilərin yerini avtomatlaşdırma və süni intellektin tutmasından qorxuram. Kompüter və robotlar xəstələnmirlər…”

“İstehlakda köklü dəyişikliklər gözlənilmir”

Bəs sıfırdan başlamaq mümkündürmü? Sırf alış-veriş vərdişlərimiz üçün belə darıxarkən mədəniyyətlərin hamısını dəyişdirmək mümkün ola bilərmi?

İsabella Hermann belə deyir: “İqlim aktivistlərinin ümid etdiyi kimi, istehlak vərdişlərimizdə dəyişiklik olmayacaq. Bu, ancaq sistem dəyişdiyi təqdirdə mümkün ola bilər. İndi gördüyümüz iş isə nə olursa-olsun, sistemi ayaqları üzərində saxlamaqdır. Heç bir şey gələcəyi proqnozlaşdırmaqdan daha çətin deyil. Hər cür trend və bilgini analiz edib növ-növ ssenarilər inşa edə bilərik, amma gələcək xətti dəqiq deyil”.

Publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2025 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri