Icma.az
close
up
RU
Mark və bizimkilər Pərvanə BAYRAMQIZI yazır

Mark və bizimkilər Pərvanə BAYRAMQIZI yazır

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xətir-hörmətə işləyən qəzetlər var; səhifələrində titullu, vəzifəli adamların yazdıqları, yaxud onların tanışlarının, tapşırdıqlarının cızma-qaraları dərc edilir. Yox, elə-belə qəzetlər sırasında deyil, adı nüfuzlu qəzet kimi çəkilir. Əminəm ki, sahibi, əməkdaşları istedadlı, amma tanınmayan şəxslərin göndərdikləri yazılara baxmır, baxsalar da bircə səhifəsini də onlara ayırmırlar, çünki onda söz yığınından ibarət olan mətnlərə, şeirlərə yer qalmaz. 

Ədəbiyyat nəzəriyyəsindən heca sayı, qafiyə uyğunluğu öyrənmiş alimlərin şeir yazmaqlarına, dərc edilib şair kimi tanınmaqlarına (gülməli şəkildə tanınmaq olsa da) bu cür qəzet sahibləri imkan yaradır.

Feysbuk profili özünü təqdim etmək üçün əlverişli məkandır, adamlara gözəl şərait yaradır. O, nə hansısa ədəbi orqan, nə ədəbi dərgi, nə də redaktordur. Fikirlərini bölüşmək, qabiliyyətini göstərmək üçün kimsəyə minnət etməli olmursan. Arın-arxayın yazırsan, ideyalarını ötürür, özünə həmfikir qazanırsan. Nə kimdənsə yazdığını dərc edəcəyini gözləyir, nə də xahiş edirsən. Feysbuk çoxunu hətta yaltaqlanmaqdan xilas edir. Minnət, xahiş, tapşırıq, şəxsi münasibət nə olduğunu bilməyən Marka təşəkkür düşür. O, feysbuku yaratmasaydı ədəbi orqanların qəzet-jurnalarında indikindən betər hallar baş verərdi. Mark feysbuku bəzi ədabaz, xətir-hörmətə, münasibətə işləyən redaktorlara rəqib hazırlayıb.

O da var ki, hər kəs profilini öz mənəviyyatına uyğun işlədir. Markın verdiyi imkan sayəsində burda da istedadlı-istedadsız bəlli olur. Burda da yaltaq, saxta olduğunu büruzə verənlər var, demək istədiyim budur ki, profillər çap olunmaq minnətinin qarşısını alır. Sosial şəbəkəyə, saytlara dırnaqarası baxanlar qəzet satışına nəzər salsınlar. (Qəzetin acınacaqlı aqibəti ürəyimdən olmasa da deməyə məcburam)  Reallıq budur. Doğrudur, feysbuk qəzet, jurnal deyil, amma onlardan oparativdi. Eyni zamanda, burda ədəbi nümunələr tapmaq olur və müəlliflər sərbəst fəaliyyət göstərirlər. Ta bəzi redaktorların kaprizlərinə dözməli olmurlar.

Bəzən sənə pislik edən, əslində, yaxşılıq etmiş olur. Onun yaratdığı şəraitsizlik sənə yeni şərait yaradır. Sənin lehinə işlədiyini özü bilmir.  Bilsə, həmin pisliyi etməz ki, sənin üçün fayfalı olmasın. Pisi pisliyindən yalnız "yanlış" nəticə çəkindirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri