Icma.az
close
up
RU
Dünyanın ən dərin şəlaləsi Almaz həyəcanı insanları möcüzə ilə rastlaşdırdı FOTOlar

Dünyanın ən dərin şəlaləsi Almaz həyəcanı insanları möcüzə ilə rastlaşdırdı FOTOlar

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Anxel şəlaləsi - Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir.

Milli.Az-ın məlumatına görə, Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir.

Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulub, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf edib.

Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı - 5°58′03″ şimal, 62°32′08″ qərb hissə.

Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir.

Şəlalə XX əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılıb, lakin buranın adı Ceyms Anxeldən əvvəl belə çox tanınmır və hallanmırdı.

1930-cu illərdə Venesuelada "almaz həyəcanı" var idi. Yüzlərlə tədqiqatçı, həyəcan axtaran, müxtəlif kateqoriyaların insanları bura gəlir və nə isə tapmaq istəyirdilər. 1935-ci ildə Anxel də çox da baha olmayan təyyarə - "Flaminqo"nu alır və Auyan - Tepui massivinə doğru uçmağa başlayır. Çox vaxt dağların başı qarla əhatə olunur yaxud hava dumanlı görünürdü. Elə bu səbəblərə görə də Anxel həmin əraziyə açıq havada uçmağı qərarlaşdırır. Onun ilk gördüyü böyük tapıntı isə şaquli istiqamətdə olan su axını olur.

Şəlalədən axan suyun həcmi saniyədə 300 kub metr hesablanmışdır. Anxel qızıl axtarışını davam etdirmədi, çünki onun təyyarəsi qəzaya uğradı və möcüzə nəticəsində canını qurtarmağı bacardı. Anxel canını qurtardıqdan sonra ilk poçt müəssisəsinə özünü çatdıraraq Birləşmiş Ştatlara dünya coğrafiyasına verdiyi töhfə haqqında ilkin məlumat verdi və bütün dünya xəritələrində hazırda onun adı həkk olunmuşdur. Anxel öz həyatının son illərini Venesuelada keçirdi və Syudad-Bolivar ştatında 1956-cı ildə vəfat etdi. Anxelin öz vəsiyyətinə əsasən onun cəsədinin külləri şəlalədə dağıdıldı.

1949-cu ildə bura gedən amerikan və venesuelalı coğrafiyaçılar beş nəfərdən ibarət idi, onlar şəlaləyə çatmaq üçün çox böyük çətinliklər çəkdilər. Çünki şəlalənin yerləşdiyi selva meşə massivi liana və azğın bitkilərlə dolu idi. Yolun açılması üçün balta və müxtəlif ləvazimatlardan istifadə edildi. Son 36 km ərazini keçmək üçün isə ekspedisiya nümayəndələri 19 gün sərf etməli oldular.

Anxelin monoplanı "Flaminqo" isə su şəlalənin yuxarı hissəsindəki bataqlıq olan torpaqda dayandırıldı və orada 33 il müddətində qaldı. Həmin yerdə onu digər vertolyotların köməyi ilə dartıb, çıxarana qədər qalmışdır. Anxel və onun üç şəriki şəlaləyə düşməyi bacardılar və 11 gün ərzində sivilizasiyaya geri qayırdılar. Hazırkı dövrdə Anxelin təyyarəsi Marakae muzeyində saxlanılır və şəlalənin yuxarısında isə onun əsl oxşarı yaradılıb.

Anxel şəlaləsi Venesuelanın ən vəhşi cəngəlliklər olan yerində yaradılmışdır və bura gedib, çatmaq üçün yalnız hava nəqliyyatından istifadə etmək mümkündür. Şəlaləyə turlar komplekt halda verilir və özündə Karkasdan yaxud Kanaymunun Syudad-Bolivar ərazisindəki pilotları birləşdirir. Kanaymoda yerləşən bu qəsəbə özündə milli parka gəzintidə iştirak edən işçiləri birləşdirib. Həmçinin tura suda gəzinti, yemək və yüklərin daşınması, şəlalə üçün lazımı olan avadanlıqlar da daxil edilir. Bundan əlavə, şəlalənin uçuş xəttindən də bilet alıb getmək mümkündür, lakin elə hallar ola bilər ki, səmadan şəlalə görülməsin. Quraqlıq dövründə xüsusən dekabrdan marta qədər olan müddətdə su olduqca az olur, lakin bəzən buludlu və dumanlı hava olan mövsümə də düşmək mümkündür. Bütünlükdə tur təxminən bir sutka vaxt tələb edir.

Şəlalə 1935-ci ildən ziyarətçilər üçün açıq elan edilmişdir. Ümumiyyətlə, bu şəlalənin yerləşdiyi yer çox əlçatmaz yer hesab olunur və məhz buna görə də şəlalə olduqca gec aşkar edilib. Anxel Cənubi Amerikanın Venesuela ərazisində dağlıq massiv sayılan Auyantepuy hissəsində (bu dağ İblis də adlandırılır) yerləşir. Məsaməli qum daşından ibarətdir və 2600 metr yüksəkliyə malikdir, həmçinin qayalıq divarlardan ibarətdir. Qayalıq divarları qalın selva tropik meşələri əhatə edir.

Xəyal Abdullayev
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri