Icma.az
close
up
RU
Əbu Dsbi görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilir

Əbu Dsbi görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, eləcə də qarşılıqlı əməkdaşlıq istiqamətində mühüm siyasi hadisə kimi qiymətləndirilir".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib 

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən, qarşılıqlı hörmətə və ərazi bütövlüyünün tanınmasına əsaslanan ədalətli sülh təşəbbüsləri irəli sürür. Məhz bu prinsipial və ardıcıl mövqe, eləcə də çevik diplomatik fəaliyyət danışıqlar prosesinin daha sağlam və nəticəyönlü müstəviyə keçməsinə zəmin yaratmışdır. Əbu-Dabi görüşü isə bu prosesin yeni və daha konstruktiv mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi platformaya çevrildi.

Görüşün neytral məkanda — beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən biri sayılan Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi tərəflər arasında birbaşa və səmimi dialoqun təşviq olunması baxımından xüsusi əhəmiyyət daşıyır. BƏƏ-nin bu görüşə ev sahibliyi etməsi, regionda sülhə töhfə vermək niyyətini ifadə etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və strateji diplomatik çevikliyinin bariz göstəricisidir.

5 saat davam edən tarixi görüşün ən mühüm nəticələrindən biri danışıqların vasitəçi olmadan, birbaşa ikitərəfli formatda davam etdirilməsi barədə razılaşmanın əldə olunmasıdır. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin həlli ilə bağlı aparılan müzakirələr də xüsusi əhəmiyyət daşıyır.

Mahir Süleymanlı vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasi liderliyi, milli maraqların müdafiəsində nümayiş etdirdiyi qətiyyət sülh prosesinin irəliləməsində həlledici rol oynamaqda davam edir.

Nəticə etibarilə, 2025-ci il iyulun 10-da keçirilmiş Əbu-Dabi görüşü yeni geosiyasi reallıqların yarandığı bir dövrdə Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin və ardıcıl sülh təşəbbüslərinin növbəti təntənəsi kimi tarixə düşdü. Bu formatın uğurla davam etməsi üçün beynəlxalq ictimaiyyətin obyektiv və məsuliyyətli mövqe tutması, həmçinin region ölkələrinin bu prosesə dəstək göstərməsi xüsusi əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri