Icma.az
close
up
RU
ƏbuDabidə “Şuşa günləri” keçiriləcək 182 min manat ayrıldı

ƏbuDabidə “Şuşa günləri” keçiriləcək 182 min manat ayrıldı

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Laguna Group” MMC (VÖEN-1004604201) olub.

Teleqraf.com Yeniavaz.com-a istinadla xəbər verir ki, tenderin qalibi olan “Laguna Group” MMC Şuşa-2024-cü il “İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “Şuşa günləri” tədbirinin keçirilməsi xidmətini həyata keçirəcək və qarşılığında 182 min 115 manat 50 qəpik alacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl də “Laguna Group” MMC dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Şirkət barədə açıq internet resurslarda geniş məlumat yoxdur. “Laguna Group” MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda da şirkət barəsində məlumatlar mövcud deyil.

Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 manat olub. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşib, qanuni təmsilçisi isə Qarayev Ərtoğrul Hafiz oğlu olub.

Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur. Hazırda bu şirkət fəaliyyət göstərmir. Rəfiyev Müzadil İlqar oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Aqroman” MMC də (VÖEN – 1202544661) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi 800 min manatlıq tender müsabiqəsində qalib olub.

Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır. Tenderin qalibi olan “Laguna Group” MMC-nin qanuni təmsilçisi olmuş Qarayev Ərtoğrul Hafiz oğlunun da Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 26 Noyabr 2024 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri