Icma.az
close
up
RU
Ədalət Partiyasında qalmaqal: Qapını kilidləyiblər...Sədrin vaxtı bitib

Ədalət Partiyasında qalmaqal: Qapını kilidləyiblər...Sədrin vaxtı bitib

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədalət Partiyasının təşkilat komitəsi IX qurultayına hazırlıqla bağlı bəyanat yayıb.

AzNews.az AzPost-a istinadən xəbər verir ki, partiya “Ədalət Partiyasının Ali Məclisinin aprelin 19-da keçirilmiş iclasında 17 may 2025-ci ildə Ədalət Partiyasının növbəti IX Qurultayının keçirilməsi haqqında qərar qəbul edilib və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Ali Məclis sədri və müavinlərinin məlumatları olmasına baxmayaraq, iclasa planlı şəkildə gəlməyib, bununla da iclası pozmağa çalışıblar. Bu alınmadıqda isə qərara veto qoyulması barədə bəyanat yayıblar. Bəyanatda göstərilənlərdən heç biri əsas vermir ki, Ali Məclisin qərarına veto qoyulsun.
Birincisi, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı vacib deyil, çünki Siyasi Şura üzvləri Ali Məclisin üzvləri deyil və yalnız dəvət edildikləri halda iclasa qatıla bilərlər.

İkincisi, Ali Məclis sədri, onun müavinləri bilərəkdən iclasa gəlməyib, sağlam rəqabət aparmaq əvəzinə partiyanın ofisinin kilidini dəyişərək, iclasın baş tutmasına əngəl olmağa çalışıblar. Onlar iclasda iştirak etmədiyi halda partiya Nizamnaməsinə əsasən iclas səlahiyyətli hesab olunur və buna görə, onun qərarlarına veto qoyula bilməz.
Ali Məclisin 19 aprel 2025-ci ildə keçirilən iclasında Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bununla da Ali Məclisin səlahiyyətlərinə son verilmiş, onun sədrinin də səlahiyyət müddəti bitib.

Beləliklə, 19 aprel 2025-ci il tarixdən etibarən Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir. Bütün səlahiyyətlər Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə və onun sədrinə keçib.

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bəyan edir ki, növbəti IX Qurultay 17 may 2025-ci ildə keçiriləcək və bu məqsədlə bütün rayon təşkilatlarını Qurultayda fəal iştirak etməyə çağırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see125

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see119

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see115

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see114

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see114

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see113

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see112

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see111

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see109

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see109

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see109

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri