Icma.az
close
up
RU
E idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellektin tətbiqinə dair tədqiqatlar aparılacaq

E idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellektin tətbiqinə dair tədqiqatlar aparılacaq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 fevral, AZƏRTAC

Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyinin artırılması məqsədilə elektron idarəetmə sistemlərindən geniş istifadə olunur. Süni intellektin tətbiqi bu sistemlərin daha dinamik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə imkan yaradır. Eyni zamanda, elektron idarəetmə platformalarının süni intellekt vasitəsilə təkmilləşdirilməsi elektron xidmətlərin daha sürətli və əlçatan olmasını təmin edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Elektron idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlara həsr olunmuş elmi seminarda məlumat verilib. Mövzuya dair institutun böyük elmi işçisi Günay İskəndərli çıxış edərək qeyd edib ki, tədqiqat işinin əsas məqsədi süni intellekt texnologiyalarının tətbiqi ilə e-idarəetmə proseslərini optimallaşdırmaq, vətəndaş məmnunluğunu artırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və şəffaflığı təmin etmək üçün yeni metod və alqoritmlərin işlənilməsidir.

Mövzunun aktuallığından bəhs edən G.İskəndərli bildirib ki, süni intellektin tətbiqi ilə idarəetmə və xidmət proseslərində insan səhvləri azalır, bu da xidmətlərin dəqiq və vaxtında təqdim olunmasına gətirib çıxarır. Elektron idarəetmə sistemləri vasitəsilə toplanılan böyük həcmli məlumatların (Big data) analizi və idarə olunmasında süni intellekt metodlarının tətbiqi geniş imkanlar təqdim edir.

“Süni intellekt vasitəsilə vətəndaşların fərdi tələbatlarına uyğun xidmətlər təqdim etmək mümkündür”, – deyən məruzəçi süni intellekt sistemlərinin istifadəçilərin məlumatlarını təhlil edərək onların ehtiyaclarına uyğun həllər təklif etdiyini deyib.

Sonra tədqiqatçı dissertasiya işində qarşıya qoyulmuş məsələlərdən danışıb. O, tədqiqat işi çərçivəsində e-idarəetmə sistemlərində müraciət və şikayətlərin avtomatik emalı üçün təkmilləşdirilmiş modellərin işlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələyə həsr olunduğunu, vətəndaşların elektron xidmətlərdən istifadə məmnuniyyətinin qiymətləndirilməsi istiqamətində mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri