Icma.az
close
up
RU
Dünyanı sarsıdan olaylar: illər əvvəl deyilmişdi Azərbaycan üçün də risk var KONKRET

Dünyanı sarsıdan olaylar: illər əvvəl deyilmişdi Azərbaycan üçün də risk var KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər dünyada baş verən qeyri-adi hadisələr diqqət çəkir. Venesuelada qısa fasilə ilə iki güclü zəlzələ baş verib, İranda da oxşar yeraltı təkanlar qeydə alınıb. Avropa rekord istilər və güclü fırtınalarla mübarizə aparır. Digər tərəfdən, Səudiyyə Ərəbistanında səhranın ortasında balıqlarla dolu çay əmələ gəldiyi iddia edilib, görüntülər sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Bütün bunlar sadəcə təsadüfdür, yoxsa dünyada həqiqətən də qeyri-adi ekoloji proseslər başlayıb? Daha nələr görəcəyik?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, elm bu məsələyə ehtiyatla yanaşır:

“Müxtəlif qitələrdə baş verən zəlzələlərin bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Yer qabığında hər bir zəlzələ öz tektonik plitələrinin hərəkəti nəticəsində baş verir və minlərlə kilometr uzaqda qeydə alınan digər zəlzələləri birbaşa tətikləmir. Məsələn, Venesueladakı iki güclü zəlzələ “seysmik dublet” adlanan nadir hadisədir. Birinci zəlzələ yaxınlıqdakı qırılma xəttində gərginliyi artıraraq ikinci, yəni daha güclü təkanı yarada bilər. Lakin bunun İran və ya digər regionlarda baş verən zəlzələlərlə elmi cəhətdən sübut olunmuş əlaqəsi yoxdur”.

Ekoloq bildirib ki, iqlim hadisələrində isə vəziyyət fərqlidir:

“Son illərdə qlobal istiləşmə nəticəsində atmosferdə, okeanlarda toplanan əlavə istilik enerjisi ekstremal hava hadisələrinin daha tez-tez və intensiv baş verməsinə səbəb olur. Avropada rekord temperatur, güclü istilik dalğaları, leysan yağışları və fırtınaların artması alimlərin uzun illərdir xəbərdarlıq etdiyi iqlim dəyişikliklərinin real nəticələridir. Səudiyyə Ərəbistanında səhrada yaranan su axınları da ilk baxışdan qeyri-adi görünsə də, əksər hallarda qısamüddətli və çox güclü yağışlardan sonra yaranan mövsümi sel hadisələridir. Belə ərazilərdə su ilə birlikdə balıqların görünməsi isə yaxınlıqdakı su hövzələrindən daşqın nəticəsində daşınması ilə izah oluna bilər. Bu görüntüləri fövqəltəbii hadisə kimi qiymətləndirmək doğru deyil”.

Ekspertin sözlərinə görə, qarşıdakı illərdə uzunmüddətli istilik dalğaları, intensiv yağışlar, quraqlıqlar, meşə yanğınları, daşqınlar və sahilboyu ərazilərdə dəniz səviyyəsinin yüksəlməsi kimi hadisələrin artması ehtimalı yüksəkdir:

“Alimlər artıq bununla bağlı xəbərdarlıq edir. Bu dəyişikliklər xüsusilə şəhərlərin planlaşdırılması, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və insanların sağlamlığı üçün ciddi çağırışlar yaradır. Azərbaycan da bu proseslərdən kənarda deyil. Son illərdə ölkədə temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması və bəzi bölgələrdə intensiv leysanların artması müşahidə olunur. Bu səbəbdən iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması və su ehtiyatlarından səmərəli istifadə gələcəyin əsas prioritetləri sırasında olmalıdır. Buna görə də həm dövlət qurumları, həm də vətəndaşlar ekoloji məsuliyyətə daha ciddi yanaşmalıdırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyul 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri