Icma.az
close
up
RU
Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Güzgüyə baxdığınız zaman, demək olar ki, bütün üzünüzün tüklərlə örtüldüyünü təsəvvür edin. Bunu görənlər əvvəlcə təəccüblənir, sonra maraqla sizə suallar verirlər. 18 yaşlı Lalit Patidar üçün bu vəziyyət gündəlik həyatın bir parçasıdır. Gənc yaşlarından diqqət çəkən görünüşü ilə insanların diqqət mərkəzinə çevrilən Patidar indi özünü olduğu kimi qəbul edərək dünyaya nümunə olub. Üstəlik, hətta Ginnesin Rekordlar Kitabına düşən bu nadir vəziyyətin elmi izahı var.
Sfera.az bildirir ki, Lalit Patidarın Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb hipertrikoz adlanan olduqca nadir xəstəlikdir.
 

Xalq arasında “qurd canavar sindromu” olaraq da bilinən bu vəziyyət müəyyən nahiyələrdə və ya bədənin hər yerində həddindən artıq tüklənməyə səbəb olur.
 

Patidarın vəziyyəti elm adamlarının "anadangəlmə hipertrikoz terminalis" kimi təsvir etdiyi şeydir. Bu o deməkdir ki, bu vəziyyət doğuşdan mövcuddur və həyat boyu davam edir. Ginnesin Dünya Rekordları Patidarın üzünün 95%-nin saçla örtüldüyünü təsdiqləyib ki, bu da onu Orta əsrlərdən bəri qeydə alınan 50 nəfərdən biri edib.
 

Hipertrikoz yalnız üz nahiyəsində deyil, bütün bədəndə anormal tük artımına səbəb ola bilər.
 

Sindromun səbəbləri tam məlum olmasa da, elm adamları bunun insan təkamülündə köhnə genlərin təsadüfən yenidən aktivləşməsi ilə bağlı ola biləcəyini düşünür. Hipertrikoz müəyyən hallarda yalnız müəyyən bölgələrdə (nevus hipertrikozu) və ya xəstəlik, dərman və ya hormonal pozğunluq (qazanılmış hipertrikoz) nəticəsində baş verə bilər.
 

Lakin Patidarın vəziyyəti anadangəlmə olduğu üçün ömrü boyu tükləri uzanmağa davam edəcək. Bu vəziyyətin məlum qəti müalicəsi yoxdur. Lazer epilyasiya və ya digər tibbi müdaxilələrlə tükləri müvəqqəti olaraq azaltmaq mümkün olsa da, hipertrikozun radikal həlli hələ tapılmayıb.


Alimlər hipertrikozun dəqiq səbəbini bilmirlər.
 

Ancaq ən çox yayılmış nəzəriyyələrdən biri, insanın təkamülünün köhnə genlərinin təsadüfən yenidən aktivləşməsidir. Erkən insan əcdadlarında bədən tükləri yaşamaq üçün vacib idi, lakin zaman keçdikcə bu genlər deaktiv edilib.
 

Ancaq bəzi insanlarda bu köhnə genlər səhvən yenidən aktivləşə və tük böyüməsini idarə edən mexanizmlərdə anormal bir artıma səbəb ola bilər. Lalit Patidar bu nadir genetik hadisənin canlı nümunələrindən biridir.
Gənc yaşlarında Patidar üçün həyat asan olmayıb
Uşaq ikən məktəb yoldaşları ona başqa cür baxırdılar, hətta bəziləri ondan qorxurdular. Lakin zaman keçdikcə insanlar onun xarici görünüşündən də üstün bir şəxsiyyət olduğunu başa düşdülər.
 

Bu gün Patidar özünü olduğu kimi qəbul edən, özünə inamı ilə diqqət çəkən biridir. “YouTube” və “İnstaqram”da böyük izləyicisi olan gənc gündəlik həyatını paylaşaraq insanları ruhlandırır. Onun “YouTube”da 108.000, “İnstaqram”da isə 265.000 izləyicisi var.

Bəs, bu xəstəlikdən başqa kimlər əziyyət çəkir?
 

Hipertrikozun bir neçə fərqli növü var və hər biri fərqli simptomlarla özünü göstərir:
Konjenital Hipertrikoz Lanuginosa: Yeni doğulmuş körpələrdə normal olaraq tökülməsi lazım olan yumşaq tüklər yox olmadıqda meydana gəlir.
Konjenital Hipertrikoz Terminalis: Doğuşdan uzun və qalın tüklərin uzanmasına səbəb olur. Patidarın yaşadığı vəziyyət budur.


Nevus hipertrikozu: Müəyyən bölgələrdə həddindən artıq tüklənmə müşahidə olunur.


Qazanılmış Hipertrikoz: Sonradan inkişaf edən, bəzi xəstəliklər və ya dərmanlar səbəbiylə meydana gələ bilən bir növdür.


Onu da qeyd edək ki bu xəstəlik o qədər nadirdir ki, dünyada yalnız bir neçə insanda var.

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Mart 2025 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri