Icma.az
close
up
RU
Dünyanın ən ikiüzlü bayramı Orxan Saffari yazır...

Dünyanın ən ikiüzlü bayramı Orxan Saffari yazır...

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Dünyanın əksər yerlərində və elə xüsusi ilə Azərbaycanda “1 May Beynəlxaq Əmək Bayramı” mahiyyətcə mənasız simvolikadan başqa bir şey deyil.

Azərbaycanda, daha dəqiq demək olarsa, bu gün Sovetin yaşlı kölələri üçün ancaq və ancaq nostalgiya, xüsusi ilə sənaye işçilərinin “orqazm” anıdır. 

Bəs niyə belədir?

Artıq bütün dünyada “1 May” bütün kapitalist sistemlər tərəfindən daim nəzarətdədir və mahiyyəti tamamilə tənzimlənib.

Kapitalist sistemlərdə işçi hüququ əksərən kağız üstündədir, işçi olan şəxslərin özü isə köləliyə meyllidir.

Konkret desək, “1 May Günü”nün heç bir inqilabi ruhu, mübarizə əzmi yoxdur. Kapitalist sistemdə “1 May”ın bayram kimi qeyd olunması, əslində, bu günün mahiyyətinə təhqirdir. 

Məsələn, dünyanın bir çox yerində “1 May Günü” üçün mitinqlər, aksiyalar kapitalist sistemlərin nəzarəti altında keçirilir. Bir sözlə, artıq dünyada işçi həmrəyliyi yoxdur, siyasi şou var.

Müasir dünyada əmək rəngarəngliyi, növləri müxtəlif olsa da, 1 May daha çox sənaye işçiləri üçündür və bunun özü də ədalətsiz yanaşmadır. Məgər dünya təkcə sənaye işçilərindən ibarətdirmi? Yaxud, işçilər ancaq az maaş alan zümrədirmi?

Bəlkə, 19-cu əsrin mənasız sənaye romantikasından çıxmaq lazımdır?!

Sistem üçün bir çox günlər kimi, bu gün də müxalif düşərgəni zərərsizləşdirməkdən ibarət bir nəsnəsdir.

Niyyətində qan olan, tələb edilən bir günün nəzarətdə olması, bayram təqviminə çevrilməsi, iqtidarı jestlərlə yad edilməsi, əlbəttə, fiaskodur.

Mənzərə belədir:

“Kapitalist sistem dövlət səviyyəsində işçini təbrik edir, ona hansısa yumşaldıcı jest edir”.

Gülməlidir, deyilmi?!

Təsəvvür edin, 1 May günü üçün işçi sinfinə kapitalistlər tərəfindən müxtəlif endirimlər belə təklif edilir.

Bu günün bayram kimi qeyd edilməsi, əslində, yarana biləcək real etirazların qarşısını almaqdan ibarətdir.

Bir növ, kölə işçinin artan nəbzini yoxlamaqdır.

Yox, əgər məsələ tənqiddirsə, Azərbaycanda da, dünyada da bu günün özü, tənzimlənən, dəyişilən mahiyyəti tənqid edilməlidir.

Bu günü bayram kimi qeyd etmək isə xüsusi ilə solçular, əməkçi hüquqlarını müdafiə etdiyini düşünən bütün şəxslər üçün ayıbdır.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri