Icma.az
close
up
RU
E poçtda fırıldaqçılıq sxemlərindən necə qorunmalı: Kibertəhlükəsizlik ekspertlərindən tövsiyələr

E poçtda fırıldaqçılıq sxemlərindən necə qorunmalı: Kibertəhlükəsizlik ekspertlərindən tövsiyələr

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Demək olar ki, hər bir internet istifadəçisi ən azı bir dəfə gələnlər qutusunda şübhəli məktublarla qarşılaşıb ki, bu məktublarda banklardan gələn saxta bildirişlər, şirnikləndirici təkliflər və ya qorxulu xəbərdarlıqlar yer alıb. Bu gün fırıldaqçılar getdikcə daha peşəkar davranırlar: mesajlarını rəsmi yazışmalar kimi gizlədir, məşhur brendlərin dizaynını kopyalayır və psixoloji təzyiqdən istifadə edərək insanı məktubdakı qoşmanı açmağa və ya linkə keçid etməyə məcbur edirlər.

Xüsusilə xatırlamaq lazımdır ki, bu cür elektron məktublar təkcə şəxsi ünvanlara deyil, həm də iş ünvanlarına gələ bilər. Bu halda risk artır, çünki fırıldaqçılar konfidensial şirkət məlumatlarına giriş əldə etməyə cəhd edə və ya korporativ sistemlərə hücum etmək üçün yoluxmuş əlavələrdən istifadə edə bilərlər. Buna görə də sayıqlıq və kibergigiyena təkcə evdə deyil, işdə də vacibdir.

"Fırıldaqçılar tez-tez sosial mühəndislik üsullarından istifadə edir, istifadəçiləri onlara pul və məlumat vermək üçün aldatmaq məqsədilə inandırıcı fəndlər tapırlar. Fişinq və fırıldaq sxemlərinin qurbanı olmamaq üçün hər hansı qorxulu bildiriş və ya səxavətli təkliflərə, xüsusilə də təcili tədbirlər tələb edən bildirişlərə tənqidi yanaşmaq vacibdir. Göndərənin ünvanını və əlaqə məlumatlarını diqqətlə yoxlayın. Əgər məktubda link varsa, kursoru üzərinə gətirərək gizlədilmiş ünvanın görünən ünvanla eyni olduğuna əmin olun. Səhvlərə və yazı xətalarına qarşı diqqətli olun. Ən əsası isə təhlükəli linkləri vaxtında bloklayan etibarlı həllərdən istifadə edin”, - deyə Kaspersky-nin spam analitiki Anna Lazarçeva bildirir.

"Azərbaycanda biz həmçinin fişinq e-poçtlarının və e-poçtlara zərərli əlavələrin sayının artmasını müşahidə edirik. Kibercinayətkarlar tez-tez hücumlarını yerli reallıqlara uyğunlaşdırırlar - onlar tanış loqolardan, populyar xidmətlərdən istifadə edir və hətta mətnləri Azərbaycan dilinə tərcümə edirlər. Buna görə də istifadəçilərin rəqəmsal savadlılığını artırmaq və onlara əsas kibertəhlükəsizlik qaydalarını xatırlatmaq xüsusilə vacibdir", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov öz növbəsində qeyd edir.

Kaspersky mütəxəssisləri fırıldaqçılığı göstərə biləcək aşağıdakı əlamətlərə diqqət etməyi tövsiyə edirlər:

Məktubu göndərənin şübhəli ünvanı və ya rəy üçün şübhəli əlaqə məlumatı.Çox cazibədar təkliflər - uduşlar, bonuslar və asan qazanc.Təcili tədbirlər görmək üçün tələblər – linkə keçid etmək, qoşmanı açmaq, pul köçürmək, nömrəyə zəng etmək.Mətndə səhvlər və vizual dizaynın rəsmi brend üslubuna uyğunsuzluğu.Məxfi məlumatların – loginlər, şifrələr, ödəniş məlumatılarının ötürülməsi üçün sorğular.

Şübhəli məktublarla etməli:

Qoşmaları açmayın və ya linklərə keçid etməyin.Şübhəli mesajları silin və ya onları “Spam” qovluğuna yerləşdirin.Fişinq saytlarını və zərərli qoşmaları bloklayan müasir təhlükəsizlik həllərindən istifadə edin.

Mənbə: Kaspersky

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri