Icma.az
close
up
RU
Dünyanın xilası qlobal dialoqun və əməkdaşlığın güclənməsindədir

Dünyanın xilası qlobal dialoqun və əməkdaşlığın güclənməsindədir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün dünyamız siyasi və iqtisadi baxımdan mürəkkəb bir durumda- qarşıdurma və müharibələrin astanasındadır. Qlobal güclər arasında rəqabətin artması, regional münaqişələrin davam etməsi və beynəlxalq hüququn bəzən selektiv şəkildə tətbiq olunması beynəlxalq münasibətlər sistemində yeni çağırışlar yaradır. Belə bir şəraitdə dialoq və əməkdaşlıq platformalarının rolu daha da artır.

Məhz bu baxımdan Bakıda keçirilən XIII Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, dünya hazırda keçid mərhələsindədir və mövcud beynəlxalq sistem hələ tam formalaşmamış yeni nizamın axtarışı prosesindədir. Onun sözlərinə görə, bu dövrdə dövlətlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi qlobal sabitliyin təmin olunması üçün əsas şərtlərdən biridir. Cənab Prezident vurğulamışdır ki, qlobal təhlükəsizlik, iqtisadi inkişaf və humanitar əməkdaşlıq yalnız birgə səylər nəticəsində təmin edilə bilər.

Çıxışda beynəlxalq münasibətlərdə artan parçalanma meyillərinə də diqqət çəkilmişdir. Müxtəlif regionlarda baş verən münaqişələr, geosiyasi qarşıdurmalar və siyasi fikir ayrılıqları beynəlxalq sabitliyə ciddi təsir göstərir. Bu baxımdan dövlətlər və beynəlxalq təşkilatlar arasında konstruktiv dialoq və qarşılıqlı hörmət prinsipləri xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident qeyd etmişdir ki, qlobal problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, suverenlik prinsiplərinə riayət və multikultural əməkdaşlıq vacibdir.

Azərbaycanın bu prosesdə oynadığı rol da çıxışda xüsusi vurğulanmışdır. Möhtərəm Prezident bildirmişdir ki, Azərbaycan uzun illərdir ki, müxtəlif beynəlxalq platformalar vasitəsilə sivilizasiyalararası dialoqu, multikultural dəyərləri və sülh təşəbbüslərini təşviq edir. Qlobal Bakı Forumu da məhz bu məqsədə xidmət edən mühüm beynəlxalq tədbirlərdən biridir. Forum müxtəlif ölkələrdən gələn siyasətçilər və ekspertlər üçün açıq müzakirə meydanı yaradaraq qlobal problemlərin həllinə dair yeni ideyaların formalaşmasına imkan verir.

Ölkə başcısı həmçinin qeyd etmişdir ki, müasir dünyada davamlı inkişafın təmin olunması üçün siyasi dialoqla yanaşı iqtisadi əməkdaşlığın genişləndirilməsi də vacibdir. Enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, texnoloji inkişaf və humanitar məsələlər qlobal gündəmin əsas mövzuları sırasındadır. Bu problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyət göstərməsi böyük əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, XIII Qlobal Bakı Forumu müasir dünyanın üzləşdiyi problemlərin müzakirəsi və fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində mühüm beynəlxalq platforma kimi çıxış etdi. Cənab İlham Əliyev forumdakı çıxışında qlobal dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha vurğulayaraq, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin əhəmiyyətini ön plana çıxardı.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Mart 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri