Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Dünyanın ən səssiz otağı: sükutun öz səsi varmış

Dünyanın ən səssiz otağı: sükutun öz səsi varmış

525.az saytına istinadən Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Təsəvvür edin ki, qapı bağlanır və çöldəki bütün səslər bir anın içində yox olur. Maşınların uğultusu, insanların danışığı, uzaqlarda bir it hürməsi, küləyin pıçıltısı... heç nə, heç nə qalmır. Sanki kainat bircə anın içərisində nəfəsini tutur, dünyadakı səs adlı məfhum yox olur. ABŞ-ın Minnesota ştatındakı Orfield Laboratoriyası - dünyanın ən səssiz otağı insana məhz bu anı yaşadır.

Biz çox zaman "bir az sakitlik" arzulayırıq. Həyatın səs-küyü, maşınların uğultusu, insanların fasiləsiz danışığı bəzən bizi yorur və biz onda səssizliyi axtarırıq. Orfield laboratoriyası bu arzunun həddindən artığını təqdim edir. Otaq daxilində səs-küy səviyyəsi mənfi 13 desibeldən mənfi 23 desibel arasında dəyişir. Yəni bu, normal eşitmə həddindən çox aşağıdır. Otağa kənar səslərin 99 faizi daxil olmur. Əsas səbəb isə burada anekoik kameraların yerləşməsidir.

Otaq xüsusi akustik materiallarla hazırlanıb. Divarlar, tavan və döşəmə səs udan panellərlə örtülüb. Bura 1 metr qalınlığında şüşə akustik platformalar, izolyasiya edilmiş ikiqat polad və qalın betonlardan hazırlanmş divarlarla əhatələnib. Burada səs dalğaları əks olunmur, tamamilə yox olur. Xarici aləmdən gələn bütün səs kəsildiyi üçün insan yalnız öz bədəninin içində baş verənləri "dinləməyə" məcbur olur.

Laboratoriyanın yaradıcısı Stiven Orfildin sözlərinə görə, sakit mühitə düşdükdə insanlar yavaş-yavaş ona uyğunlaşmağa başlayırlar. Orfieldin özü otaqda 30 dəqiqə qala bilsə də, otağın rekordu 45 dəqiqədir. Yəni bu nəhəng səssizliyə insan oğlu maksimum 45 dəqiqə tab gətirə bilib. Onun sözlərinə görə, bu otaqda insanın fikrini səs-küy deyil, səssizlik yayındırır və insan sakitlikdən bir müddət sonra sanki səs-küy eşidir.

Otağa girəndə ilk hiss etdiyin qəribə bir boşluq olur. Sanki hava belə səs çıxarmır. Bir neçə saniyədən sonra isə səssizlik içini bürüyür. Və birdən anlayırsan ki, sən artıq səssizliyi yox, özünü eşidirsən. Ürəyin ritmik döyüntüsü... damarlarından keçən qan... hətta sümüklərinin xırda hərəkətləri. Sən ki, bu səsləri heç vaxt eşitməmişdin. İndi isə onlar bütün otağı doldurur. Bir çox könüllülər bu təcrübəni narahatlıq kimi təsvir edirlər.

Burada divarlar, tavan, döşəmə - hamısı səsi udmaq üçün hazırlanıb. Səs dalğaları əks olunmur, tamamilə yox olur. Bu qədər səssizliyin içində zaman anlayışı da dəyişir. Dəqiqələr saat kimi görünür. Bir müddət sonra beynin balansını itirir, addım atanda yıxılacaq kimi olursan.

Dediyimiz kimi, burada ən uzun qalan şəxs 45 dəqiqə dözə bilib. Çoxları isə 10-15 dəqiqədən sonra qapıya tərəf qaçaraq onları bu otaqdan xilas etməkləri üçün yalvarıb. Çünki səssizlik düşündüyümüz qədər rahat deyil. O, sənə heç bir qaçış yeri qoymur. Səs-küydən qaçanda dincəldiyini sanırsan, amma tam səssizlikdə qaçacaq yer tapmırsan. Çünki qarşında yalnız öz iç səsin var.

Bu fakt bir həqiqəti göstərir: biz hər nə qədər şikayət etsək də, səs-küyə, onun varlığına öyrəşmişik. Maşın səsləri, küləyin uğultusu, insanların danışığı, hətta uzaqda bir itin hürməsi - bunlar həyatın fon musiqisidir. Bu fon kəsiləndə insan sanki "boşluğa" düşür.

Səssizlik, çox zaman rahatlıq, dinclik və hüzur kimi təqdim olunsa da, bəzən o, insanın üzünə tutulan güzgü kimidir. Bəlkə də bizi qorxudan elə budur. Orada yalnız biz varıq, bütün pərdələr, bütün yayındırıcı səslər yox olur və insan öz daxili monoloqu ilə üz-üzə qalır. Səs-küylü bir küçədə, iş otağında, ya da musiqi ilə dolu qulaqcıqların arxasında bu səsi boğmaq asandır. Amma səssizlikdə gizlənəcək yer yoxdur. Sənin qarşında yalnız sən dayanırsan - bütün zəifliklərin, bütün sualların, bütün cavabsızlıq və tənhalığınla.

Yəqin ona görə bu otaqdan çıxanlar deyir ki, səssizlik də danışır. Sadəcə hər kəs onun dilini anlamır. Orfield otağı - dünyada ən sakit yer kimi tanınan o xüsusi məkan - bir növ bu həqiqətin təcrübə ilə sübutudur. Burada səs dalğaları yox dərəcəsindədir, amma içindəki səslər, bəlkə də, daha aydın eşidilir. İnsan bədəninin, ürəyinin, qanının axışının səsini duyur. Bu səslər normal həyatın fonunda görünməzdir, amma vahiməli sükut onları pərdə arxasından çıxarır.

Həyat, əslində, səs və sükutun incə balansı üzərində qurulub. Səs-küy bizi yorur, amma tam sükut bizi daha da narahat edir. Çünki o, bizi öz düşüncələrimizə, gizlində saxladığımız qorxulara və həqiqətlərə tərəf itələyir. İnsan çox zaman başqalarının dediklərindən qaçar, amma öz içindəki səssiz etiraflardan qaçmaq daha çətindir.

Əsl səssizlik sadəcə səsin yoxluğu deyil. Bu, içindəki qarışıqlığın, narahatlığın, davamlı danışan zehinin sakitləşməsi deməkdir. Elə bir an ki, orada nə qorxu, nə qaçış, nə də pərdə var, yalnız təmizlik və aydınlıq doldurur içini. Amma bunu heç bir otaq, heç bir laboratoriya tam təmin edə bilmir. Orfield otağı bizdən kənardakı bütün səsləri boğa bilər, amma insanın öz daxili səsini susdura bilməz. Bu otaq, əslində, sübut edir ki, insan həyatı səs və sükutun incə tarazlığı üzərində qurulub. Biz səs-küydən yorularıq, amma özümüzə belə etiraf etməsək də, onun yoxluğu bizi daha çox qorxudur.

Əslində, səssizliklə üz-üzə qalmaq, bəzən insanın özünə verdiyi ən çətin, amma ən zəruri görüşdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri