Icma.az
close
up
RU
Dünyanın ən böyük buz dağı hərəkət edir: 29 ölkədən böyük əraziyə malik aysberq

Dünyanın ən böyük buz dağı hərəkət edir: 29 ölkədən böyük əraziyə malik aysberq

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ən böyük buz dağı olan A23a, 38 illik mövcudiyyəti ərzində elm adamlarını dəfələrlə təəccübləndirib və yaxın gələcəkdə daha çox sürprizlərlə diqqət çəkməsi gözlənilir. 

Qaynarinfo "Express"ə istinadən xəbər verir i, bu nəhəng buz dağı ilk dəfə 1986-cı ildə Antarktikanın Veddell dənizinin cənubundakı Filçner Buz Şelfindən qopub. Lakin qısa müddət sonra dənizin dibinə ilişərək, 350 metr dərinlikdə "buz lövbəri” kimi sabit qalıb və 30 ildən artıq bir müddətdə oradan tərpənməyib.

Uzun fasilədən sonra yenidən hərəkətə keçdi

2020-ci ildən etibarən yavaş-yavaş əriməyə başlayan buz dağı bu proses nəticəsində hərəkətə keçib və səfərinə davam edir. A23a-nın hansı istiqamətdə hərəkət edəcəyi ilə bağlı müzakirələr hələ də davam edir. Elm adamları tərəfindən "ölməyə müqavimət göstərən buz dağı" adlandırılan bu parça, maraqlı geoloji proseslərin nümunəsi kimi qiymətləndirilir.

Nəhəng ölçülərə malikdir

A23a-nın ölçülərini təsəvvür etmək çətindir. Peyk ölçümlərinə əsasən, buz aysberqin orta qalınlığı 280 metrdir. Müqayisə üçün, İstanbulun 4. Levent bölgəsindəki Sapphire binasının hündürlüyü 261 metrdir. Buz dağının ümumi sahəsi isə 2400 kv.km-dir. Bu ərazi İstanbulun Anadolu tərəfindən (1898 kv.km) və Düzce şəhərindən (2492 kv.km) daha böyükdür. Həmçinin, Lüksemburq, Bəhreyn və Sinqapur kimi 29 ölkənin ərazisini üstələyir.

Cənubdan şimala hərəkət edir

Əvvəlcə yavaş hərəkət edən buz dağı, axınların və küləklərin təsiri ilə Antarktikanın cənubundan daha isti şimal sularına doğru irəliləyib. Hazırda A23a, "Buz Dağı Keçidi" adlanan və Antarktikanın üzən buzlarının əksəriyyətinin çıxdığı bir yolla Cənubi Corciya və Cənubi Sendviç adalarına doğru hərəkət edir.

Ərimə prosesi qaçılmazdır

Buz dağı zamanla parçalanaraq əriməyə davam edəcək. Peyk görüntüləri və sahəni müşahidə edən gəmilərdən alınan yaxın plan şəkillər bu prosesi aydın şəkildə göstərir. Hər gün buz dağından bəzən futbol meydançası, bəzən isə yük maşını ölçüsündə parçalar ayrılaraq dənizə düşür.

2023-cü ilin dekabrında sürətli axınların təsiriylə Antarktika Yarımadasının ucuna çatan aysberq, bölgədə üstünlük təşkil edən qərb küləkləri səbəbindən sonrakı istiqamətini proqnozlaşdırmağı çətinləşdirib.

2024-cü ilin aprel ayında, A23a buz dağı Antarktika Yarımadasının şimal-şərqində, Cənubi Orkney adalarına yaxın, 60-cı paralel boyunca təxminən 700 km məsafədə irəliləməyə davam edirdi. Elm adamları buz dağının daha isti sularda parçalanmasını və əriməsini gözləyirdilər.

Bu gönderiyi Instagram'da gör

British Antarctic Survey ? (@britishantarcticsurvey)'in paylaştığı bir gönderi


Hərəkəti gözlənilməz şəkildə dayandı

Lakin avqust ayında A23a-nın dünyanın ən güclü okean axını ilə hərəkət etməli olduğu halda aylarla yerində döndüyü aşkarlanıb. Tədqiqatçılar, buz dağının, Qeoffri İnqram Teylor tərəfindən kəşf edilən və "Teylor sütunu” adlanan hidro-dinamik fenomenə qapıldığını düşünürlər. Bu fenomen nəticəsində A23a-nın illərlə bu yerdə sıxışıb qala biləcəyi ehtimal edilir.

Professor Mark Brandon bu barədə deyir:

"Adətən buz dağlarının müvəqqəti olduğunu, parçalanaraq əridiyini düşünürsünüz. Amma bu belə deyil. A23a "ölməyə müqavimət göstərən buz aysberqdir"dır".

Qlobal istiləşmə və təbii davranışın birləşməsi

A23a-nın Antarktika sahillərindən qopması qlobal istiləşmə ilə əlaqələndirilsə də, vəziyyət daha mürəkkəbdir. Çünki aysberq hələ də çox soyuq olan bir bölgədən ayrılıb. Bu tip böyük buz parçalarının qırılması təbiidir. Bununla belə, Antarktikanın digər bölgələrində istiləşmə nəticəsində daha çox buz parçası qopmuş və bu vəziyyət qitə buz şelflərinin çökməsinə səbəb olub.

Geoloji sübutlar və qədim istiləşmə dövrü

Okean dibindən çıxarılan nümunələrin təhlili göstərir ki, təxminən 1.2 milyon il əvvəl "Buz Dağı Keçidi" böyük buz axınına şahidlik edib. Tədqiqatçılar bunun Qərbi Antarktikanın buz şelflərinin əksəriyyətini parçalamış əvvəlki istiləşmə dövrünün sübutu olduğunu bildirirlər.

A23a-nın əriməsinin faydaları

A23a-nın əriməsi bəzi müsbət nəticələr də gətirə bilər. Böyük buz dağlarının əriməsi zamanı içərisində haps olmuş mineral tozları okeana daxil olur. Bu minerallar açıq okeanda qida zəncirinin əsasını təşkil edən mikroorqanizmlər üçün əhəmiyyətli qida mənbəyinə çevrilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri