Icma.az
close
up
RU
Düzgün və məqsədyönlü siyasət ölkəmizin bütün sferalar üzrə inkişafını təmin etmişdir

Düzgün və məqsədyönlü siyasət ölkəmizin bütün sferalar üzrə inkişafını təmin etmişdir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, qətiyyəti, mahir diplomatiyası və rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusunun rəşadəti ilə 30 illik erməni təcavüzünə son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilmişdir. Möhtərəm Prezident ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində daim Ermənistana sülh təklifi ilə Azərbaycanın konstruktiv mövqeyini çatdırmışdır. Əfsuslar olsun ki, Ermənistan siyasi rəhbərliyi bu humanist çağırışlardan bir dərs çıxarmadı, nəticədə 44 günlük Vətən müharibəsində məğlub olaraq kapituliyasiya aktına imza atdı. Bildiyimiz kimi Ermənistan siyasi rəhbərliyi bu günə qədər Üçtərəfli Bəyanatın şərtlərinə tam şəkildə riyaət etməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda, yerli və xarici televiziya kanallarına olan müsahibələrində dəfələrlə vurğulayıb ki, Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına sığınaraq, revanşist meyillərdən əl çəkməzsə bu onların daha ağır məğlubiyyəti ilə sonlanacaq növbəti dərsi olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində çox önəmli məsələlərdən bəhs edib, bu geniş müsahibədə reallıqları bir daha səsləndirib. Azərbaycan Prezidenti müsahibədə ilk olaraq Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini xarakterizə edib. 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da genişlənib. Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən müstəqil aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Cənab Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Təsadüfi deyil ki, Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir.

Müsahibədə cənab Prezident ölkənin 2025-ci il üçün hərbi büdcəsinin rekord həddə – 5 milyard dollar olacağını bildirib. Cənab Prezident bunu silahlanma yarışı ilə izah edib: “Ermənistan bizimlə silahlanma yarışına tab gətirməyəcək, silahların böyük hissəsini Qərbdən pulsuz və ya kreditlə alır baxmayaraq, hansı ki, sonradan silinəcək”. Rusiya ilə NATO arasında münasibətlərin aşkar qarşıdurmaya getməyəcəyinə ümid etdiyini bildirib. Deyib ki, “NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”. Bəli,cənab Prezidentin verdiyi tarixi mesajdan həm Ermənistan siyasi rəhbərliyi, həm də onların riyakar havadarları sözün həqiqi mənasında dərs çıxarmalıdır. Əks təqdirdə, Ermənistan 2020-ci və 2023-cü illər ərzində həyata keçirilmiş uğurlu anti-terror tədbirlərimizlə növbəti dəfə üz-üzə qalacaq. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi çərçivəsində böyük irəliləyiş əldə ediblər. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb. “Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”, – Azərbaycan prezidenti vurğulayıb. Əlavə edib ki, hələlik razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan çəkinməyə aiddir: “Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır”, – Azərbaycan lideri bildirib.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın mövqeyi humanizm prinsiplərinə əsaslanır, konsturktiv və ədalətli xarakter daşıyır. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə regionda ədalətli tarixi reallıq yaratmışdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri