DYPdən yolların buz bağlaması ilə bağlı XƏBƏRDARLIQ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib.
Bu barədə AZXEBER.COM-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, sinoptiklərin məlumatına əsasən dekabrın 14-dən 15-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərində, eləcə də əksər dağlıq və dağətəyi rayonlarda gecə və səhər yolların buz bağlayacağı gözlənilir:
"BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir."
Qeyd edilib ki, qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















