Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qəhvə iç və daha uzun yaşa...

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Nazir sammitdə təhsildən danışdı

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Əbədiyaşar Yalçın müəllimə xitabən: Sənətdə son mənzil olmur

Əbədiyaşar Yalçın müəllimə xitabən: Sənətdə son mənzil olmur

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhsil aldığım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi yaradıcı və sağlam mühiti ilə seçilir. Həm də təmənnasız kollektiv həmişə xoşbəxt görünür. Bu xoşbəxtliyin sirrini əbədiyaşar Mir Cəlal Paşayevin fikirlərilə oxucuya çatdırmaq istəyirəm: "İnsan gərək bu dünyada yalnız özü üçün yaşamasın, başqalarına da yaşamağa kömək etsin. İnsanlara təmənnasız və qərəzsiz yaxşılıqlar etsin, ətrafdakı insanlara xoşbəxtlik arzulasın.

Onda sən özün də belə bir mühitdə xoşbəxt olarsan". Bu mənada müəllimlərimiz sələflərinin mənəvi yolunu davam etdirirlər. İlk kurslardan təlim-tərbiyəsi, dərslərə münasibəti, zəhməti, yaradıcı tərəflərilə fərqlənən tələbələrə daha çox dəstək olurlar. Həm də fakültəmizdə "Tələbə tribunası" deyilən guşə də vardır ki, burada mətbuatda dərc olunan yazılarımız yer alır. Tribuna ilə yanaşı stenddə əbədiyyətə qovuşan müəllimlərimizin şəkilləri də vardır. Məndə belə bir təəssürat yarandı ki, həmin müəllimləri araşdırım, onların həyat və yaradıcılığı haqqında özümün və tələbə yoldaşlarımın məlumatı olsun. Həm də elə ilk kursdan qələmimi sınamaq istədim. Çünki müəllim mənim üçün bir işıqdır. Müəllim hər bir tələbənin həyatında silinməz izdir... 

M.K.Atatürkün belə bir kəlamı var: "Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”. Həqiqətən müəllim həyatı boyu nəyisə öyrətməyə, ölkə üçün savadlı, dünyagörüşlü gənclər yetişdirməyə çalışır. Müəllim haqqı ödənməzdir. Üzərimizdə əməyi olan müəllimləri unutmamalıyıq, onları sevməli və ata, anamız kimi hörmət etməliyik. 

Əziz oxucu, qələmə aldığım məqaləm vaxtilə — 1999-2012-ci illərdə fakültəmizin dekanı olan professor Yalçın Əlizadə haqqındadır. Yalçın müəllim 1974–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında (indiki Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası) müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu

illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətliTV , radio nəzəriyyəçisi” ( Y. Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi olub. O, ləyaqəti ilə tələbələrə hər zaman düzgün yol göstərib. Bəs Yalçın Əlizadə yetişdirdiyi müəllimlərinin xatirəsində necə qalıb? 

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova "Bütöv Azərbaycan” qəzetinə müsahibəsində Yalçın müəllimin onun karyera yüksəlişindəki dəstəyindən söz açır: "Yalçın müəllimin gənclərin əksəriyyətinin elmə gəlməsində çox

böyük rolu olub. Mən 1990-cı illərin tələbəsi olmuşam. Magistraturada təhsil alanda dekanımız Yalçın Əlizadə idi. Yalçın müəllim bütün tələbələrə təmannasız olaraq hər cür kömək göstərməyə hazır idi. Əgər mən bu gün akademik sahədəyəmsə, buna görə Yalçın müəllimə minnətdaram. Jurnalistika praktik sahədir, elə mən də praktik jurnalist işləməyi düşünürdüm, tələbəlik illərimdən mətbuatda çıxış edirdim, Televeziyaların birində xəbərlər departamentində redaktor işlədiyim vaxt Yalçın müəllim məni fakültəyə dəvət etdi. Mənə pedaqoji sahədə potensialımı gördüyünü dedi.

Yalçın müəllimin əsas xüsusiyyətlərindən bir də o idi ki, dərs dediyi tələbələri seçməyi bacarırdı. Kim hansı sahədə yaxşı ola bilər, kim potensialını harada daha parlaq nümayiş elətdirə bilər — bunları bilirdi. 2001-ci ildə Yalçın müəllim məni fakültəyə dəvət etdi. Mən də müəllimimin intuisiyasına güvənərək fakültəyə gəldim. Bundan sonra namizədlik dissertasiyası üzərində işlədim. Yalçın müəllimin köməyini, dəstəyini hər zaman hiss etmişəm. O, mənim və

mənim kimi bir çox gənclərin həyatında öz müsbət rolunu oynayıb. 24 yaşım hələ tamam olmamışdı. Yalçın müəllim məni auditoriyaya müəllim kimidəvət etdi. Jurnalistika fakültəsində mənə dərs verdi. Bilirdim ki, o, özü mənə hiss etdirmədən dərslərin gedişini ciddi izləyir. Hansı dərsi necə aparırdım, tələbələrlə necə işləyirdim, bu barədə onun məlumatı var idi. Yeri düşdükcə çağırıb pedoqoji tövsiyələrini verirdi. Bundan əlavə mən tədrislə bağlı ondan çox şey öyrənirdim. Dərs yükünün bölünməsindən tutmuş, kafedranın bir çox administrativ texniki işlərinə qədər. Yalçın müəllimin rəhbərlik etdiyi kafedrada 11 il

işlədim. Namizədlik işimin müdafiəsində də Yalçın müəllimin çox böyük dəstəyini hiss etdim. Əslində bəzi insanlar adamın həyatında o qədər böyük rol oynayırlar ki, həyatının axışını belə dəyişdirə bilirlər. Çünki bəzən özünün də sahib olduğun potensialdan xəbərin olmaya bilər. Düşünürəm ki, doğrudan da, müəllimlərimiz nə qədər müdrik olublar. İndi mən də tələbələrimə o gözlə baxıram. Artıq özüm də müəyyənləşdirə bilirəm ki, hansı tələbə hansı istiqamətdə daha faydalı ola bilər. Ustadlarımız — Yalçın Əlizadə, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Nəsir Əhmədli, Cahangir Məmmədli, Akif Rüstəmov da tələblərdə o işiğı görürdülər. Ona görə o işığın daha da parlaq olması üçün əllərindən gələni əsirgəmirdilər. Biz də çalışırıq ki, bu gün onların yolunu davam etdirək”.

Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova "Bütöv Azərbaycan” qəzetinə müsahibəsində Yalçın müəllimlə bağlı xatirlərini bölüşüb: "Yalçın müəllim mənim üçün tək müəllim deyil. Əgər mən bu gün öz sahəmdə nəyəsə nail olmuşamsa, Yalçın müəllim təşəkkür etdiklərim siyahısında başda gəlir. Məni İlk dəfə auditoriyaya — tələbə önünə Yalçın müəllim çıxarıb. Yalçın müəllim bakalavr, magistratura, fəlsəfə doktoru pillələrində elmi rəhbərim olub. Yaxşı yadımdadır, "Hər kim 100 il yaşamasa…” (Nəsibə Zeynalova və Mirzə Babayev ilə müsahibə) mövzusunda yaradıcı buraxılış işi seçmişdim. Müsahiblərim hər ikisi həyatlarının son dövrlərini yaşayırdılar. Buraxılış işim əsasında Azərbaycan radiosunun "Mədəniyyət verilişləri" redaksiyasında "Axşam görüşləri" verilişinin xüsusi buraxılışı kimi ümumrespublika efirində yayımlandı. Verilişin aparıcısı Fəridə Aslanbəyli efirdə də xüsusi vurğuladı ki, veriliş BDU-nun Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsinin buraxılış işidir. Mənə bu hissləri, bu yolu Yalçın müəllim göstərdi. Yalçın müəllimin dəstəyi olmasa idi, bəlkə də, belə böyük məsuliyyətli işə imza atmazdım. Magistratura pilləsində də elmi rəhbərim Yalçın müəllim oldu. Mən yenidən Yalçın müəllimlə birlikdə işləməyə qərar verdim. Təhsilimi davam etdirərkən paralel olaraq "Sara” Televiziyasında müxbir kimi

işə başladım. Dərslərə çox az-az gəlirdim. Hər dəfə də Yalçın müəllim əsəbləşirdi ki, sən fakültədə az olursan.

"Sara” Televiziyası ilə fəaliyyətimi dayandırdıqdan sonra "Lider” Televiziyasında fəaliyyətə başladım. Əvvəl müxbir idim. Sonra Prezident Administrasiyasına Akkreditasiya olunan müxbir və redaktor kimi fəaliyyətimi davam elətdirdim. Hər dəfə də Yalçın müəllim mənə deyirdi ki, "Sən fakültəyə qayıtmalısan!”, "Sən gəl fakültədə işə başla”. Lakin mən özümü elmi fəaliyyət üçün hazır hiss eləmirdim. Düşünürdüm ki, əvvəlcə praktik jurnalist kimi özümü təsdiqləməliyəm. 3 il sonra qərara aldım ki, artıq vaxtdır. Məni fakültəyə çəkən qüvvə Tədris-Teleradio studiyasında olan vakansiya idi.

Öyrəndiklərimi tələbələrə də öyrətmək, paralel olaraq elmi fəaliyyətə başlamaq qərarımı ilk Yalçın müəllimə açıqladım. Yalçın müəllim məni fakültəyə dəvət etdi. Az müddət içərisində Tədris-Teleradio studiyasının müdiri kimi işə başladım. Xəbərdən, televiziyadan ayrılanlar çox yaxşı bilirlər, qaynar iş rejimindən uzaqlaşmaq nə deməkdir. Amma mən Tədris-Teleradio studiyasında işə başlayarkən bunu özüm üçün tənzimləməyi bacardım. Biz tələbələrlə mini televiziya yarada bildik. Sujetlər çəkdik, efirlər hazırladıq. Mən nisbətən fakültəyə adaptasiya olmağa başladım. Gəldiyim gündən az müddət sonra Yalçın müəllim seminar dərslərində müəllim kimi özümü sınamağa şərait yaratdı.

"Televiziya və Radio jurnalistikası” kafedrasının seminar dərslərini aparmağa başladım. Bir dəfə may ayı idi. Mənə zəng elədilər ki, Yalçın müəllim səni gözləyir. Otağına girəndə ilk sözü "Aynur, artıq məzuniyyətə çıxırıq. Mən istəyirəm ki, yeni tədris ilindən Radio Jurnalistikası fənninin mühazirələrini də sənə tapşırım. Mən çox həyacanlandım, dərhal bu, mümkün deyil, mühazirə üçün hazır deyiləm, dedim. Yalçın müəllim zəhmli baxışları ilə mənə baxdı. Dedi ki, "Aynur qərar artıq verilib, get hazırlaş". O gün bu gün artıq 20 ildir ki, Radio Jurnalistikası fənnini sevə-sevə tədris edirəm. Həmin dövrdə doktorantura pilləsində də təhsil alırdım. Elmi rəhbərim dəyişməmişdi. Artıq 3-cü dəfə idi ki Yalçın müəllim ilə elmi iş üzərində işləyirdik. Bununla bağlı bir xatirəni sizinlə bölüşmək istərdim. Bir dəfə sənəd işlərimlə əlaqədər olaraq dərsimin başlamasına 1 saat qalmış rektorluğa getməli oldum. İşim yubandığından dərsə 10 dəqiqə gecikdim. Qorxa-qorxa liftdən çıxanda gördüm ki, Yalçın müəllimdəhlizdə dayanıb. Onun baxışlarını görəndə əsəbiləşdiyini hiss elədim. Pərt halda auditoriyaya daxil oldum. Dərs bitdikdən sonra Yalçın müəllimin qapının ağzında məni gözlədiyini gördüm. Yalçın müəllim gülə-gülə məni öz otağına apardı. "Nə olursa, olsun, dərsə gecikmək olmaz!”, — dedi. Artıq illər keçib, mən bu tapşırığa əməl etməyə çalışıram. Hər dəfə nə isə bir problem olanda, dərsə gecikəndə elə bilirəm ki, Yalçın müəllim fakültə dəhlizində dayanıb məni gözləyir. Müdafiə ərəfəsində artıq Yalçın müəllim səhəti ilə bağlı işdən uzaqlaşmışdı. Müdafiə günü Yalçın müəllimə zəng vurdum.

"Yalçın müəllim, mən elmi rəhbərim yanımda olmadan necə müdafiə edim”, - dedim. Yalçın müəllim xeyir-duasını verdi, "Sənə güvənirəm”, dedi. Bir dəfə də hələ elmi dərəcəmi almadan elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva məni otağına çağırdı. Dedi ki, "Aynur, Yalçın müəllim magistraturada tədris etdiyi bütün fənlərin sənə verilməsini istəyir”. Yalçın müəllimin dəstəyini son anlara qədər hiss etdim. İlk uğurlarımı məhz onunla bölüşdüm. Hər kitab çıxanda, dərs vəsaitinin yazılışı zamanı, proqramların çap üzü gördüyü vaxt sanki ona hesabat verirdim. Hətta kafedra müdiri seçkilərinə qatılmağı planlaşdıranda belə Yalçın müəllimin xeyir-duasını alıb addım atdım. "20 il bundan əvvəl mən demişdim ki, vaxt gələcək sən Jurnalistika fakültəsində kafedra müdiri olacaqsan, sənə uğurlar arzulayıram!”, - dedi. Ustad!.. 

Allah Ustada rəhmət eləsin, məzarı nurla dolsun!

Həyatın sonunda dünyasını dəyişmək çox ürəklərdə yaşamaq deməkdir. Yalçın müəllim də hamının qəlbində şəxsiyyət kimi yaşayan insanlardandır".

Əziz oxucu, müəyyən qədər çalışdım ki, fakültəmizin sütunlarından olan, bu gün fiziki olmasa da, ancaq mənəvi bizimlə olan Yalçın Əlizadə haqqında qısa da olsa məlumat verən. Və bunu mənəvi borc kimi yerinə yetirdim. Nə qədər uğurlu alınmasını isə Sizlərin — oxucuların ixtiyarına buraxıram. Dünənə bağlılıq, müəllim ruhuna ehtiramla xoş mütaliələr... 

Kəmalə Vəliyeva, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see241

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see238

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see227

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see222

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see176

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see150

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see149

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see138

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see136

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see135

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see133

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see128

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see125

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see124

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see123

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see122

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see122

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see122

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see121

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri