Icma.az
close
up
RU
Dünyanın məhəbbət şəhərində möcüzə axtarışı!

Dünyanın məhəbbət şəhərində möcüzə axtarışı!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris dünyanın ən məşhur, adı məhəbbət və romantika ilə yanaşı çəkilən, sevgili cütlüklərin ən çox üz tutduğu şəhərlərindən biridi.

Səfər növbəti faciəvi və biabırçı top fərqiylə yadda qalacaq, yoxsa hansısa möcüzəyə şahidlik edəcəyimiz matça? Bunu hələ bilməsək də, dəqiq olan məqam var: yığmamızı böyükhesablı məğlubiyyətdən ancaq möcüzə xilas edə bilər.
Əlbəttə, bu sözləri nə dilə gətirmək asandı, nə də qələmə almaq. Sadəcə, qürur və milli kimliyin bizi reallıqdan qaçmağa məcbur etməsinə imkan verməməliyik. Necə deyərlər, olanla ölənə çarə yoxdu. Odu ki, keçək mətləbə...
DÇ-2026-nın seçmə oyunu
Fransa – Azərbaycan 0:0

10 oktyabr. Paris, “Park De Prens”. Saat 22.45.
Əlbəttə, Azərbaycanın futbol ictimaiyyətinin Fransa ilə oyuna niyə belə həssas və ümidsiz yanaşdığı hər kəsə məlumdu. Unudulmaz “Oser faciəsi”ndən hamı xəbərdardı, bununla bağlı əfsanələr və lətifələr dolaşır. Zarafat deyil, düz 30 il əvvəl – 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Fransa – Azərbaycan matçında buraxdığımız 10 cavabsız qol hələ də boğazdan keçmir. Biz bu rəqibin qapısına nə həmin matçda yol tapa bilmişik, nə də 1994-cü ildə eyni turnirin Trabzonda keçirilən oyununda. Beləliklə, millimiz tarixində üçüncü dəfə Fransa yığması ilə qarşııaşacaq. Söhbət FİFA reytinqində 2-ci pillədə olan, ikiqat dünya, ikiqat Avropa çempionluğu yaşayan, Millətlər Liqasının qalibi olan komandadan gedir. Oyunun 48583 yerlik “Park De Prens” stadionunda keçiriləcəyini nəzərə alsaq, yığma təkcə rəqibin yox, fransalı azarkeşlərin də ciddi təzyiqinə məruz qalacaq.
Təbii ki, xatırladılan uğurlar D qrupundakı rəqiblərimizdən biri olan Fransa millisinin gücü haqda daha çox danışmağın yersiz olduğunu ortaya qoyur. Hər halda, meydan sahibləri liderliyini möhkəmlətmək üçün nə lazımdısa, onu etməyə çalışacaq.
Maraq üçün qeyd edək ki, qrupun digər matçında İslandiya Ukraynanı qəbul edəcək. Həmin oyun da saat 22.45-də start götürəcək.
1. Fransa 2 2 0 0 4-1 6
2. İslandiya 2 1 0 1 6-2 3
3. Ukrayna 2 0 1 1 1-3 1
4. Azərbaycan 2 0 1 1 1-6 1

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Oktyabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri