Icma.az
close
up
RU
Eçmiədzindən bəyanat: “Hakimiyyət kilsəni dağıtmaq planını həyata keçirir”

Eçmiədzindən bəyanat: “Hakimiyyət kilsəni dağıtmaq planını həyata keçirir”

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Din xadimləri məhkəmə və hüquq-mühafizə orqanlarını müstəsna olaraq qanun çərçivəsində fəaliyyət göstərməyə çağırıb

“Ölkənin hakimiyyət orqanları ruhaniləri təqib etməklə, onların səlahiyyətlərindən sui-istifadə edərək, repressiyalar həyata keçirməklə, din xadimlərini və kilsə tərəfdarlarını nüfuzdan salmaqla Erməni Apostol Kilsəsini məhv etmək üçün bədnam plan həyata keçirir”. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Eçmiədzinin Ana Taxtının Bəyanatında qeyd edilib.

Bildirilib ki, oktyabrın 16-da bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə Erməni Apostol Kilsəsinin yepiskopları və yeparxiya rəhbərlərinin toplantısı keçirilib və oktyabrın 15-də Araqatsotn yeparxiyasında baş verən hadisələrə xüsusi diqqət yetirilib.

Bəyanatda qeyd olunub ki, bu hərəkətlər dindarların dini hisslərini təhqir edir, kilsə qapılarının bağlanmasına və ruhanilərin olmaması səbəbindən planlaşdırılan mərasimlərin (vəftiz, toy, yas mərasimləri) ləğv edilməsinə səbəb olur.

“Bu hadisələrə görə məsuliyyət uzun müddətdir kilsəyə və ruhanilərə qarşı nifrət və dözümsüzlük göstərən, əsrlər boyu mövcud olan kilsə nizamına açıq şəkildə müdaxilə edən hazırkı hökumətin və şəxsən Baş nazir Nikol Paşinyanın üzərinə düşür”, - bəyanatda deyilir.

Din xadimləri məhkəmə və hüquq-mühafizə orqanlarını müstəsna olaraq qanun çərçivəsində fəaliyyət göstərməyə, məmurların özbaşınalıqlarına yol verməməyə çağırır.

“Dövlət təsisatları milli təhlükəsizliyə xidmət etməli, cəmiyyətin rifahına kömək etməlidir, qisas alətinə çevrilməməli, daxili münaqişələri qızışdırmamalıdır”, bəyanatda vurğulanıb.

Kilsə həmçinin din xadimlərini və möminləri imanda və duada sabit olmağa, təhdid və təhlükələrdən qorxmamağa, ədalətsizlik və qanunsuz hərəkətlərə var gücü ilə müqavimət göstərməyə çağırır:  “Biz məhbusların azad edilməsi, ölkənin və Erməni Apostol Kilsəsinin qorunub saxlanması üçün dua edirik”.

Qeyd edək ki, oktyabrın 15-də Ermənistan təhlükəsizlik qüvvələri Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini və üç qeyri-müəyyən şəxsi saxlayıb. Yepiskop da daxil olmaqla üç saxlanılan şəxs barəsində cinayət işi başlanıb. Onlar vətəndaşları ictimai toplantılarda iştiraka məcbur etmə ittihamı ilə yanaşı, “etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə” və “vəzifə mövqeyindən istifadə edərək seçki hüquqlarının həyata keçirilməsinə mane olma” maddələri ilə ittiham olunurlar. Proşyan və Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, keşiş Qaregin Arsenyan həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri