Icma.az
close
up
RU
Anomal istilərdə günvurmadan necə qorunmalı? TÖVSİYƏLƏR

Anomal istilərdə günvurmadan necə qorunmalı? TÖVSİYƏLƏR

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

İyulun ortasında Bakıda və bir çox bölgədə temperatur 40 dərəcəni keçib. Bu cür anomal istilər insan sağlamlığı üçün ciddi risklər yaradır. Xüsusilə də günvurma, susuzlaşma və ürək-damar problemləri ilə bağlı hallar artır. Mütəxəssislər bu günlərdə xüsusi ehtiyatlı olmağı tövsiyə edir.

Tribunainfo.az bu mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Günvurma nədir və kimlər daha çox risk altındadır?

Günvurma (termal insult) günəş şüalarının uzun müddət birbaşa baş və bədənə təsiri nəticəsində bədənin temperatur tənzimləmə sisteminin pozulmasıdır. Əsas simptomlara baş ağrısı, ürək bulanma, halsızlıq, huşun itməsi və bəzən qızdırma daxildir.

Ən riskli qruplar:

Uşaqlar

Yaşlılar

Hamilə qadınlar

Xroniki xəstəliyi olanlar

Açıq havada çalışan insanlar

Necə qorunmalı? Mütəxəssislərdən 8 vacib tövsiyə:

Günorta saatlarında (11:00–17:00) çöldə olmamaq.

Açıq rəngli, yüngül və pambıq geyimlər geyinmək.

Geniş kənarlı papaq və gün eynəyi taxmaq.

Bol su içmək (qazsız və soyuq olmayan su).

Ağır fiziki işlərdən uzaq durmaq.

Kofein və spirtli içkilərdən çəkinmək.

Kondisioner olmayan otaqları tez-tez havalandırmaq.

Bədən temperaturu qalxarsa, dərhal kölgəyə çəkilmək və su içib soyunmaq.

İlk yardım necə olmalıdır?
Günvurma şübhəsi varsa:

Zərərçəkəni sərin yerə aparın.

Başına və bədəninə soyuq kompres qoyun.

Bol maye verin (huşu yerindədirsə)

Lazım gələrsə, təcili yardım çağırın.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 İyul 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri